Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir
Heydər Əliyev
28.09.2017 tarixində“AZERSU” ASC-də ISO 14001:2015 standartına uyğun ətraf mühiti idarəetmə sisteminin qurulması və tətbiqi üzrə məsləhət xidmətinin təşkili və keçirilməsinə dair imzalanmış müqavilə çərçivəsində sözügüdən standart üzrə təlim təşkil olunub.
Təlimdə Səhmdar Cəmiyyətin aidiyyəti struktur bölmələrinin işçilərinə ətraf mühiti idarəetmə sistemi, onun tətbiq sahəsi, təşkilatın konteksti, ətraf mühit üztə siyasət, ətraf mühit üzrə məqsədlər, risk və imkanlar, ətraf mühit aspektləri, ətraf mühiti idarəetmə sisteminin tətbiqinə dəstək, daxili auditinin keçirilməsi, sistemin yekun qiymətləndirilməsi və yaxşılaşdırılması ilə bağlı məlumatlar verilib.
Təlim Keyfiyyət Assosiasiyasının aparıcı mütəxəssisi, beynəlxalq dərəcəli məsləhətçi, təlimçi və baş auditor Tağı Əhmədzadə tərəfindən aparılıb.
Təlim zamanı Səhmdar Cəmiyyətinin işçilərinə ISO 14001:2015 standartının tətbiqi ilə bağlı müvafiq tövsiyələr verilib.