Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

president
Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir

Heydər Əliyev

Keyfiyyət Assosiasiyası İctimai Birliyi 25 noyabr 2007-ci ildə təsis edilmiş və 30 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş (QN № 1108-Q23-2591), özünüidarəedən, ictimai-faydalı məqsədlər daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.
Xəbərlər və Yeniliklər

İnformasiya təhlükəsizliyinin effektivliyinin artırılması üzrə yeni ISO/IEC standartı

information-security-training-strategies

Vətəndaşların, cəmiyyətin və dövlətin həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının rolunun artması informasiya təhlükəsizliyi məsələlərini ön plana çıxarır. İnformasiya təhlükəsizliyinin təmin olunması problemi kompleks yanaşma tələb edir.

İnformasiyanın təhlükəsizliyinin təmin olunması probleminin vacibliyini və aktuallığını şərtləndirən səbəblərdən aşağıdakıları xüsusi vurğulamaq olar:

  • şəbəkə texnologiyalarının geniş yayılması və lokal şəbəkələrin qlobal şəbəkələr halında birləşməsi;
  • informasiya təhlükəsizliyinin pozulmasına praktik olaraq mane olmayan qlobal internet şəbəkəsinin inkişafı;
  • minimal təhlükəsizlik tələblərinə belə cavab verməyən proqram vasitələrinin geniş yayılması.

 İnformasiya təhlükəsizliyi siyasәtinin işlənməsi müәssisәnin informasiya təhlükəsizliyi sisteminin tәşkil edilmәsindә ilk tәlәblәrdәn biridir. Bu siyasətinin məqsədi informasiya təhlükəsizliyi üzrə idarəetməni biznesin tələblərinə, müvafiq qanunlara və normativlərə uyğun olaraq təmin etməkdir.

Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) və Beynəlxalq Elektrotexnika Komitəsi (IEC) birgə hazırladığı ISO/IEC 27040:2015 “İnformasiya texnologiyaları. Təhlükəsizliyin təmin edilməsi metodları. Məlumatların təhlükəsiz mühafizəsi “ adlı yeni standart bu sahədə fəaliyyət göstərən müəssisələr üçün mühüm əhəmiyyət kəsb edən dəstəkləyici vasitə kimi nəzərdə tutulub.

Standartda məlumatların planlaşdırılması, dizaynı, tətbiqi və sənədləşdirilməsindən başlayaraq təhlükəsiz mühafizəsinin effektiv təmin edilməsi tövsiyələr verilib. 

ISO 14001 standartının yeni versiyası

Standartlara yenidən baxılması və təkmilləşdirilməsi prosesi çərçivəsində  Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən ISO 14001 standartının yeni versiyası işlənib hazırlanmışdır. Yeni versiya hazırlanarkən, ISO 14001:2004 standartının tələblərinə əsaslanıb və ISO-nun 207 saylı Texniki Kömitəsinin tərtib etdiyi “Ekoloji idarəetmə sisteminin gələcək çağırışları və ISO 14001” adlı hesabatdakı tövsiyələr nəzərə alınıb.

ISO 14001  standartının yeni versiyasında ətraf mühitin mühafizəsi və çirklənmənin qarşısının alınmasını məqsədilə, təşkilatlara öz  fəaliyyətlərinin ekoloji aspektlərinin effetkiv idarə edilməsi üçün tövsiyələr verilir.

Bununla yanaşı ISO 14001: 2015 standartında risklərin idarə edilməsi və ekoloji göstəricilərin yaxşılaşdırılması kimi məsələlər də öz əksini tapıb.

Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemləri üzrə ISO –nun yeni standartı

Beynəlxalq Standartlaşdırma Təşkilatından (ISO)  verilən məlumata görə Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemləri üzrə tanınmış Britaniya standartı olan BS OHSAS 18001-ə yenidən baxılacaq və  bu standart ISO 45001 ilə əvəz ediləcək.

Hal –hazırda bu standartın hazırlanması ilə  ISO-nun 283 saylı  Layihə Komitəsi məşğul olur.

ISO-dan verilən məlumata görə  ISO 45001  OHSAS 18001-in bazasında hazırlanacaq.  Bununla yanaşı standartda  müəyyən dəyişikliklərin ediləcəyi gözlənilir.

Məsələn, ISO 45001 standartında təşkilatın “kontekst” i ilə bağlı daha dəqiq  istiqamət izlənilir, həmçinin ali rəhbərliyin və yüksək menecmentin rolunun artırılması nəzərdə tutulur.   ISO 45001 standartının 2016-cı ilin sonunda nəşr edilməsi gözlənilir.

.

Yeni ISO standartı enerji daşıyıcılarından effektiv istifadə edilməsinə imkan verəcək

Əksər müəssisələr üçün enerji daşıyıcılarının qiyməti uğurlu biznesin aparılmasda əhəmiyyətli rol oynayır. Bu səbəbdən də texnoloji proseslərin, həmçinin infrastruktur obyektlərinin enerji effeltivliyinin yüksəldilməsi müəssisələrin rəqabət qabiliyyətinin artırılmasina musbət təsir edən amillərdəndir.

Qeyd etmək lazımdır ki, bu gün bəzi muəssisələr artıq öz strukturlarında enerji daşıyıcılarına qənaət edilməsinə imkan verən enerjini idarəetmə sistemini tətbiq etməyə başlayıblar. Məhz bu bunu nəzərə alaraq Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) enejini idarəetmə sisteminin effektiv işləməsinə dəstək vermək məqsədilə ISO 50002:2014 ”Enerji auditləri-Tətbiq üzrə tələblər və rəhbərlik “ adlı yeni standart işləyib hazırlayıb.

Standartda movcud enerji resurslardan rasional şəkildə istifadə etməklə enerji üzrə auditin aparılmasına dair tələblər öz əksini tapıb.

Ekspertlərin fikrincə, ISO 50002 ISO 50001:2011 beynəlxalq standartının imkanlarını genişləndirməklə mütəxəssislərə enerji auditlərinin aparılması zamanı əsaslandirılmış qərarların qəbulunda komək edə bilər.
 
ISO/IEC 17021 standartının yeni layihəsi

Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) Uyğunluğun Qiymətləndirilməsi üzrə Komitəsi (CASCO) və Beynəlxalq Elektrotexnika Komissiyası (IEC) tərəfindən cari ilin avqust ayında ISO/IEC DIS 17021–1.2 “Uyğunluğun qiymətləndirilməsi – idarəetmə sistemlərinin auditi və sertifikatlaşdırılmasını təmin edən orqanlara olan tələblər – Hissə 1. Tələblər” adlı beynəlxalq standartın layihəsi hazırlanıb.

Sözügedən sənəd nəşr olunduqdan sonra qüvvədə olan ISO/IEC 17021:2011 “Uyğunluğun qiymətləndirilməsi – idarəetmə sistemlərinin audit və sertifikatlaşdırılmasını təmin edən orqanlara olan tələblər” adlı standartı əvəz edəcək.

Qeyd edək ki, bu versiya ISO/IEC 17021-in, o cümlədən də ISO/IEC TS 17021–2:2012 “Uyğunluğun qiymətləndirilməsi – idarəetmə sistemlərinin audit və sertifikatlaşdırılmasını təmin edən orqanlara olan tələblər – Hissə 2 - Ətraf mühiti idarəetmə sistemlərinin audit və sertifikatlaşdırılmasını təmin edən personalın səriştəliliyinə olan tələblər”, ISO/IEC TS 17021-3:2013 - “Uyğunluğun qiymətləndirilməsi – idarəetmə sistemlərinin auditi və sertifikatlaşdırılmasını təmin edən orqanlara olan tələblər – Hissə 3 – Keyfiyyəti idarəetmə sistemlərinin audit və sertifikatlaşdırılmasını təmin edən personalın səriştəliliyinə olan tələblər”, ISO/IEC TS 17021–4:2013 “Uyğunluğun qiymətləndirilməsi – idarəetmə sistemlərinin auditi və sertifikatlaşdırılmasını təmin edən orqanlara olan tələblər – Hissə 4 – İdarəetmə sistemlərində hadisələrin davamlılığının audit və sertifikatlaşdırılmasını təmin edən personalın səriştəliliyinə olan tələblər”həmçinin ISO/IEC TS 17021–5:2014 “Uyğunluğun qiymətləndirilməsi – idarəetmə sistemlərinin audit və sertifikatlaşdırılmasını təmin edən orqanlara olan tələblər – Hissə 5 –Aktivləri idarəetmə sistemlərinin audit və sertifikatlaşdırılmasını təmin edən personalın səriştəliliyinə olan tələblər” kimi standartın digər versiyalarının tətbiq dairəsini genişləndirir.

Warning: Illegal string offset 'active' in /var/www/u0010844/public_html/aqa.az/templates/aqa/html/pagination.php on line 94

Warning: Illegal string offset 'active' in /var/www/u0010844/public_html/aqa.az/templates/aqa/html/pagination.php on line 100

Страница 1 из 28

Social

Xəbərlər

İnformasiya təhlükəsizliyinin effektivliyinin artırılması üzrə yeni ISO/IEC standartı
Vətəndaşların, cəmiyyətin və dövlətin həyatında informasiyanın, informasiya resurslarının və texnologiyalarının...
ISO 14001 standartının yeni versiyası
Standartlara yenidən baxılması və təkmilləşdirilməsi prosesi çərçivəsində Beynəlxalq Standartlaşdırma...
Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemləri üzrə ISO –nun yeni standartı
Beynəlxalq Standartlaşdırma Təşkilatından (ISO) verilən məlumata görə Əməyin...
Yeni ISO standartı enerji daşıyıcılarından effektiv istifadə edilməsinə imkan verəcək
Əksər müəssisələr üçün enerji daşıyıcılarının qiyməti uğurlu biznesin aparılmasda əhəmiyyətli...
ISO/IEC 17021 standartının yeni layihəsi
Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) Uyğunluğun Qiymətləndirilməsi üzrə Komitəsi (CASCO) və...

Arxiv

2017
Октябрь
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     

Tərəfdaşlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Tanınmış şəxsiyyətlər

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Beynəlxalq Təşkilatlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com