Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Elanlar

Warning: Creating default object from empty value in /var/www/u0010844/public_html/aqa.az/modules/mod_latestnews/helper.php on line 109
president
Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir

Heydər Əliyev

Keyfiyyət Assosiasiyası İctimai Birliyi 25 noyabr 2007-ci ildə təsis edilmiş və 30 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş (QN № 1108-Q23-2591), özünüidarəedən, ictimai-faydalı məqsədlər daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.
Bizim xəbərlər

Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) yeni texniki spesifikasiyası nəşr edilib

  15749568_1843256115887729_1650392084_n

Beynəlxalq Standartlaşdırma Təşkilatının ISO/TS 9002:2016  “Keyfiyyəti idarəetmə sistemləri. ISO 9001:2015-nin tətbiqi üzrə rəhbəredici göstərişlər” adlı yeni texniki spesifikasiyası nəşr edilib.

Bu sənəd ISO 9001:2015  standartında göstərilən tələblərin tətbiqi zamanı istifadəçilərə kömək etmək məqsədilə işlənilib. Texniki spesifikasiyada  ISO 9001:2015 -in hər bir maddəsinə dair tövsiyələr  verilib.

Qeyd etmək lazımdır ki, ISO/TS 9002:2016 da ISO 9001:2015 –in maddələrinin  təşkilatda effektiv tətbiqi və təşkilatın ümumi idarəetmə sistemi ilə əlaqələrin daha da möhkəmləndirilməsi üçün misallar və variantlar verilir. 

ISO/ТС 9002  Beynəlxalq Standartlaşdırma Təşkilatının  176 saylı Texniki Komitəsi tərəfindən keyfiyyəti idarəetməyə dair işlənmiş standartlar seriyasının bir hissəsidir və bu standart ölçüsundən və ya fəaliyyət sahəsindən asılı olmayaraq hər bir təşkilatda tətbiq edilə bilər

ISO 22000 Qida Təhlükəsizliyinin İdarəetmə Sistemi üzrə Baş auditor təlimi keçirilib

12-16 dekabr  2016-cı il tarixində  Keyfiyyət Assosiasiyasının təşkilatçılığı ilə “ISO 22000 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi üzrə Baş auditor” mövzusunda  5 günlük təlim keçirilib. İRCA qeydiyyatlı təlimçi Şamo Muradovun apardığı təlimdə  “Səhliyalı”, “Avrora”, “Mado” şirkətlərinin, Qəbələ Çipsi Zavodunun, həmçinin Keyfiyyət Assosiasiyasının əməkdaşları iştirak edib.

Təlim zamanı qida təhlükəsizliyi və onun inkişaf mərhələləri, qida təhlükəsizliyi üzrə beynəlxalq standartlar, HACCP prinsipləri və HACCP-ın 12 addımı, qida təhlükəsizliyi üzrə siyasət və məqsədlər, qida təhlükəsizliyini idarəetmə sisteminin planlaşdırılması, təhlükələrin analizinin aparılması üzrə ilkin tədbirlər, kritik nəzarət nöqtələrinin təyin edilməsi, qida təhlükəsizliyini idarəetmə sisteminin validasiyası, verifikasiyası və yaxşılaşdırılması barədə iştirakçılara ətraflı məlumat verilib.  Təlim zamanı qeyd olunan mövzular üzrə  maraqlı müzakirələr aparılıb. Mövzuların daha yaxşı qavranılması üçün interaktiv metodlardan istifadə olunub,  ISO 22000  standartının tətbiqi ilə bağlı  praktiki qrup çalışmaları yerinə yetirilib.

Təlimin sonunda iştirakçıların təlimdən öyrəndiyi biliklər test vasitəsi ilə sınaqdan keçirilib.

IMG_4165_1

IMG_4133

IMG_4138

Az-Granata şirkətində ISO 22000 Qida Təhlükəsizliyini İdarəetmə Sistemi üzrə təlim keçirilib

02-24.11. 2016 tarixlərində Az-Granata MMC-də ISO 22000 Qida Təhlükəsizliyini İdarəetmə Sistemi üzrə təlim keçirilib. Təlimi Keyfiyyət Assosiasiyasının aparıcı eksperti, qida təhlükəsizliyi üzrə məsləhətçi-auditor Ruslan Qurbanov aparıb.

Təlim zamanı qida təhlükəsizliyi və onun inkişaf mərhələləri, qida təhlükəsizliyi üzrə beynəlxalq standartlar, HACCP prinsipləri və HACCP-ın 12 addımı, qida təhlükəsizliyi üzrə siyasət və məqsədlər, qida təhlükəsizliyini idarəetmə sisteminin planlaşdırılması, təhlükələrin analizinin aparılması üzrə ilkin tədbirlər, kritik nəzarət nöqtələrinin təyin edilməsi, qida təhlükəsizliyini idarəetmə sisteminin validasiyası, verifikasiyası və yaxşılaşdırılması barədə iştirakçılara məlumat verilib.  Təlimdə Az-Granata şirkətinin qida təhlükəsizliyini təminetmə qrupunun mütəxəssisləri iştirak ediblər.

Təlim çərçivəsində  qeyd olunan mövzular üzrə  maraqlı müzakirələr aparılıb. Mövzuların daha yaxşı qavranılması üçün interaktiv metodlardan istifadə olunub, iştirakçılara ISO 22000  standartının tətbiqi ilə bağlı  praktiki tövsiyələr verilib.

IMG-20161124-WA0000

IMG-20161124-WA0004

Təhsil sektorunda “Açıq hökumət” konsepsiyasının tədbiqi və təşviqi” layihəsi çərçivəsində Quba şəhəri 2 saylı tam orta məktəbdə təlim keçirilib.

Noyabrın 19-da Quba şəhəri 2 saylı tam orta məktəbdə “Təhsil sektorunda “Açıq hökumət” konsepsiyasının tətbiqi və təşviqi” layihəsi çərçivəsində təlim-seminar keçirilib. Təlimdə rayon təhsil şöbəsinin nümayəndəsi, məktəbin rəhbərliyi, müəllimlər və şagirdlər iştirak etdilər.

Tədbir Azərbaycan Keyfiyyət Assosiasiyası tərəfindən Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Təhsil Nazirliyinin köməkliyi ilə interaktiv formada keçirilib.

Tədbirdə Quba şəhəri 2 saylı tam orta məktəbin direktoru Eynullа Camalov, Azərbaycan Keyfiyyət Assosiasiya İctimai Birliyinin nümayəndəsi Ramin Abdullayev, Təhsil Nazirliyinin informasiya şöbəsinin ictimaiyyətlə əlaqələr sektorunun institusional inkişaf üzrə koordinatoru Elçin Sərdarov, təlimçi - məsləhətçi, Elgün Qəhrəmanov və  AZƏRTAC-ın Uşaq Bilik Portalının əməkdaşı Elvira Hacıbəy qızı təqdimatlarla çıxış edib, görüş iştirakçıların suallarını cavablandırıblar. 

Təlim çərçivəsində iştirakçılara Azərbaycan Keyfiyyət Assosiasiyasının fəaliyyəti haqqında, E-təhsil, E-təlim, E-dərslik, E-sinif, Video-edu.az, E-olimp, GreenPen.az, Community.az  yerli və xarici elektron təhsil resursları, həmçinin “Elektron hökumət” portalının imkanları və istifadəsi haqqında məlumat verilib.

Təlimin zamanı iştirakçıların "Açıq hökumət" konsepsiyası və təhsil sahəsində elektron resurslar haqqında məlumatlılığın səviyyəsinin öyrənilməsi üçün sorğu keçirilib. Hər bir təqdimatdan sonra təlim iştirakçıları diskussiyalarda iştirak edib. 

11

12_1

14_2

13_2

Təhsil sektorunda “Açıq hökumət” konsepsiyasının tədbiqi və təşviqi” layihəsi çərçivəsində Azərbaycan Texnologiya Universitetində təlim keçirilib

Noyabrın 12-də Azərbaycan Keyfiyyət Assosiasiyası Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Təhsil Nazirliyinin təşkilatı köməkliyi ilə Azərbaycan Texnologiya Universitetində “Təhsil sektorunda “Açıq hökumət” konsepsiyasının tədbiqi və təşviqi” layihəsi çərçivəsində təlim-seminarı keçirilib. İnteraktiv formada keçirilən təlimdə Universitetin rəhbərliyi, müəllimləri və tələbələri iştirak ediblər.

Tədbirdə Azərbaycan Texnologiya Universitetinin elm və beynəlxalq əlaqələr üzrə prorektoru Səbuhi Yusifov çıxış edərək Azərbaycan Texnologiya Universiteti haqqında məlumat verib və “Açıq hökumət” konsepsiyasının mahiyətini görüş iştirakçılarının diqqətinə çatdırıb.

Sonra çıxış edən Keyfiyyət Assosiasiya İctimai Birliyinin sədri Samir Novruzov təşkilatın Universitetlə əməkdaşlığından, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Assosiasiya tərəfindən həyata keçirilən “Təhsil sektorunda “Açıq hökumət” konsepsiyasının tədbiqi və təşviqi” layihəsindən danışıb.

Tədbirə dəvət edilən Təhsil Nazirliyinin informasiya şöbəsinin ictimaiyyətlə əlaqələr sektorunun institusional inkişaf üzrə koordinatoru Elçin Sərdarov təqdimatla çıxış edərək “Açıq hökumət” konsepsiyası çərçivəsində Təhsil Nazirliyində görülən işlər haqqında, nazirliyin saytı, e-müraciət, məlumat mərkəzinin fəaliyyəti,  e-resurs.edu.az, xaricdetehsil.edu.gov.az, maarifçi qht-lərlə təşkil edilən aylıq informasiya görüşləri barədə məlumat verib.

Təlim çərçivəsində iştirakçılara Azərbaycan Keyfiyyət Assosiasiyasının fəaliyyəti haqqında, E-resurs.edu.az, Video-edu.az, E-olimp, intellektual oyunlar, Valideyn.az, GreenPen.az, Community.az  yerli və xarici elektron təhsil resursları, həmçinin “Elektron hökumət” portalının imkanları və istifadəsi haqqında məlumat verilib. Həmçinin, tədbir iştirakçılarla müəllimlərin yerdəyişməsi və işə qəbulu ilə bağlı elektron baza, “Ali təhsil sisteminin Avropa Ali Təhsil məkanına daha da uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi” üzrə həyata keçirilən Tvinninq layihəsi və onun saytı haqqında fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda tədbir iştirakçılarına təhsil resurslara aid film nümayiş etdirilib.

12

13

14

Warning: Illegal string offset 'active' in /var/www/u0010844/public_html/aqa.az/templates/aqa/html/pagination.php on line 94

Warning: Illegal string offset 'active' in /var/www/u0010844/public_html/aqa.az/templates/aqa/html/pagination.php on line 100

Страница 3 из 16

Social

Tərəfdaşlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Tanınmış şəxsiyyətlər

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Beynəlxalq Təşkilatlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com