Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Elanlar

Warning: Creating default object from empty value in /var/www/u0010844/public_html/aqa.az/modules/mod_latestnews/helper.php on line 109
president
Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir

Heydər Əliyev

Keyfiyyət Assosiasiyası İctimai Birliyi 25 noyabr 2007-ci ildə təsis edilmiş və 30 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş (QN № 1108-Q23-2591), özünüidarəedən, ictimai-faydalı məqsədlər daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.
Bizim xəbərlər

Təhsil sektorunda “Açıq hökumət” konsepsiyasının tədbiqi və təşviqi” layihəsi çərçivəsində “Tərəqqi” Humanitar liseyində təlim keçirilib.

 Noyabrın 8-də Azərbaycan Keyfiyyət Assosiasiyası Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Təhsil Nazirliyinin təşkilatı köməkliyi ilə “Tərəqqi“ Humanitar — texniki Liseyində “Təhsil sektorunda “Açıq hökümət” konsepsiyasının tədbiqi və təşviqi” layihəsi çərçivəsində təlim-seminarı keçirilib. İnteraktiv formada keçirilən təlimdə Liseyin şagirdləri, valideynlər və müəllimlər iştirak edib.

Tədbirdə “Tərəqqi” Humanitar-texniki liseyinin direktoru Məhbubə Məmmədovanın açılış nitqindən sonra Azərbaycan Keyfiyyət Assosiasiya İctimai Birliyinin sədr müavini Hikmət Rəcəbov, Təhsil Nazirliyinin informasiya şöbəsinin ictimaiyyətlə əlaqələr sektorunun institusional inkişaf üzrə koordinatoru Elçin Sərdarov, təlimçi - məsləhətçilər Aynurə Rəşidova, Elgün Qəhrəmanov və Ramin Abdullayev təqdimatlarla çıxış edib, görüş iştirakçıların suallarını cavablandırıblar. Təlimin məqsədi təhsilalanları, müəllimləri və valideynləri elektron təhsil resurslarla tanış etmək və onlardan istifadə etməyi öyrətməklə təhsil sektorunda “Açıq hökümət” konsepsiyasının tədbiqi və təşviqinə dəstək vermək idi.

Təlim çərçivəsində iştirakçılara Azərbaycan Keyfiyyət Assosiasiyasının fəaliyyəti haqqında, E-təhsil, E-təlim, E-dərslik, E-sinif, Video-edu.az, E-olimp, intellektual oyunlar, Valideyn.az, GreenPen.az, Community.az  yerli və xarici elektron təhsil resursları, həmçinin “Elektron hökumət” portalının imkanları və istifadəsi haqqında məlumat verilmişdi. Müəllimlərin yerdəyişməsi və işə qəbulu ilə bağlı elektron baza haqqında müəllimlərlə təqdimat edildiyindən sonra təhsil işçiləri ilə fikir mübadiləsi aparılıb.

Məktəblilərə, valideynlərə və müəllimlərə təhsil resurslara aid film nümayiş etdirilib.

15049722_2161742907383241_1791120113_n  15050439_2161740547383477_1294454176_n           15060310_2161762294047969_1236917776_o

Tbilisidə peşəkar məsləhət üzrə beynəlxalq konfrans keçirilir

Noyabrın 3-4-də Gürcüstan respublikasının paytaxtı Tbilisi şəhərində Avropa Birliyinin dəstəyi ilə Avropa yenidənqurma və inkişaf  bankı (EBRD)  tərəfindən EU4Business  təşəbbüsü çərçivəsində  peşəkar  məsləhət üzrə beynəlxalq konfrans keçirilir. Konfransda 27 ölkədən 250- yə yaxın mütəxəssis iştirak edir.

Bu tədbir məsləhətçilərə öz səriştələrinin artırmaq, kiçik və orta müəssisələrə  keyfiyyətli xidmət göstərmək üçün fəaliyyət sahəsini və əlaqələrini genişləndirmək sahəsində kömək etmək məqsədilə keçirilir. Tədbirdə  “Məsləhət: məsləhət sahəsində global trendlər”, “İnnovasiya: məsləhətin biznes dəyişikliklərindəki rolu”, “Biznesin cəmiyyətdəki rolu: gələcək və imkanlar”  mövzularında çıxışlar nəzərdə tutulub.

Bu beynəlxalq forumda ölkəmizi məsləhət xidməti sahəsində fəaliyyət göstərən  Keyfiyyət Assosiasiyası İctimai Birliyi təmsil edir. Keyfiyyət Assosiasiyasının sədri Samir Novruzlunun verdiyi məlumata görə tədbirə ABŞ,  Qərbi Avropa və MDB ölkələrindən biznes dünyasının və məsləhət sahəsinin liderləri qatılıb.  Tədbirin proqramında plenar sessiyalar, eyni zamanda tanınmış biznes və məsləhət şirkətlərinin rəhbərlərinin çıxışları nəzərdə tutulub.

22

23

Sahibkarlar üçün növbəti təlim keçirilib

Oktyabrın 12-də Bakı Biznes Mərkəzində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) təşkilatçılığı ilə  “İxraca Hazır Ol” layihəsi çərçivəsində “Sertifikatlaşdırma və etiketləmə” mövzusunda təlim keçirilib. Təlimi Keyfiyyət Assosiasiyasının aparıcı ekspertləri Şamo Muradov və Lalə Qasımova aparıb.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu – AZPROMO-dan verilən məlumata görə təlim zamanı ekspertlər tərəfindən  ISO 9001, HACCP, ISO 22000, BRC standartlarına  toxunulub, həmçinin EAC sertifikatlaşdırma sisteminin əsas prinsipləri, Avropa Birliyində qablaşdırma və etiketlənməyə aid olan tələblər haqqında iştirakçılara ətraflı məlumat verilib. Təlimdə GIZ, AZPROMO, Keyfiyyət Assosiasiyası, Veysəloğlu, Şəmkir Aqropark, Herba-Flora, Green Factory MMC,  AMTA, Həyat Qida şirkətlərinin nümayəndələri iştirak ediblər.

Təlim praktiki tapşırıqlar və müzakirələrlə başa çatıb

6                                     2

Keyfiyyət Assosiasiyası, ISO 9001, ISO 29990 və ISO 10019 sertifikatlarına layiq görülüb

Keyfiyyət Assosiasiyası beynəlxalq standartların tətbiqi istiqamətində daha bir uğura imza atıb və FQC beynəlxalq sertifikatlaşdırma və Təlim Xidmətləri Anonim Şirkəti tərəfindən ISO 9001“Keyfiyyəti idarəetmə sistemləri. Tələblər”, ISO 29990 “Qeyri-rəsmi təhsil və peşəkar hazırlıq sahəsində  təlim üzrə xidmətlər. Xidmət təchizatçılarına olan əsas tələblər” və ISO 10019 “Keyfiyyəti idarəetmə sistemi üzrə məsləhətçilərin seçilməsi və onların xidmətlərindən istifadəyə dair rəhbəredici göstərişlər” standartları üzrə sertifikatlara layiq görülüb. Bu sertifikatlar Assosiasiyaya FQC şirkəti tərəfindən aparılmış sertifikatlaşdırma auditlərinin nəticələrinə görə təqdim edilib.

Qeyd edək ki, FQC şirkətinin auditorları Keyfiyyət Assosiasiyasının fəaliyyətinin ISO 9001, ISO 29990 və ISO 10019 standartlarının tələblərinə tam şəkildə uyğunlaşdırıldığını rəsmi şəkildə təsdiq ediblər. Bununla da təşkilat bütün dünyanın qəbul etdiyi yüksək standartlar səviyyəsində fəaliyyət göstərmək məqsədinin nə qədər ciddi olduğunu bir daha nümayiş etdirib.

Diqqətəlayiq faktdır ki, hər zaman yenilikçi ruhu ilə seçilən və müasir idarəetmə metodlarını tətbiq edən Keyfiyyət Assosiasiyası ölkəmizin məsləhət və təlim xidmətləri göstərən şirkətlər arasında bu sertifikatlara layiq görülən ilk təşkilatdır. 

“ISO 9001:2015 - Dəyişikliklər və onların mövcud KİS-də tətbiqi” mövzusunda təlim keçirilib

26-28  iyul 2016-cı il tarixlərində Keyfiyyət Assosiasiyası İctimai Birliyində  “ISO 9001:2015 Dəyişikliklər və onların mövcud KİS-də tətbiqi” mövzusunda təlim keçirilib.

Keyfiyyət Assosiasiyasının məsləhətçisi, idarəetmə sistemləri üzrə ekspert və auditor, iqtisad üzrə fəlsəfə doktoru Qalib Şərifov tərəfindən aparılan təlimdə “SGS” şirkətinin, ATU-nun  Tədris Cərrahiyyə Klinikasının, Şəmkir çörək zavodunun əməkdaşları iştirak edib.

Təlimin birinci günü iştirakçılar ISO 9001 standartının tarixi inkişafı, standartdakı dəyişikliklər üçün əsaslar, ISO 9001-in yeni 2015-ci il versiyası ilə 2008-ci il versiyası arasındakı fərqlər, təşkilatın strateji inkişaf planı, ISO 9001:2015 standartının strukturu barədə məlumat əldə ediblər., mövzu ətrafında müzakirələr aparılıb. Daha sonra iştirakçılar ISO 9001:2015-dəki vacib dəyişiklər, standartın pinsipləri, SWOT təhlilin aparılması üzrə çalışmaları yerinə yetiriblər.

Təlimin ikinci  günü iştirakçılara keyfiyyəti idarəetmə sistemi və onun prosesləri, proseslərin idarə edilməsi, proseslərin ölçülməsi,  risk və imkanlar  barədə  deniş məlumat verilib.  İnteraktiv təlim metodlarından və işgüzar rol oyunlarından istifadə olunaraq yaradılan fəal iştirakçılıq mühitində iştirakçılar sözügedən mövzular üzrə fərdi və qrup çalışmalarlnl yerinə yetiriblər.  

Təlimin üçüncü günü  keyfiyyət üzrə məqsədlər, dəyişikliklərin planlaşdırılması, izləmə və ölçmə, təşkilatın məlumat bazası, təşkilatdaxili kommunikasiya, kənar tədarükçülər tərəfindən təqdim olunan proses, eləcə də standartın müvafiq maddələri geniş təhlil edilib. İştirakçılar qruplara bölünərək keyfiyyət üzrə məqsədlərin müəyyən edilməsi, təşkilatda məhsul və xidmətlərin keyfiyyətinə təsir edən amillərin qiymətləndirilməsi, məhsul və xidmət üzrə müştəri məmnunluğu anketinin layihəsinin hazırlanması üzrə çalışmaları yerinə yetiriblər.    

Təlimin sonunda iştirakçıların təlimdən öyrəndiyi biliklər test vasitəsi ilə sınaqdan keçirilib.

Xatırladaq ki, bundan əvvəl də Keyfiyyət Assosiasiyası tərəfindən ISO 9001 standartının yeni, 2015 versiyası üzrə bir neçə təlim keçirilib və sözügedən təlimlərdə ölkəmizin “Avrora”, Azfen,“Nurgün”, PDL şirkətlərinin əməkdaşları iştirak edib.      

Warning: Illegal string offset 'active' in /var/www/u0010844/public_html/aqa.az/templates/aqa/html/pagination.php on line 94

Warning: Illegal string offset 'active' in /var/www/u0010844/public_html/aqa.az/templates/aqa/html/pagination.php on line 100

Страница 4 из 16

Social

Tərəfdaşlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Tanınmış şəxsiyyətlər

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Beynəlxalq Təşkilatlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com