Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Elanlar

Warning: Creating default object from empty value in /var/www/u0010844/public_html/aqa.az/modules/mod_latestnews/helper.php on line 109
president
Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir

Heydər Əliyev

Keyfiyyət Assosiasiyası İctimai Birliyi 25 noyabr 2007-ci ildə təsis edilmiş və 30 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş (QN № 1108-Q23-2591), özünüidarəedən, ictimai-faydalı məqsədlər daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.
Bizim xəbərlər

ADA Universitetində “Kənd təsərrüfatına strateji baxış: rəqabət, ərzaq təhlükəsizliyi və sosial aspektlər” mövzusunda tədbir keçirilib

21 iyun 2016-cı il tarixində  ADA Universitetində “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” çərçivəsində “Kənd təsərrüfatına strateji baxış: Rəqabət, ərzaq təhlükəsizliyi və sosial aspektlər” mövzusunda  tədbir  keçirilib.

Sözügedən tədbirdə Keyfiyyət Assosiasiyasının sədri Samir Novruzlu iştirak edib.

Tədbirin plenar sessiyasında  ADA Universitetinin rektoru Hafiz Paşayev, Prezidentin İqtisadi islahatlar üzrə köməkçisi xidmətinin sektoru müdiri Elxan Mikayılov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Azərbaycan Amerika Ticarət Palatasının (AmCham) İcraçı direktoru Natavan Məmmədova, “KPMG Azərbaycan” audit şirkətinin rəhbəri Vüqar Əliyev, Kənd Təsərrüfatı Nazirliyinin İcmallaşdırma və statistik təhlil şöbəsinin müdiri Firdovsi Fikrətzadə yuxarıda qeyd olunan mövzu ilə bağlı çıxış ediblər.

Bu çıxışlar zamanı Azərbaycanda kənd təsərrüfatı sahəsində aparılan islahatlardan, iqtisadiyyatının aqrar sahəsinin inkişafında əldə olunan uğurlardan, Azərbaycanda kənd təsərrüfatı məhsullarının ixracının artırılması istiqamətində son illər atılan addımlardan danışılıb,  eyni zamanda kənd təsərrüfatı  və qida səhəsində beynəlxalq standartların və müasir idarəetmə sistemlərinin tətbiqinin vacibliyi vurğulanıb.

Tdbir_kil_1

kil_2                                                                                                                                                       

“OHSAS 18001 Əməyin Mühafizəsi və Təhlikəsizliyi İdarəetmə Sistemi üzrə Baş auditor” təlimi

13-17 iyun tarixlərində  Keyfiyyət Assosiasiyasının təşkilatçılığı ilə “OHSAS 18001 Əməyin Mühafizəsi və Təhlikəsizliyi İdarəetmə Sistemi üzrə Baş auditor” mövzusunda təlim keçirilib.

OHSAS 18001 üzrə İRCA qeydiyyatlı təlimçi Tağı Əhmədzadənin və Hacıbəy Ağamalıyevin apardığı təlimdə Mərkəzi Bankın, Bos-Shelf, Nort West, TUV şirkətinin, həmçinin Keyfiyyət Assosiasiyasının əməkdaşları iştirak edib.

Təlimin birinci günü iştirakçılara əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemi (ƏMT) üzrə anlayışlar və terminlər, ƏMT-nin əsas prinsipləri, ƏMT üzrə siyasət və ƏMT-nin planlaşdırılması, təhlükələrin müəyyən edilməsi, risklərin qiymətləndirilməsi və idarə edilməsi barədə ətraflı məlumat verilib, həmçinin mövzu ilə bağlı praktiki çalışmalar yerinə yetirilib.

Təlimin ikinci günü iştirakçılar ƏMT üzrə qanunvericilik, ƏMT üzrə hədəf və proqramlar, OHSAS 18001 standartına görə tətbiqetmə və işlətmə, resusrlar, vəzifələr, məsuliyyət, hesabat vermə, səlahiyyət, təhsil və səriştə, təşkilatdaxili əlaqə, ƏMT üzrə sənədləşdirmə, sənədlərin idarə edilməsi maddələrinin tələblərinə  dair biliklər əldə ediblər. Təlimin gedişində  iştirakçıların qeyd olunan mövzuları daha yaxşı qavramaları üçün qrup halında çalışmalardan istifadə olunub.

Təlimin üçüncü günü standartın ƏMT üzrə fəaliyyətlərə nəzarət, fövqaladə hallara hazırlıq, fəaliyyətin ölçülməsi və izlənməsi, uyğunluğun qiymətləndirilməsi, qəzalar, hadisələr, uyğunsuzluqlar, düzəldici və qabaqlayıcı fəaliyyətlər, qeydlərin idarə edilməsi,  rəhbərlik tərəfindən təhlil barədə müvafiq maddələri şərh olunub, həmçinin bu mövzular ətrafında geniş müzakirələr aparılıb.

Təlimin dördüncü günü  də çox maraqlı keçib. İştirakçılar  ISO 19011:2011 standartına görə  auditin prinsipləri, OHSAS üzrə daxili və sertifikatlaşdırma auditlərinin fərqləri, auditin növləri, meyarları, təsnifatı, auditə rəhbərlik, proqram, plan, hesabat, auditin mərhələləri: açılış toplantısı, yoxlama, obyektiv dəlillər , qapanış toplantısı barədə bilik əldə ediblər. İştirakçılar  qruplara bölünərək qeyd olunan mövzular üzrə təlimçilər tərəfindən hazırlanmış praktiki çalışmaları yerinə yetiriblər.

Təlimin beşinci günü iştirakçılar OHSAS 18001  üzrə setifikatlaşdırma  barədə geniş məlumatlar əldə ediblər. Daha sonra auditlə bağlı suallar müzakirə edilib və nəzəri biliklər praktiki çalışmalarla müşayiət olunub.

Təlimin sonunda iştirakçılar təlimdən öyrəndiklərinə dair test imtahanı veriblər

_MG_0752                                                                                                                  

_MG_0764                                                                                                                  

_MG_0771                                                                                                                  

_MG_0776

Azərbaycan dilində ilk dəfə olaraq “ISO 9001:2015 Dəyişikliklər və onların mövcud KİS-də tətbiqi” mövzusunda təlim keçirilib

7-9 iyun tarixlərində Keyfiyyət Asosiasiyası tərəfindən “ISO 9001:2015 Dəyişikliklər və onların mövcud KİS-də tətbiqi” mövzusunda təlim keçirilib.

Keyfiyyət Assosiasiyasının məsləhətçisi, idarəetmə sistemləri üzrə ekspert və auditor, iqtisad üzrə fəlsəfə doktoru Qalib Şərifov tərəfindən aparılan təlimdə “Avrora”, Azfen,“Nurgün”, PDL şirkətlərinin əməkdaşları iştirak edib.

Təlimin birinci günü iştirakçılara ISO 9001 standartının tarixi inkişafı, standartdakı dəyişikliklər üçün əsaslar, qarşıya qoyulmuş məqsədlər, ISO 9001-in yeni 2015-ci il versiyası ilə 2008-ci il versiyası arasındakı fərqlər, təşkilatın strateji inkişaf planı, ISO 9001:2015 standartının strukturu barədə məlumat verilib, mövzu ətrafında müzakirələr aparılıb. 

Təlim iştirakçıları ISO 9001:2015-dəki vacib dəyişiklər, standartın pinsipləri, SWOT təhlilin aparılması üzrə çalışmaları yerinə yetiriblər.

Təlimin ikinci  günü iştirakçılar keyfiyyəti idarəetmə sistemi və onun prosesləri, proseslərin idarə edilməsi, proseslərin ölçülməsi,  risk və imkanlar  barədə biliklər əldə ediblər.  Daha sonra təlim sözüügedən mövzular üzrə fərdi və qrup çalışmaları şəklində davam etdirilib. Mövzuların daha yaxşı qavranılması üçün interaktiv metodlardan istifadə olunub, iştirakçılara ISO 9001:2015  standartının tətbiqi ilə bağlı  praktiki tövsiyələr verilib.

Təlimin üçüncü günü  keyfiyyət üzrə məqsədlər, dəyişikliklərin planlaşdırılması, təminetmə  vasitələri, izləmə və ölçmə, təşkilatın məlumat bazası, təşkilatdaxili kommunikasiya, kənar tədarükçülər tərəfindən təqdim olunan proses, məhsul və xidmətlər, fəaliyyət nəticələrinin qiymətləndirilməsi və standartın müvafiq maddələri geniş təhlil edilib. İştirakçılar  qruplara bölünərək keyfiyyət üzrə məqsədlərin müəyyən edilməsi, təşkilatda məhsul və xidmətlərin keyfiyyətinə təsir edən amillərin qiymətləndirilməsi, məhsul və xidtmət üzrə müştəri məmnunluğu anketinin layihəsinin hazırlanması üzrə çalışmaları yerinə yetiriblər.

Təlimin sonunda iştirakçıların təlimdən öyrəndiyi biliklər test vasitəsi ilə sınaqdan keçirilib.

\_MG_0698                                                                  _MG_0694                                                                  _MG_0708

Keyfiyyət Assosiasiyasının sədri Türkiyədə işgüzar səfərdə olub

Keyfiyyət Assosiasiyasının sədri Samir Novruzlu Türkiyəyə işgüzar səfəri çərçivəsində 25 may 2016-ci il tarixində  Ankara şəhərində yerləşən Hacettepe Universitetinin Mühəndislik fakültəsində görüş keçirib.

Görüşdə ATU-nun Tədris işləri üzrə prorektoru, dosent Vüqar İsmayılov, Elm və texnika üzrə prorektoru, dosent Səbuhi Yusifov, eyni zamanda Universitetin Mühəndislik fakültəsinin Dekan müavini, professor Murad Caner iştirak edib.

Görüş zamanı ATU və Hacettepe Universiteti arasında təhsil sahəsində əməkdaşlıq məsələləri, o cümlədən keyfiyyətin idarə olunması mühəndisliyi ixtisası üzrə ortaq magistr proqramının açılması müzakirə olunub.

Qərara alınıb ki, tədris proqramı hazırlanaraq həm Azərbaycan Respublikası Təhsil Nazirliyinə, həm də Türkiyənin Ali Təhsil Şurasına (YÖK) göndərilsin. Eyni zamanda bu proqram üzrə dərs keçəcək müəllimlərin seçilməsi və xüsusi təlimlərə cəlb olunması, eləcə də Azərbaycan dilində tədris vəsaitlərinin hazırlanması məsələsi razılaşdırılıb.

Sözügedən proqram üçün tələbə qəbuluna 2017/2018-ci tədris ilindən başlanması və  tədris prosesinə Keyfiyyət Assosiasiyasının mütəxəssislərinin cəlb olunması ilə bağlı  razılıq əldə olunub.

Keyfiyyət Assosiasiyasının sədri Samir Novruzlu Türkiyə səfəri və  bu səfər çərçivəsində Hacettepe Universitetdə keçirilən görüş barədə danışıb. Assosiasiya sədri bildirib ki, görüş zamanı ATU və Hacettepe Universiteti tərəfindən keyfiyyətin idarə olunması mühəndisliyi ixtisası üzrə ortaq magistr proqramının açılması və tədris prosesində Keyfiyyət Assosiasiyasının mütəxəssislərindən istifadə olunması ilə bağlı prinsipial razılıq əldə edilib.

“Bu gün ölkəmizdə keyfiyyətin planlaşdırılması, keyfiyyəti idaəetmə, keyfiyyəti idarəetmə sistemləri, keyfiyyətə nəzarət, keyfiyyətin yaxşılaşdırılması və uyğunluğun qiymətləndirilməsi mövzularında müasir tədris proqramlarının və dərsliklərin hazırlanmasına ciddi ehtiyac var. ATU və Hacettepe Universiteti tərəfindən keyfiyyət mühəndisliyi üzrə ortaq magistr proqramının açılması heç şübhəsiz, sözügedən sahə üzrə mütəxəssislərin hazırlanması baxımından önəmlidir. Keyfiyyət Assosiasiyası olaraq Biz keyfiyyət sahəsində müasir tələblərə cavab verən mütəxəssislərin hazılanması işinə öz töhfəmizi verməyə hazırıq”, - deyə S. Novruzlu bildirib.

IMG-20160527-WA0000

dd

İdarəetmə üzrə məsləhət xidmətinin əsasları mövzusunda təlim

18-24 may 2016-cı il tarixlərində Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) təşkilatçılığı ilə Holiday İnn hotelində “İdarəetmə üzrə məsləhət xidmətinin əsasları”mövzusunda 5 günlük təlim keçirilib.

Strateji idarəetmə və personalın idarə edilməsi üzrə tanınmış məsləhətçi Valentina Qriqoryeva tərəfindən aparılan təlimdə ölkəmizin məsləhət xidməti sahəsində fəaliyyət göstərən bir sıra şirkətlərinin əməkdaşları iştirak edib.

Təlimdə Keyfiyyət Assosiasiyasının Məsləhət Departamentinin rəhbəri Əmir Musayev  iştirak edib. 

Təlim zamanı interaktiv metodlarla  məsləhətin rolu, məsləhət prosesi, məsləhət prosesinin metodları, məsləhət şirkətinin idarə edilməsi, məsləhət üzrə fəaliyyətlər planlaşdırılması və s. barədə iştirakçılara ətraflı məlumatlar verilib.

image-24-05-16-16-37-2

Warning: Illegal string offset 'active' in /var/www/u0010844/public_html/aqa.az/templates/aqa/html/pagination.php on line 94

Warning: Illegal string offset 'active' in /var/www/u0010844/public_html/aqa.az/templates/aqa/html/pagination.php on line 100

Страница 5 из 16

Social

Tərəfdaşlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Tanınmış şəxsiyyətlər

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Beynəlxalq Təşkilatlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com