Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com


Elanlar


Warning: Creating default object from empty value in /var/www/u0010844/public_html/aqa.az/modules/mod_latestnews/helper.php on line 109
president
Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir

Heydər Əliyev

Keyfiyyət Assosiasiyası İctimai Birliyi 25 noyabr 2007-ci ildə təsis edilmiş və 30 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş (QN № 1108-Q23-2591), özünüidarəedən, ictimai-faydalı məqsədlər daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.
Bizim xəbərlər

V Qafqaz İqtisadi Forumu

7651

Mayın 21-də Qubada V Qafqaz İqtisadi Forumu keçirilib.

Qafqaz Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı ilə keçirilən forumda İqtisadiyyat Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsinin Akademiyası, ADA Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası İqtisadiyyat İnstitutu, Quba Rayon İcra Hakimiyyəti, "Veysəloğlu" şirkətlər qrupu, millət vəkilləri təqdimatçı kimi yer alıb. Bundan başqa tədbirdə bir sıra dövlət və özəl sektorun nümayəndələri, mütəxxəsislər və elm adamları da iştirak ediblər.

 Forumda “Keyfiyyət Assosiasiyası” İctimai Birliyini, təşkilatın aparıcı eksperti, iqtisad elmləri üzrə fəlsəfə doktoru Qalib Şərifov təmsil edib.

Tədbirdə Quba rayonu icra hakimiyyətinin birinci müavini Yusif Abidov, Milli Məclisin deputatları Vahid Əhmədov, Azər Badamov, Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi-Tədqiqat İqtisadi Araşdırmalar İnstitutunun direktor müavini Rövşən Quliyev və Azərbaycan Texnologiya Universitetinin prorektoru Səbuhi Yusifov çıxış ediblər. Çıxışçılar ölkəmizdə ixracın stimullaşdırılması istiqamətində aparılan islahatlar, ixrac potensialının yüksəldilməsi və ixracın stimullaşdırılması yolları, ixracın stimullaşdırılmasında İKT-nin rolu məsələlərinə toxunublar.

 Forumda “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin aparıcı eksperti Qalib Şərifov çıxış edib.   Ekspert Azərbaycanda müəssisələrinin mövcud vəziyyəti,sahibkarlığın inkişafına mane olan amillərdən danışıb. Bildirib ki,  məhsulların keyfiyyətinin və rəqabətqabiliyyətliliyinin artırılması üçün müəssisələrdə effektiv idarəetmə sistemləri təbiq edilməli və onların fəaliyyəti beynəlxalq standartlara uyğunlaşdırılmalıdır.

 Q. Şərifov müəssisələrdə idarəetmənin effektivliyinin artırılmasında  ISO 9001:2015 standartın tətbiqinin vacibliyindən danışıb. Qeyd edibki, məhsulların rəqabətqabiliyyətli və ixrac yönümlü olmasının təmin edilməsi məqsədilə zəruri standartlaşdırma və sertifikatlaşdırma işləri aparılmalıdır. 

“Rəqabətqabiliyyətli istehsalın formalaşması və inkişafı istehsalın modernləşməsi prosesləri, məhsulun standartlaşdırılması və keyfiyyəti mütəxəssis və menecerlərin peşəkarlığı, kadrlarının peşəkar-ixtisas tərkibi, əməyin keyfiyyəti qarşısında yeni və yüksək tələblər qoyur. Bu tələblər məhsul və xidmətlərin keyfiyyətini və rəqabətqabiliyyətliliyini artırmaq üçün müəssisələrdə beynəlxalq standartlara uyğun effektiv idarəetmə sistemlərinin tətbiqini aktuallaşdırır”, - deyə Q. Şərifov bildirib.

 

Beynəlxalq qida təhlükəsizliyi standartları üzrə seminar

19-21 may 2016-cı il tarixində Bakı Ekspo Mərkəzində regionun qida sənayesi üzrə mühüm və əhəmiyyətli tədbirlərindən biri - Azərbaycan Beynəlxalq Qida Sənayesi  sərgisi keçirilib. Sərgidə Azərbaycan, Almaniya, Belarus, BƏƏ, Hindistan, İtaliya, İspaniya, Qazaxıstan, Litva, Rusiya, Çexiya və digər ölkələr təmsil edən 126 şirkət iştirak edib.

“Iteca Caspian” şirkətinin təşkilatçılığı  ilə keçirilən sərginin işgüzar proqramı çərçivəsində “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi tərəfindən 21 may tarixində “Beynəlxalq qida təhlükəsizliyi standartları” mövzusunda seminar keçirilib.Seminarda ölkəmizin özəl sektorunu təmsil edən Nurgün Şirkətlər Qrupunun,  SƏBA,  Şirin, Avrora,  Delta Group  şirkətlərinin mütəxəssisləri, həmçinin Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri iştirak edib.

Seminarı giriş sözü ilə “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin sədri Samir Novruzlu açıb.Assosiasiyanın sədri Beynəlxalq Qida Sənayesi Sərgisinin və bu sərgi çərçivəsində keçirilən seminarın əhəmiyyətindən danışıb. 

Daha sonra “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin qida təhlükəsizliyi üzrə auditor, ekspert və təlimçisi Şamo Muradov iştirakçılara beynəlxalq qida təhlükəsizliyi standartları, Avropa Birliyinin əsas qida qanunları, Codex Alimentarius və HACCP standartları, qida qatqıları, qida təhlükəsizliyini idarəetmə sistemləri üzrə audit və sertifikatlaşdırma  barədə məlumat verilib. 

Ş.Muradov əhalinin qida məhsulları ilə təminatı strategiyasında qida təhlükəsizliyinin əhəmiyyətindən danışıb.

Ekspert bildirib ki, qida təhlükəsizliyi insan sağlamlığı, ətraf mühitin mühafizəsi sahəsində önəmli rol oynayır. Qida təhlükəsizliyi milli genefondun qorunmasında və sağlam nəsl yetişdirilməsində təsiredici əsasları özündə cəmləşdirən amildir. Ona görə də qida təhlükəsizliyi ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi və mövcud qanunvericilik aktlarında dəyişikliklərin aparılması, eyni zamanda qida təhlüksizliyini idərəetmə sistemlərinin tətbiqi və onların bu sahədə mövcud olan beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması üçün hüquqi-normativ bazanın modernləşdirilməsi istiqamətində fəaliyyət davam etdirilməlidir.

Ş. Muradov qida təhlükəsizliyinin təmin edilməsində həyata keçirilən dövlət tədbirlərinin əhəmiyyətini vurğulayıb.  “Qida təhlükəsizliyinin təmin edilməsində qida məhsullarının istehsalçıları, emalçılar, qida məhsullarının ticarəti ilə məşğul olan təsərrüfat subyektlərinin üzərinə də böyük məsuliyyət düşür. Ona görə də istehsalçılar və ticarətçilər öz fəaliyyətlərində qida məhsullarının təhlükəsizliyini əsas tutmalı, istehlakçılara sağlam qida məhsullarının çatdırılmasını özlərinin ən müqəddəs və şərəfli öhdəlikləri kimi qəbul etməlidirlər. Əhalinin sağlamlığı dövlətçilik prinsiplərinin əsas qayələrindən biridir və hər bir kəsin iqtisadi maraqlarından qat-qat üstündür”, - deyə Ş Muradov bildirib.

13239220_1025866507502682_1187823194728915684_n_1

13226990_1025869164169083_4986696233856269317_n

13220925_1025869167502416_466586337654689908_n

 

İkinci Avropa İttifaqı - Azərbaycan biznes forumu

biznes_forum

Mayın 18-də Bakıda İkinci Avropa İttifaqı - Azərbaycan biznes forumu keçirilib.

İqtisadiyyat Nazirliyi, “ADA” Universiteti, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo), “East Invest” təşkilatı, Alman-Azərbaycan Xarici Ticarət Palatasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rəsmi şəxslərlə yanaşı, Aİ ölkələri və Azərbaycandan qida, kənd təsərrüfatı, nəqliyyat, logistika, turizm, konsaltinq və sənayenin müxtəlif sahələrində fəaliyyət göstərən 300-dən çox iş adamı iştirak edib.

İkinci Avropa İttifaqı - Azərbaycan biznes forumunda kənd təsərrüfatı və qida sektorunda imkanlar,nəqliyyat və logistika sektrunda imkanlar, turizm sektorunda imkanlar, Azərbaycanda biznes imkanları mövzusunda məruzələr edilib.

Sözügedən məruzələr ətrafında kənd təsərrüfatı, nəqliyyat və logistika, turizm və “Azərbaycanda biznesi necə qurmalı? - məsələləri müzakirə olunub. Tədbir çərçivəsində kənd təsərrüfatı və qida, nəqliyyat və logistika, turizm sahələrində imkanlar, Azərbaycanda biznes imkanları mövzularında panel iclaslar, iş adamları arasında ikitərəfli görüşlər keçirilib.

Forumda Keyfiyyət Assosiasiyası İctimai Birliyinin sədri Samir Novruzlu iştirak edib.

İkinci Avropa İttifaqı - Azərbaycan biznes forum barədə danışan Samir Novruzlu onun ölkəmiz üçün əhəmiyyətini qeyd edib. Assosiasiya sədri bildirib ki, bu cür tədbirlər Azərbaycan şirkətləri ilə Avropa şirkətləri arasında əlaqələrinin qurulmasında və əməkdaşlığın inkişaf etdirilməsinə zəmin yaradır. S. Novruzlu “Aİ ölkələri Azərbaycanın əsas xarici ticarət tərəfdaşları sırasındadır. Belə biznes forumlar Azərbaycan şirkətləri ilə Avropa şirkətləri arasında əlaqələrin daha da inkişaf etdirilməsinə kömək edir. Ümid edirəm ki, bu təşəbbüslər növbəti illərdə davam edəcək. Keyfiyyət Assosiasiyası olaraq Biz bu əlaqələrin inkişafına öz töhfəmizi verməyə hazırıq”, - deyə S. Novruzlu bildirib.

 
 

Keyfiyyət Assosiasiyasının nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

 30 aprel - 01 may tarixlərində Azərbaycan Texnologiya Universitetinin  təşkilatçılığı ilə Ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Boloniya təhsil prosesində universitet-sənaye əlaqələrinin müasir problemləri” adlı beynəlxalq simpozium keçirilib.

 Tədbirdə Türkiyə, Ukrayna, Gürcüstan və Rusiyanın ali təhsil müəssisələrinin rektorları, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, AMEA-nın həqiqi üzvü, akademik Ziya Səmədzadə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndələri, eyni zamanda Keyfiyyət Assosiasiyasının  nümayəndə heyəti iştirak edib.

 Simpoziumda Keyfiyyət Assosiasiyasının sədri Samir Novruzlu çıxış edib. Assosiasiya sədri çıxışı zamanı elm, tədris və istehsalın, əlaqələndirilməsi, bir-biri ilə inteqrasiya olunmuş şəkildə, müasir texnologiyaların və innovasiyaların tətbiq edilməsi yolu ilə inkişaf etdirilməsi məsələlərinə toxunub.

 S. Novruzlu bildirib ki, istehsal müəssisələrini səriştəli kadr potensialı ilə təmin edilməsi günümüzün ən aktual və prioritet məsələlərindən biridir, çünki peşəkar və təcrübəli kadrlar olmadan heç bir müəssisə  öz hədəflərinə çata bilməz.

 Assosiasiya sədrinin sözlərinə görə, istehsal və təhsil müəsisələrimizdə inkişafa nail olmağın yolu ilk növbədə elm-təhsil-istehsalat əlaqələrinin  qurulmasından və ali təhsil müəssisələrinin iş dünyası ilə qarşılıqlı işbirliyini genişləndirilməsindən, müvafiq bilik və bacarıqların əldə edilməsi üçün bazarın ehtiyaclarına uyğun kardların hazırlanmasından keçir. Bunun üçün ali təhsil müəssisləri iş dünyası ilə əlaqələrini gücləndirməli, kadr tələbatını müəyyənləşdirmək məqsədi ilə əmək bazarının təhlili aparılmalıdır.

 S. Novruzlu çıxışı zamanı təhsildə beynəlxalq keyfiyyəti idarəetmə standartlarının tətbiqindən danışıb və qeyd edib ki, ali təhsil müəssisələrində sözügüdən standartlara uyğun keyfiyyəti idarəetmə sistemlərinin qurulması ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyasına, təhsil müəssisələrində effektiv idarəetmənin həyata keçirilməsinə,  iqtisadiyyatın inkişaf meyillərinə müvafiq olaraq peşəkar kadrların hazırlanmasına zəmin yaradır.

  “Keyfiyyətli təhsil dövlətin, cəmiyyətin və iqtisadiyyatımızın təhsil sisteminə tələbidir. Buna isə təhsil sistemimizi qabaqcıl ölkələrin təhsil sisteminə uyğunlaşdırmaqla, ali təhsil müəssisələrimizdə beynəlxalq keyfiyyəti idarəetmə sistemlərini qurmaqla nail olmaq mümkündür.” -  deyə Assosiasiyanın sədri bildirib. 

 S. Novruzlu Azərbaycan Texnologiya Universitetində  bu istiqamətdə görülən işlərdən, o cümlədən  ISO 9001:2015 standartının tətbiqi layihəsindən danışıb və bu layihənin universitetin idarəetmə sisteminin yaxşılaşdırılmasına təkan verəcəyinə, beynəlxalq təhsil sistemindəki yeniliklərə çevik uyğunlaşmaq imkanı yaradacağına və bütövlükdə ATU-nun imicinin yüksəldilməsinə xidmət edəcəyinə inandığını söyləyib.  

DSC_0014DSC_0027DSC_0169

 

ISO 19011:2011 standartının Azərbaycan dilində versiyası hazırlanıb

iso-19011Təşkilatların dayanıqlığının təmin olunmasında, rəhbərliyə dəqiq və vaxtında məlumat verilməsində və iqtisadi proseslərin effektiv aparılmasında, düzgün qərarların qəbul edilməsində  auditlərin böyük rolu vardır. Auditlər həmçinin tədarükçülərin qiymətləndirilməsi, nəzarət yoxlamaları, sertifikatlaşdırma və qeydiyyat zamanı uyğunluğun qiymətləndirilməsi üzrə fəaliyyətlərin mühüm bir hissəsi hesab olunur.

Son illər ölkəmizdə iqtisadiyyatımızın sürətli inkişafı yerli müəssisə və təşkilatlarımızın idarə edilməsində əsaslı dəyişikliklərin aparılmasını, nəzarətin daha keyfiyyətlə həyata keçirilməsini tələb edir. Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramın”da sənayenin rəqabət qabiliyyətinin artırılması və potensialının gücləndirilməsi,sənaye müəssisələri tərəfindən standartların tətbiqinə və beynəlxalq keyfiyyət sertifikatlarının alınmasına köməklik göstərilməsi ilə bağlı təkliflərin hazırlanması və müvafiq tədbirlərin həyata keçirilməsi, bu hədəfin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilib.

Dövlət Proqramından irəli gələn vəzifələrin həyata keçirilməsinə dəstək vermək məqsədilə 2015-ci ilin iyul ayından etibarən Keyfiyyət Assosiasiyası tərəfindən yeni layihənin həyata keçirilməsinə başlanılıb. Sözügedən layihə çərçivəsində Assosiasiyasının aparıcı mütəxəssisləri tərəfindən dövlət proqramında göstərilən beynəlxalq standartlar əsasında milli standartların hazırlanması işinə dəstək vermək məqsədilə ISO 19011:2011 standartının Azərbaycan dilində versiyası hazırlanıb.

Qeyd edək ki, bu versiyanın hazırlanması zamanı ISO 19011:2011-in tələblərinə əsaslanıb və standart auditorlar, idarəetmə sistemini tətbiq edən təşkilatlar, kontrakt və ya digər öhdəliklərə əsasən idarəetmə sisteminin auditinin keçirilməsinə ehtiyacı olan təşkilatlar da daxil olmaqla potensial istifadəçilərin geniş dairəsi üçün nəzərdə tutulub. 

 
 

Warning: Illegal string offset 'active' in /var/www/u0010844/public_html/aqa.az/templates/aqa/html/pagination.php on line 94

Warning: Illegal string offset 'active' in /var/www/u0010844/public_html/aqa.az/templates/aqa/html/pagination.php on line 100

Warning: Illegal string offset 'active' in /var/www/u0010844/public_html/aqa.az/templates/aqa/html/pagination.php on line 94

Warning: Illegal string offset 'active' in /var/www/u0010844/public_html/aqa.az/templates/aqa/html/pagination.php on line 100

Warning: Illegal string offset 'active' in /var/www/u0010844/public_html/aqa.az/templates/aqa/html/pagination.php on line 94

Warning: Illegal string offset 'active' in /var/www/u0010844/public_html/aqa.az/templates/aqa/html/pagination.php on line 100

Warning: Illegal string offset 'active' in /var/www/u0010844/public_html/aqa.az/templates/aqa/html/pagination.php on line 94

Warning: Illegal string offset 'active' in /var/www/u0010844/public_html/aqa.az/templates/aqa/html/pagination.php on line 100

Warning: Illegal string offset 'active' in /var/www/u0010844/public_html/aqa.az/templates/aqa/html/pagination.php on line 94

Warning: Illegal string offset 'active' in /var/www/u0010844/public_html/aqa.az/templates/aqa/html/pagination.php on line 100

Warning: Illegal string offset 'active' in /var/www/u0010844/public_html/aqa.az/templates/aqa/html/pagination.php on line 94

Warning: Illegal string offset 'active' in /var/www/u0010844/public_html/aqa.az/templates/aqa/html/pagination.php on line 100

Warning: Illegal string offset 'active' in /var/www/u0010844/public_html/aqa.az/templates/aqa/html/pagination.php on line 94

Warning: Illegal string offset 'active' in /var/www/u0010844/public_html/aqa.az/templates/aqa/html/pagination.php on line 100

Warning: Illegal string offset 'active' in /var/www/u0010844/public_html/aqa.az/templates/aqa/html/pagination.php on line 94

Warning: Illegal string offset 'active' in /var/www/u0010844/public_html/aqa.az/templates/aqa/html/pagination.php on line 100

Warning: Illegal string offset 'active' in /var/www/u0010844/public_html/aqa.az/templates/aqa/html/pagination.php on line 94

Warning: Illegal string offset 'active' in /var/www/u0010844/public_html/aqa.az/templates/aqa/html/pagination.php on line 100

Warning: Illegal string offset 'active' in /var/www/u0010844/public_html/aqa.az/templates/aqa/html/pagination.php on line 94

Warning: Illegal string offset 'active' in /var/www/u0010844/public_html/aqa.az/templates/aqa/html/pagination.php on line 100

Страница 6 из 16

Social

Tərəfdaşlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Tanınmış şəxsiyyətlər

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Beynəlxalq Təşkilatlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com