Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Elanlar

Warning: Creating default object from empty value in /var/www/u0010844/public_html/aqa.az/modules/mod_latestnews/helper.php on line 109
president
Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir

Heydər Əliyev

Keyfiyyət Assosiasiyası İctimai Birliyi 25 noyabr 2007-ci ildə təsis edilmiş və 30 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş (QN № 1108-Q23-2591), özünüidarəedən, ictimai-faydalı məqsədlər daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.
Bizim xəbərlər

ISO 9001:2015 standartının Azərbaycan dilində versiyası hazırlandı

254396_109278919161450_8146841_n“Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramın”da sənayenin rəqabət qabiliyyətinin artırılması və potensialının gücləndirilməsi,sənaye müəssisələri tərəfindən standartların tətbiqinə və beynəlxalq keyfiyyət sertifikatlarının alınmasına köməklik göstərilməsi ilə bağlı təkliflərin hazırlanması və müvafiq tədbirlərin həyata keçirilməsi, bu hədəfin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilib

Dövlət Proqramından irəli gələn vəzifələrin həyata keçirilməsinə dəstək vermək məqsədilə 2015-cı ilin iyul ayından etibarən Keyfiyyət Assosiasiyası tərəfindən yeni layihənin həyata keçirilməsinə başlanılıb.

Sözügedən layihə çərçivəsində sənaye müəssisələrinin beynəlxalq standartlara və sertifikatlara olan ehtiyaclarının müəyyən edilməsi və bu ehtiyacların təmin edilməsi üçün müvafiq işlərin görülməsi nəzərdə tutulub.

Assosiasiyanın mütəxəssislər qrupunun apardığı araşdırmaların nəticəsində dövlət və özəl təşkilatlarda Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) ən populyar standartı olan ISO 9001:2015 versiyasına olan ehtiyac müəyyən edilib. Bunu nəzərə alaraq Keyfiyyət Assosiasiyası İB-nin aparıcı mütəxəssisləri tərəfindən dövlət proqramında göstərilən beynəlxalq standartlar əsasında milli standartların hazırlanması işinə dəstək vermək məqsədilə ISO 9001:2015 standartının Azərbaycan dilində versiyası hazırlanıb.

Qeyd edək ki, sözügedən versiyanın hazırlanması zamanı ISO 9001:2015 -in tələblərinə əsaslanıb və bu beynəlxalq standartın tətbiqinə rahat və idarə olunan keçidi təmin edə biləcək yeni prinsiplərin anlaşılmasına kömək etmək və biznes proseslərlə keyfiyyəti idarəetmə sistemlərinin inteqrasiyası səviyyəsini yüksəltmək üçün müvafiq tövsiyələrdən istifadə edilib.

Bu barədə ISO 9001:2015 standartının Azərbaycan dilində versiyasının hazırlanması üzrə layihənin rəhbəri Keyfiyyət Assosiasiyası İB-nin sədri S. Novruzlu məlumat verib. Assosisasiya sədrinin sözlərinə görə ISO 9001standartının yeni versiyasında əvvəlki ISO 9001:2008 ilə müqayisədə kifayət qədər dəyişikliklər edilib, ilk növbədə standartın maddələrinin sayı 10-a çatdırılıb.

Bundan başqa, digər standartlarla uyğunluğu təmin etmək üçün yeni versiyada standartın strukturu dəyişdirilib, əvvəlki versiyada olan qabaqlayıcı və düzəldici fəaliyyətlər maddəsi çıxarılıb və o risklərin idarə edilməsi modeli ilə əvəzlənib, həmçinin standarta təşkilatın iş mühiti maddəsi əlavə edilib, ISO 9001:2008-də verilən “sənədlərin idarə edilməsi” və “qeydlərin idarə edilməsi” əvəzinə “sənədləşdirilmiş informasiya” anlayışından istifadə olunub.

S. Novruzlu standartın yeni versiyasında edilən dəyişikliklərin idarəetmə sistemlərinin effektivliyinin artırılması baxamından əhəmiyyətli olduğunu, xüsusilə də müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsinə, istehsal edilən məhsulların və göstərilən xidmətlərin keyfiyyətinə müsbət təsir  edəcəyini vurğulayıb.

20160201_181748

Azərbaycan Texnologiya Universitetində ISO 9001 standartı üzrə təlim keçirilib

11.12. 2015-ci il tarixində  Gəncədə yerləşən Azərbaycan Texnologiya Universitetində ISO 9001 beynəlxalq standartının  tətbiqi layihəsi çərvivəsində “Keyfiyyəti idarəetmə sisteminin əsas prinsipləri” mövzusunda  təlim keçirilib. Təlimdə universitetin rəhbərliyi və müəllim heyəti iştirak edib.

Təlimi Keyfiyyət Assosiasiyasının məsləhətçisi, təlimçisi və auditoru Qalib Şərifov aparıb. Təlim zamanı iştirakçılara ISO 9001standartı, keyfiyyəti idarəetmə sisteminin tətbiqinin prinsipləri və müəssislər üçün faydaları, KİS sertifikatlaşdırılması, strateji planlaşdırma, hədəflərin dekompozisiyası, müəssisənin fəaliyyətində informasiya mübadiləsi və müştəri ilə əks-əlaqənin düzgün qurulmasının vacibliyi, həmçinin ENQA- Avropa ali təhsil standarı və s. barədə ətraflı məlumat verilib. Q. Şərifov KİS-in tətbiqi sahəsində öz təcrübəsini iştirakçılarla bölüşüb. Daha sonra sözügedən mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb. 

IMG_2149IMG_2150IMG_2151
 
Şirin MMC ISO 9001 standartı üzrə sertifikata layiq görülüb

Şirin MMC  ISO 9001 standartı üzrə beyləxalq sertifikata layiq görülüb. Bununla əlaqədar olaraq dekabrın 10-da şirkətin ofisində  sertifikatın təqdim olunması mərasimi keçirilib.

Tədbirdə Şirin MMC-nin direktoru Ramin Əliyevin dəvəti ilə “Keyfiyyət Assosiasiyası” İB-nin Sədri Samir Novruzlu iştirak edib.  Təqdimat mərasimində  keyfiyyət idarəetmə sisteminin tətbiqinin zəruriliyi, bu məsələyə Şirin MMC -də böyük önəm və dəstək verildiyi vurğulanıb.

Eyni zamanda qeyd edilib ki, Şirin MMC öz fəaliyyətini beynəlxalq standartlara uyğunlaşdırmaq istiqamətində ciddi addımlar atıb. Qısa müddətdə şirkət özünün keyfiyyət idarəetmə sistemi üzrə bütün qayda və təlimatları hazırlayaraq onları tətbiq etməyə başlayıb. “First Quality Certification” şirkəti tərəfindən  keçirilən yoxlamalar nəticəsində Şirin MMC-nin sözügedən sahədə beynəlxalq standartın tələblərinə uyğunluğu təsdiq olunub.

Tədbirdə “Keyfiyyət Assosiasiyası” İB-nin sədri Samir Novruzlu çıxış edib. Assosiasiyanın sədri qeyd edib ki, Azərbaycanda iqtisadi islahatlar inkişaf etdikcə keyfiyyətə daha çox diqqət yetirilir. Son illər istər özəl, istərsə də dövlət müəssisələrində keyfiyyəti idarəetmə sisteminin tətbiqi istiqamətində  təqdirəlayiq işlər görülüb.

ISO 9001 standartının əsas məqsədi müəssisələrdə görülən işlərin keyfiyyətinin yüksəldilməsini, xərclərin azaldılmasını, məhsuldarlığın artırılmasını, daxili və xarici bazarlarda müəssisənin rəqabət qabiliyyətinin yüksəldilməsini təmin etməkdir.Keyfiyyət sisteminin nüfuzlu sertifikatlaşdırma orqanı tərəfindən sertifikatlaşdırılması xarici sifarişçilərlə danışıqların aparılması zamanı müəssisəyə müəyyən üstünlüklər qazandırır. Standartın tətbiqi müəssisənin bazarın imkanlarına və dinamikasına çevik reaksiyana, satış həcminin və beləliklə də gəlirlərin artmasına,  müştəri məmnunluğunun əldə edilməsinə, habelə müəssisənin resurslarından səmərəli istifadə olunmasına kömək edir” deyə S. Novruzlu bildirib.

Çıxışının sonunda S. Novruzlu Şirin MMC-ni ISO 9001 standartı üzrə beyləxalq sertifikata layiq görülməsi münasibətilə təbrik edib və şirkətə gələcək  fəaliyyətində uğurlar arzulayıb.

DSC_7846DSC_7831DSC_7850DSC_7827

“Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin üzvləri üçün təlim keçirilib

 26, 28 və 30 noyabr 2015-ci il tarixlərində  “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin üzvlərindən ibarət qrup  “Müştərinin təlabatını müəyyən etmək texnologiyası”, “Peşəkar  satış” , “Narazı müştərilərlə ünsiyyət”mövzularında təlimdə iştirak edib.   AC Group şirkətinin direktoru Rövşən Hümbətovun təqdim etdiyi təlimdə qeyd olunan modullar üzrə müştərinin təlabatını müəyyən edilməsi texnologiyası, korporativ satışın təşkili, narazı müştərilərlə iş, şikayətlərin idarə edilməsi kimi məsələlər müzakirə edilib.

 Təlimin ilk günündə Assosiasiya əməkdaşlarına müştərinin təlabatlarının müəyyən edilməsi texnologiyası, bu zaman ortaya çıxan problemlər və onların həlli barədə geniş məlumat verilib.

 R. Hümbətov müştəri tələbatlarının düzgün müəyyən edilməsinin əhəmiyyəti, korporativ satışın düzgün təşkili, narazı müştərilərlə ünsiyyətin düzgün qurulmasının uğurlu biznesin aparılması  baxımından vacibliyini  qeyd edib, həmçinin dünyanın qabaqcıl şirkətlərinin təcrübəsinə istinad edərək bunu praktiki misallarla iştirakçıların diqqətinə çatdırıb.

 Təlimin ikinci günündə iştirakçılara korporativ satış və onun həyata keçirilməsi , həmçinin korporativ satış zamanı tətbiq olunan metod və yanaşmalar haqqında məlumat verilib. Eyni zamanda korparativ satışın həyata keçirilməsi üçün effektiv ünsiyyətin qurulmasının vacibiyi vurğulanıb, bununla bağlı təlim iştirakçılarına müvafiq praktiki tövsiyələr verilib. 

 Təlimin üçüncü günündə narazı müştərilərlə ünsiyyətin qurulması qaydaları barədə iştirakçılara geniş məlumat verilib və bunlarla bağlı hazırda dünyada tətbiq olunan yeni metod və texnologiyalardan danışılıb. Bu modulun təqdimatı zamanı tanınmış şirkətlərin fəaliyyətindən misallar gətirilib,  video çarxlar nümayiş etdirilib.

 Qeyd edək ki,təlimin gedişində sözügedən mövzular üzrə test tapşırıqları verilib və Assosiasiya əməkdaşlarını  maraqlandıran suallar təlimçi tərəfindən ətraflı cavablandırılıb.

20151130_09221220151126_10550520151130_104501
 
Keyfiyyət Assosiasiyası üzvlərinin növbəti görüşü

 Noyabrın 13-də ’ “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin (KAİB) ofisində təşkilatın üzvlərinin növbəti görüşü keçirilib. Görüşdə KAİB-in cari fəaliyyəti ilə bağlı məsələlər, həmçinin bu fəaliyyət çərçivəsində  görüləcək işlər müzakirə olunub.

Görüşdə Assisiasiyanın sədri Samir Novruzlu çıxış edib. O təşkilatın fəaliyyəti,  strukturunun təkmilləşdirilməsinin vacibliyi haqqında görüş iştirakçılarını məlumatlandırıb. Maraqlı müzakirələr şəraitində keçən görüşdə Assosiasiyanın sahələr üzrə müvafiq şöbələrinin yaradılmasına dair fikir mübadiləsi aparılıb, daha sonra isə həmin şöbələrin  tərkibi və rəhbərləri təsdiq edilib.

Bununla yanaşı iştirakçılar Azərbaycan Keyfiyyət Şəbəkəsi  (AKŞ/AQN) adlı yeni qrupun  yaradılması, eləcə də bu qrupun fəaliyyətinin sosial şəbəkələrdə (facebook, linkedin, whatsapp və s.) işıqlandırılması barədə  maraqlı  təkliflərlə çıxış ediblər.

Görüşdə qeyd olunan məsələlərlə bağlı  hər bir təşkilat üzvünün öz fikirlərini səsləndirməsinə imkan yaradılıb, həmçinin növbəti görüşün vaxtı və  gündəliyi təsdiqlənib.

12247027_918775314878469_8452768383277202696_n12249674_918775311545136_5902899163084832459_n
 
Warning: Illegal string offset 'active' in /var/www/u0010844/public_html/aqa.az/templates/aqa/html/pagination.php on line 94

Warning: Illegal string offset 'active' in /var/www/u0010844/public_html/aqa.az/templates/aqa/html/pagination.php on line 100

Страница 7 из 16

Social

Tərəfdaşlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Tanınmış şəxsiyyətlər

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Beynəlxalq Təşkilatlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com