Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Elanlar

Warning: Creating default object from empty value in /var/www/u0010844/public_html/aqa.az/modules/mod_latestnews/helper.php on line 109
president
Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir

Heydər Əliyev

Keyfiyyət Assosiasiyası İctimai Birliyi 25 noyabr 2007-ci ildə təsis edilmiş və 30 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş (QN № 1108-Q23-2591), özünüidarəedən, ictimai-faydalı məqsədlər daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.
Bizim xəbərlər

Keyfiyyət Assosiasiyası üzvlərinin görüşü

“Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin (KAİB) ofisində təşkilatın üzvlərinin görüşü keçirilib. Görüşdə KAİB-in fəaliyyətinin gücləndirilməsi, ölkəmizin istehsal və xidmət müəssələriri ilə əməkdaşlığın inkişaf etdirilməsi, dövlət tərəfindən həyata keçirilən layihə və proqramlara Assosiasiya tərəfindən dəstək verilməsi kimi məsələlər müzakirə olunub.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında son illər ölkəmizdə müşahidə olunan tərəqqi, genişmiqyaslı inkişaf, həyata keçirilən əzəmətli layihələr, respublikanın hərtərəfli modernləşməsi istiqamətində atılan addımların əhəmiyyətindən danışılıb.

Həmçinin vurğulanıb  ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il 26 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramında bu hədəfin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilib.

Görüşdə çıxış edən KAİB-in sədri Samir Novruzlu  təmsil etdiyi təşkilatın fəaliyyəti barədə məlumat verib. KAİB-in sədri qeyd edib ki, bu görüşün əsas məqsədi Assosiasiya üzvlərinin sual və təkliflərini dinləmək, keyfiyyət və idarəetmə sahələrində baş verən yeniliklərlə bağlı onları məlumatlandırmaqdır. Daha sonra görüşdə iştirakçıların çıxışları dinlənilib, müxtəlif mövzularla bağlı maraqlı müzakirələr aparılıb. 

Qərara alınıb ki, iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə standartların və normativ sənədlərin işlənməsi, eyni zamanda ölkəmiz üçün vacib olan peşəkar kadrların hazırlanması üçün Assosiasiyanın mütəxəssislərdən ibarət müvafiq komissiyalar yaradılsın.Görüşün sonunda iştirakçılar belə  görüşlərin bundan sonra da davam etdirilməsinin vacibliyini vurğulayıblar.

20151017_203816-0120151017_204111-0120151017_204516-0220151017_203800-01

4-cü İnformasiya texnologiyaları standartları üzrə konfrans

20 oktyabr 2015-ci il tarixində Türkiyənin paytaxtı Ankara şəhərində  4-cü İnformasiya texnologiyaları standartları üzrə konfrans keçirilib. Konfrans  Türkiyə Standartlar İnstitutunun (TSE)  təşkilatçılığı ilə Ankaranın Green Part Hotelində baş tutub.

 Tədbirdə informasiya sektorundakı standartlar və sertifikatlaşdırma, kibertəhlükəsizlik, E-ticarət, Bank  sektorunda təhlükəsizlik, ISO/IEC 27001, ISO/IEC 20000, ISO/IEC 27031 standartları üzrə sertifikatlaşdırma mövzuları üzrə məruzələr edilib. Konfransa   Samir Novruzlunun rəhbərliyi ilə Keyfiyyət Assosiasiyası İctimai Birliyi  (KAİB) nümayəndə heyəti qatılıb.

 4-cü İnformasiya texnologiyaları standartları üzrə konfrans barədə  danışan  S. Novruzlu bu tədbirin əhəmiyyətini qeyd edib. KAİB sədrinin sözlərinə görə bu konfrans  informasiya və kommunikasiya texnologiyaları səhəsində tətbiq edilən qabaqcıl təcrübə ilə tanış olmaq baxımından əhəmiyyətli hadisə idi. “Hesab edirəm ki, bu cür tədbirlər müxtəlif ölkələrin şirkət və təşkilatları arasında əməkdaşlıq əlaqələrinin qurulmasına, eləcə də mütəxəssislərin öz bilik və təcrübələrini inkişaf etdirməsinə imkan yaradır” deyə S. Novruzlu bildirib.   

IMG-20151021-WA0005IMG-20151021-WA0004IMG-20151021-WA0006

İnformasiya texnologiyaları standartlarının tətbiqi üzrə yeni layihə

  Azərbaycan Respublikasının gələcək inkişaf strategiyasının əsas istiqamətləri qeyri-neft sektorunun inkişafı hesabına davamlı iqtisadi artıma və tərəqqiyə nail olunması və iqtisadiyyatın şaxələndirilməsidir. Bu məqsədlə ölkəmizdə qeyri-neft amilinin üstünlüyünün təmin edilməsi, iqtisadiyyatda innovasiyaların tətbiqinin genişləndirilməsi üçün güclü motivasiya mexanizmlərinin yaradılması və inkişaf etdirilməsi nəzərdə tutulur.

 Belə inkişafın əsas dayaqlarından biri informasiya və kommunikasiya texnologiyalarıdır (bundan sonra – İKT). İKT yüksək artım tempinə malik yeni iqtisadi sektor kimi müasir və çoxtəyinatlı infrastruktur, habelə hərtərəfli sosial-iqtisadi tərəqqinin aparıcı qüvvəsi rolunu oynayır.

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 aprel tarixli Sərəncamı ilə
təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”da ölkədə informasiya cəmiyyətinin bərqərar olması, onun yaratdığı imkanlardan vətəndaşların, cəmiyyətin, dövlətin inkişafı üçün səmərəli istifadə edilməsi, ölkənin davamlı və dayanıqlı tərəqqisi, İKT-nin dövlət idarəçiliyində hərtərəfli tətbiqi, habelə sosial-iqtisadi və mədəni sahələrin inkişafına təkan verən iqtisadi sektor kimi inkişaf etdirilməsi sahəsində əsas məqsəd və vəzifələr müəyyən edilmişdir.

 Eyni zamanada Milli Strategiyada ölkənin informasiya məkanının təhlükəsizliyinin təmin olunması, İKT-dən istifadədə inamın artırılması, həmçinin  əhalinin, özəl və digər qurumların kibertəhlükəsizlik sahəsində maarifləndirilməsi, bu sahədə ixtisaslı kadrların hazırlanması məsələləri öz əksini tapmışdır.

 “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi (bundan sonra  – KAİB) Azərbaycanda informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”dan irəli gələn vəzifələrin həyata keçirilməsinə, eləcə də Azərbaycan Prezidenti  cənab  İlham Əliyevin bu sahədə apardığı siyasətə dəstək vermək məqsədilə yeni layihə həyata keçirməyə başlamışdır. Layihədə dövlət və özəl sektorda fəaliyyət göstərən müəssisələrdə beynəlxalq informasiya texnologiyaları standartlarının tətbiqi üzrə məsləhət və təlim xidmətlərinin göstərilməsi nəzərdə tutulmuşdur. Bununla  əlaqədar olaraq KAİB-in sədri Samir Novruzlu oktyabrın 20 –də  Türkiyədə işgüzar səfərdə olmuş və bu səfər çərçivəsində  Türk Standartları İnstitutu (TSE), həmçinin bu sahədə məsləhət xidmətləri göstərən EMFA Yazılım ve Danışmanlık şirkəti ilə görüşmüşdür. Bu görüş zamanı sözügedən qurumlarla KAİB arasında  əməkdaşlıq məsələləri müzakirə olunmuş və aşağıdakı  fəaliyyətlərin həyata keçirilməsi barədə razılıq əldə edilmişdir:    

  • ISO/IEC 27001 – İnformasiya təhlükəsizliyini idarəetmə sisteminin qurulması və sertifikatlaşdırmaya hazırlıq;
  • ISO/IEC 20000 – İnformasiya texnologiyaları - Xidmətlərin idarə olunması sisteminin qurulması və tətbiqi;
  • CMMI (Capability Maturity Model Integration) standartının tətbiqi və sertifikatlaşdırmaya hazırlıq;
  • ISO/IEC 15408 (Common Criteria) standartının tətbiqi və sertifikatlaşdırmaya hazırlıq;
  • ISO/IEC 15504 (SPICE) standartının tətbiqi və sertifikatlaşdırmaya hazırlıq;
  • ISO/IEC 12207 İnfomasiya texnologiyası. Proqram təminatının həyat tsikli prosesləri.

 Türkiyə səfəri barədə məlumat verən S. Novruzlu  keçirilmiş görüşlərin əhəmiyyətindən danışıb. KAİB sədri ölkəmizin davamlı inkişafının təmin edilməsi üçün İKT-nin prioritet sahə kimi inkişaf etdirilməsinin, informasiya təhlükəsizliyi üzrə ümummilli hazırlığın və maarifləndirmənin səviyyəsi artırılmanın, bu sahədə ixtisaslı kadrların hazırlanmasının vacibliyini vurğulayıb. O, ötən dövr ərzində ölkəmizdə İKT inkişafı sahəsində xeyli işlər görüldüyünü, bununla bağlı bir sıra irimiqyaslı layihələrin həyata keçirildiyini qeyd edib. S. Novruzlu əldə olunan bütün bu nailiyyətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin informasiya texnologiyaları sahəsinə göstərdiyi qayğı və diqqətin nəticəsi kimi dəyərləndirib.

IMG-20151021-WA0012IMG-20151021-WA0016IMG-20151021-WA0013

14 oktyabr Beynəlxalq Standartlaşdırma Günüdür

14 oktyabr - Beynəlxalq Standartlaşdırma Günü münasibətilə Gəncədə Azərbaycan Texnologiya Universitetində "" mövzusunda tədbir keçirib. Tədbirdə Gəncənin ali təhsil ocaqlarının, həmçinin istehsal və xidmət sahələrində fəaliyyət göstərən müəssisələrin nümayəndələri iştirak ediblər. Universitetin akt zalında keçirilən tədbirdə  ATU-nun ATU-nin Standartlaşdırma və sertifikatlaaşdırma kafedrasının müdiri Şahlar Babayev “Standartlaşdırma mühəndisliyi”, Gəncə Avtomobil Zavodunda keyfiyyət üzrə meneceri Nazim Nəcəfov “Beynəlxalq standartların Gəncə Avtomobil Zavodunda tətbiqi” mövzusunda  çıxışlar ediblər.

Beynəlxalq Standartlaşdırma Günü münasibətilə tədbirə dəvət olunmuş “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin sədri Samir Novruzlu və qurumun məsləhət departamentinin rəhbəri  Qalib Şərifovun çıxışları maraqla qarşılanıb. “Beynəlxalq standartların iqtisadiyyatdakı rolu və səmərəliliyi” mövzusunda çıxış edən S. Novruzlu standartlaşmanın iqtisadiyyatın inkişafına təsirindən danışıb, həmçinin istehsalın effektivliyinin artırılmasında, məhsul və xidmətlərin keyfiyyətinin yüksəldilməsində onun əhəmiyyətini qeyd edib . Son illər Azərbaycanda müşahidə olunan iqtisadi yüksəlişdən danışan sədr  ölkəmizdə beynəlxalq standartların təşviqi istiqamətində  Keyfiyyət Assosiasiyası tərəfindən görülən işlər, həyata keçirilən layihələr barədə tədbir iştirakçılarına məlumat verib. S. Novruzlu Azərbaycan Respublikasının Prezident İlham Əliyevin göstəriş və tapşırıqlarına əsasən son illərdə Azərbaycanda standartlaşdırmanın inkişaf  etdirilməsi, beynəlxalq standartlara cavab verən yeni milli standartların yaradılması istiqamətində dövlət səviyyəsində atılan addımların iqtisadiyyatımızın inkişafında, məhsullarımızın rəqabət qabiliyyətliyinin artırılmasında əhəmiyyətli rol oynayacağına inandığını bildirib.                                  

Tədbirdə“Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin məsləhət departamentinin rəhbəri  Qalib Şərifov “Beynəlxalq idarəetmə standartları – tətbiq və faydalar” mövzusunda çıxış edib. Beynəlxalq standartların tətbiqinin əhəmiyyətindən danışan departament rəhbəri slaydlar vasitəsi ilə ölkələr üzrə  beynəlxalq standartların tətbiq statistikası, bu tətbiqin faydaları barədə tədbir iştirakçılarına geniş məlumat verib.  Q. Şərifov son illər aparılmış araşdırmalara əsaslanaraq beynəlxalq idarəetmə standartlarının tətbiqinin müəssisələrdə idarəetmə sistemlərinin yaradılması və ya mövcud sistemlərin təkmilləşdirilməsi, bütüvlükdə məhsulların keyfiyyətinin və rəqabət qabiliyyətinin yüksəldilməsində oynadığı rolu vurğulayıb.

2346

Keyfiyyət Assosiasiyası İctimai Birliyi ilə Azərbaycan Texnologiya Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

“Keyfiyyət Assosiasiyası” İctimai Birliyi Azərbaycanda məhsulların və xidmətlərin keyfiyyətli və rəqabət yönümlü olması sahəsində maarifçilik işlərinin aparılmasına dəstək vermək məqsədilə ölkəmizin həm dövlət qurumları, həm də özəl təşkilatları ilə səmərəli əməkdaşlıq edir.

Bu istiqamətdə aparılan məqsədyönlü işlərin nəticəsi olaraq 3 sentyabr  2015-ci il tarixində Azərbaycan Keyfiyyət Assosiasiyası İctimai Birliyinin nümayəndələri ilə

Azərbaycan Texnologiya Universiteti ilə  rəhbərliyi arasında  görüş keçirilib. Sözügedən görüş zamanı Assosiasiya ilə Universitet arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

ATU-nun rektoru professor Akif Süleymanov rəhbərlik etdiyi universitetdə Təhsil Nazirliyi tərəfindən pilot layihə olaraq həyata keçirilən "Müştəriyə Yönəlmə Proqramı"ndan danışıb və bu proqram çərçivəsində qurulan əməkdaşlığın tədris prosesini keyfiyyətini yüksəltməyə və maddi-texniki bazanı zənginləşdirməyə imkan verəcəyini bildirib.

 Rektor Azərbaycan Keyfiyyət Assosiasiyası ilə əməkdaşlığın məhz bu istiqamət üzrə əmək bazarının və müasir dövrün tələblərinə uyğun mütəxəsislərin yetişdirilməsinə zəmin hazırlayacağını vurğulayıb.

Görüşdə  çıxış edən KA-nın sədri Samir Novruzlu  Assosiasiya ilə Universitet arasındakı əməkdaşlığın perspektivlərini yüksək qiymətləndirib. Onun sözlərinə görə “ATU ali təhsil ocaqları arasında ilk təhsil müəssisəsidir ki, Keyfiyyət Assosiasiyası ilə belə bir layihəni reallaşdırmağı arzuladı. Düşünürük ki, ATU Keyfiyyət Assosiasiyası ilə əməkdaşlıq nəticəsində beynəlxalq standartların tələblərinə cavab verən kadrların yetişdirilməsinə nail olacaq”.

Görüşün sonunda Keyfiyyət Assosiasiyası İctimai Birliyi ilə Azərbaycan Texnologiya Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb  

Sözügedən memorandumu  Keyfiyyət Assosiasiyası tərəfdən  Birliyin sədri Samir Novruzlu, ATU tərəfdən rektor  professor Akif  Süleymanov imzalayıblar.

İmzalanma mərasimindən sonra ATU-nun professor-müəllim heyəti ilə Azərbaycan Keyfiyyət Assosiasiyasının nümayəndələri arasında əməkdaşlığın konkret istiqamətləri ətraflı şəkildə müzakirə  olunub.

08

2347

Warning: Illegal string offset 'active' in /var/www/u0010844/public_html/aqa.az/templates/aqa/html/pagination.php on line 94

Warning: Illegal string offset 'active' in /var/www/u0010844/public_html/aqa.az/templates/aqa/html/pagination.php on line 100

Страница 8 из 16

Social

Tərəfdaşlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Tanınmış şəxsiyyətlər

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Beynəlxalq Təşkilatlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com