Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Elanlar

Warning: Creating default object from empty value in /var/www/u0010844/public_html/aqa.az/modules/mod_latestnews/helper.php on line 109
president
Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir

Heydər Əliyev

Keyfiyyət Assosiasiyası İctimai Birliyi 25 noyabr 2007-ci ildə təsis edilmiş və 30 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş (QN № 1108-Q23-2591), özünüidarəedən, ictimai-faydalı məqsədlər daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.
Bizim xəbərlər

Qida təhlükəsizliyinə dair yeni milli standart

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramın” da sənaye məhsullarının rəqabət qabiliyyətinin artırılması məqsədi ilə beynəlxalq standartlar əsasında milli standartların hazırlanması işinin sürətləndirilməsi, bu hədəfin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilib.

 Dövlət Proqramınnda müəyyən edilmiş vəzifələrin həyata keçirilməsinə, həmçinin ölkəmizdə yeyinti məmulatlarının təhlükəsizliyinin təmin edilməsilə bağlı dövlət tərərəfindən həyata keçirilən tədbirlərə dəstək vermək məqsədilə  Keyfiyyət Assosiasiyası tərəfindən layihəyə start verilib.

 Sözügedən layihə çərçivəsində Keyfiyyət Assosiasiyasiyasının ekspert qrupunun və INCERT şirkətinin aparıcı mütəxəssislərinin yaxından iştirakı ilə Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) ISO 22000:2005 standartı əsasında yeni milli standart işlənib və “Keyfiyyətin idarə olunması sahəsi” üzrə TK-ya təqdim edilib.

 Yeni standartda qida zənciri boyunca qida məhsullarının yaradılmasından tutmuş onun yeməkdə son istifadəsinə qədər qida məhsullarının təhlükəsizliyinin təmin edilməsinə imkan verən hamı tərəfindən qəbul olunmuş əsas elementlər öz əksini tapıb və qida təhlükəsizliyinə yönəlik təhdidlərə nəzarət etmək üçün zəruri olan qida təhlükəsizliyinin idarəetmə sisteminə tələblər müəyyən edilib.

Qeyd edək ki,  yeni standart qida məhsullarının idarəetmə sistemini tətbiq etməyə çalışan təşkilatlar üçün nəzərdə tutulub və həmin təşkilaların fəaliyyətlərinin onların bəyan etdikləri  qida təhlükəsizliyi siyasətinə uyğun olmasına kömək etmək məqsədilə işlənib. 

Gəncə avtomobil zavodunda ISO 9001 üzrə təlim

“Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na dəstək layihəsi çərçivəsində 23.07.2015-ci il tarixində Gəncə avtomobil zavodunda Keyfiyyət Assosiasiyası tərəfindən sözügedən müəssisənin əməkdaşları üçün  ISO 9001:2008 “Keyfiyyəti İdarəetmə Sistemləri” adlı beynəlxalq standart üzrə təlim keçirilib.

 Zavodun rəhbər heyətinin qatıldığı təlim zamanı əsas diqqət ISO 9001 standartının tələbləri, keyfiyyəti idarəetmə sisteminin qurulması, tətbiqi və davamlı olaraq təkmilləşdirilməsi, KİS -in sənədləşdirilməsi, proses yanaşması, həmçinin KİS üzrə  daxili auditinin keçirilməsi məsələlərinə yönəldilib, iştirakçılara bununla bağlı nəzəri biliklər və praktiki tövsiyələr verilib.

İnteraktiv üsulla keçirilən təlim prosesində iştirakçılara bildirilib ki, ISO 9001 standartının əsas məqsədi müəssisələrdə görülən işlərin keyfiyyətinin yüksəldilməsini, xərclərin azaldılmasını, məhsuldarlığın artırılmasını, daxili və xarici bazarlarda müəssisənin rəqabət qabiliyyətinin yüksəldilməsini təmin etməkdir.

Təlimdə ISO 9001:2008 –in tələblərinə uyğun olaraq, keyfiyyəti idarəetmə sisteminin daim təkmilləşdirilməsini təmin etmək məqsədi ilə həmin sistemin rəhbərlik tərəfindən davamlı nəzarət və təhlil edilməsi, habelə  məsuliyyət və öhdəliklərin keyfiyyətli və vaxtında yerinə yetirilməsi üçün əməkdaşların bilik və təcrübə səviyyəsinin davamlı olaraq  artırılmasının vacibliyi vurğulanıb.

Qeyd edək ki, təlimin sonunda iştirakçılar arasında rəy sorğusu keçirilib və onların bu standartın əsas müddəalarını yüksək səviyyədə mənimsədikləri məlum olub.

20150723_152106

“Keyfiyyət Assosiasiyasi” İB ilə Detal Alüminium MMC arasında əməkdaşlıq müqaviləsi imzalandı

“Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin həyata keçirilməsinə dəstək vermək məqsədilə Keyfiyyət Assosiasiyası tərəfindən 06.01.2015 tarixindən yeni layihənin həyata keçirilməsinə başlanılıb. Qeyd olunan layihədə ölkəmizin dövlət və özəl sektorunda fəaliyyət göstərən müəssisələrə beynəlxalq standartların tətbiqi üzrə məsləhət və təlim xidmətlərinin göstərilməsi nəzərdə tutulub.

Bu layihə çərçivəsində dövlət proqramının 4.2.8, 5.1.1, 5.1.2, 5.1.6, 5.2.3, 5.2.6 bəndlərini, proqramla bağlı tədbirlər planının 1.4, 1.15, 2.1, 2.4, 2.9, 2.10 bəndlərini əldə rəhbər tutaraq Assosiasiya tərəfindən  müəssisə və təşkilatlarda beynəlxalq standartların tətbiqi üzrə işlərə artıq start verilib.

10 fevral 2015-ci il tarixində “Keyfiyyət Assosiasiyasi” İB ilə Detal Alüminium arasında  sözügedən şirkətin fəaliyyət sahəsinə və tələblərinə uyğun olaraq idarəetmənin yaxşılaşdırılması və təkmilləşdirilməsi məqsədilə beynəlxalq standartların tətbiqi üzrə məsləhət və təlim xidmətlərinin, daxili auditlərin təşkili və keçirilməsi, tövsiyə və təkliflərin verilməsi üzrə xidmətlərin göstərilməsinə dair  əməkdaşlıq müqaviləsi imzalanıb.

Müqavilədə  Detal Alüminium şirkətində idarəetmənin yaxşılaşdırılması və təkmilləşdirilməsi məqsədilə beynəlxalq standartların tətbiqi, daxili auditlərin təşkili və keçirilməsi, həmçinin bununla bağlı  məsləhət və təlim xidmətlərinin göstərilməsi nəzərdə tutulub.

Müqavilə  Keyfiyyət Assosiasiyası İB-nin sədri Samir Novruzlu və Detal Alüminium MMC-nin icraçı direktoru Yalçın Camalov tərəfindən  imzalanıb.

Bu barədə məlumat verən Keyfiyyət Assosiasiyası İB-nin sədri S. Novruzlu təmsil etdiyi qurum tərəfindən həyata keçirilən layihədən və  imzalanmış müqavilədən danışıb.

Onun sözlərinə görə Dövlət Proqramı çərçivəsində Assosiasiya tərəfindən həyata keçirilən layihədə dövlət və özəl müəssisələrdə beynəlxalq standartlara və sertifikatlara olan ehtiyaclarının müəyyən edilməsi və  bu müəssisələrə beynəlxalq standartlarin tətbiqi üzrə praktiki məsləhətlərin verilməsi və bununla bağlı müvafiq təlimlərin keçirilməsi nəzərdə tutulur.

Assosiasiyanın sədri Detal Alüminiumla imzalanmış müqaviləyə toxunaraq bunun sozügedən şirkətin strukturuna daxil olan müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsinə müsbət təsir  edəcəyini vurğulayıb. 

Qeyd edək ki, Detal Alüminium Azərbaycan Respublikasında əlvan metallurgiya sənayesinin qabaqcıl sahəsindən olan boksit və alünit filizindən alüminium-oksidi, ilkin alüminium, yarımfabrikat (alüminium vərəq, lövhə, rulon şəklində və hər iki üzü boyanmış vərəq və lövhə) məhsulların istehsalı üzrə fəaliyyət göstərən aparıcı şirkətlər qrupudur.

İpək Yolu Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyində görüş

936075_823078201115549_4250078100405508244_n1908174_823076994449003_3018309192537797412_n10430900_823078257782210_7768690171084842811_n10991230_823077071115662_395844568192344860_n

07. 02. 2015 tarixində Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə ”İpək Yolu” SİDİB-nin dəvəti ilə bu qurumun qonağı olub. Görüşdə "İpək Yolu" na  üzv olan şirkətlərin  rəhbərləri iştirak edib.

Sözü gedən görüş zamanı Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illəri əhatə edən dövlət proqramı müzakirə olunub. Millət vəkili Ziyad Səmədzadə Azərbaycanın son illərdə əldə etdiyi uğurlardan, xüsusilə də Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizdə sahibkarlığın inkişafına göstərilən qaygı və diqqətdən  danışıb.

Həyata keçirilən islahatların, qəbul edilən proqramların ölkəmizin  inkişafına təkan verdiyini vurğulayıb.

Görüş  Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illəri əhatə edən dövlət proqramı ətrafındə maraqlı müzakirələr, sual- cavab, səmimi söhbət mühitində davam edib. Gorüşdə  “Keyfiyyət Assosiasiyası” İctimai Birliyindən bu qurumun sədri Samir Novruzlu iştirak edib.

ISO 9001və OHSAS18001 standartı üzrə təlimlər başa çatdı

11- 13.12.2014 tarixlərində Keyfiyyət Akademiyasının təşkilatçılığı ilə Baki Metropoliteni QSC- nin Tikinti Departamentinin Dəmir - beton konstruksiyaları istehsalat sahəsinin əməkdaşları üçün ISO 9001Keyfiyyəti idarəetmə sistemləri və OHSAS 18001 Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemləri standartı üzrə təlim keçirilib.

 2 gün davam etmiş təlimdə  iştirakçilara ISO 9001 və OHSAS 18001 standartları haqqında məlumat verilib, həmçinin sənədləşdirmə və daxili audit movzularina toxunulub.  Təlim Keyfiyyət Assosiasiyasının aparıcı mütəxəssisləri  Şamo Muradov və  Aqil Allahverdiyev tərəfindən aparılıb.

10903881_1584585058421504_5684007726873192792_o10903796_1584584981754845_6474168939837309994_o
 
Warning: Illegal string offset 'active' in /var/www/u0010844/public_html/aqa.az/templates/aqa/html/pagination.php on line 94

Warning: Illegal string offset 'active' in /var/www/u0010844/public_html/aqa.az/templates/aqa/html/pagination.php on line 100

Страница 9 из 16

Social

Tərəfdaşlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Tanınmış şəxsiyyətlər

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Beynəlxalq Təşkilatlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com