Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com


Elanlar


Warning: Creating default object from empty value in /var/www/u0010844/public_html/aqa.az/modules/mod_latestnews/helper.php on line 109
president
Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir

Heydər Əliyev

Keyfiyyət Assosiasiyası İctimai Birliyi 25 noyabr 2007-ci ildə təsis edilmiş və 30 oktyabr 2008-ci ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş (QN № 1108-Q23-2591), özünüidarəedən, ictimai-faydalı məqsədlər daşıyan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan qeyri-kommersiya, qeyri-hökumət təşkilatıdır.
Bizim xəbərlər

Azərbaycanda Qida Təhlükəsizliyinin İnstitusional Aspektlərinə dair Seminar

15 yanvar 2015-ci il tarixdə Bakı şəhərində  Avropa İttifaqının (Aİ) təşkilatı və maliyyə dəstəyi ilə  Park Inn otelde “Azərbaycanda Qida Təhlükəsizliyi üzrə Tənzimləyici Sistemdə İslahatlara dair seminar keçirilib.

Tədbirdə Aİ Nümayəndə Heyətinin üzvü, Proqram Rəhbəri Olaf Heidelbach, Qrup Rəhbəri Ian Goulding, Milli Hüquqi Ekspert Alida Mahmudova və başqaları çıxış ediblər.

 Seminarda aşağıdakı mövzulara toxunulub: 

  • institusional struktur, rol və funksiyalara xüsusi diqqət verməklə Azərbaycanda qida təhlükəsizliyinə dövlət nəzarətinin yaxşılaşdırılması üçün tövsiyyələr;

  • qida təhlükəsizliyi islahatlarının hüquqi tərəfləri;

  • fəaliyyət planı və icra addımlarının xülasəsi.

Bundan başqa seminar zamanı qida təhlükəsizliyinə nəzarət sisteminin yaxşılaşdırılmasına dair müzakirə aparılıb, eləcə də moderator ve məsləhətçilər iştirakçıların suallarını cavablandırıblar.

Tədbirdə aşağıdakı nazirlik və qurumların nümayəndələri iştirak edib:


  • Səhiyyə Nazirliyi, Sanitar Epidemioloji Nəzarət Sektoru

  • Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Baytarlıq Nəzarəti Xidməti

  • Kənd Təsərrüfatı Nazirliyi, Heyvandarlıq Şöbəsi

  • Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Fitosanitar Nəzarəti Xidməti

  • Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Standartlaşdırma və Texniki Tənzimləmə Şöbəsi

  • Dövlət Gömrük Komitəsi

  • Səhiyyə Nazirliyi, Gigiyena və Epidemiologiya Mərkəzi

  • İqtisadiyyat və Sənaye Nazirliyi, İstehlak Mallarının Ekspertizası Mərkəzi

  • Kənd Təsərrüfatı Nazirliyi, Beynəlxalq Əməkdaşlıq Şöbəsi

  • Kənd Təsərrüfatı Nazirliyi, Texniki Siyasət və Aqroserviz Şöbəsi

  • İqtisadiyyat və Sənaye Nazirliyi, İstehlak Mallarının Ekspertizası Mərkəzi – Vüqar Əhməd

  • Azad Istehlakçılar Birliyi (AİB)

  • Sahibkarlar (İşə götürənlər) Təşkilatları  Milli  Konfederasiyasının (ASK)

  • Nazirlər Kabineti, Aqro-Sənaye Şöbəsi

  • USAİD-in Azərbaycanda Kənd Təsərrüfatına Dəstək Layihəsi (Cənab David Blood)

  • AB-nin maliyyələşdirdiyi Azərbaycanda İnstitusional Quruculuğa Dəstək (SİBA) Layihəsi

  • Beynəlxalq Maliyyə Korporasiyası, Dünya Bankı, Bakı

Seminarda Keyfiyyət Assosiasiyası İctimai Birliyindən qurumun sədri S.Novruzlu iştirak edib.

 

Sahibkarlığın inkişafında sənaye parklarının rolu mövzusunda dəyirmi masa


15 yanvar 2015-cü il tarixdə Bakı şəhərində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının konfrans zalında İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi və Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun (SBİİYF) təşkilatçılığı ilə “Azərbaycanda kiçik Sahibkarlığın İnkişafına Dəstək” layihəsi çərçivəsində “Sahibkarlığın inkişafında sənaye parklarının rolu” mövzusunda dəyirmi masa keçirilib.
 
Tədbirdə İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Arif Nəcimov, “Sahibkarlığın inkişafında sənaye parklarının rolu” mövzusunda çıxış edib. Dəyirmi masada mövzu ətrafında müzakirələr olunub, çıxış edənlər bu məsələnin ölkəmiz üçün aktual olduğunu və sahibkarlığın inkişafında sənaye parklarının əhəmiyyətini qeyd ediblər.
 
Daha sonra Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Sabit Bagirov “Dünya bankının “Doing Business-2015” hesabatında Azərbaycanın göstəriciləri” haqqında dəyirmi masa iştirakçılarını məlumatlandırıb.
 
Tədbirin sonunda bu cür dəyirmi masaların gələcəkdə də davam etdirilməsi barədə fikir irəli sürülüb. Dəyirmi masada Keyfiyyət Assosiasiyası İctimai Birliyindən qurumun İctimai Əlaqələr Şöbəsinin müdiri H. Rəcəbli iştirak edib.
 

“Ərzaq Təhlükəsizliyi: Biznes ücün sabit artım” mövzusunda Konfrans keçirilmişdir

24 dekabr 2014-cü il tarixdə Bakı şəhərində  “Beynəlxalq Maliyyə Korporasiyasının” və Azərbaycan Respublikası  Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilati dəstəyi ilə  “JW Mariott Hotel Abşeron Baku” otelində “Ərzaq təhlükəsizliyi: Biznes ücün sabit artım” mövzusunda Konfrans keçirilmişdir.

Konfransa sədrlik edən Beynəlxalq Maliyyə Korporasiyasının Avropa və Orta Asiyada Aqrobiznes Standartları proqramının Ərzaq Təhlükəsizliyi üzrə mütəxəssisi Yuriy Zvajenko Konfransı giriş sözü ilə acaraq qeyd etdi ki,  Dünya Bankı Qrupunun üzvü olan “Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və Azərbaycan Respublikası  Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası  müasir ərzaq təhlükəsizliyi proqramlarının üstünlükləri haqqında  geniş bilik və məlumatların formalaşması, ərzaq istehsalçılarının ixrac tələblərinin yerinə yetirilməsi, satışların artırılması və investisiyaların cəlb edilməsi üçün ərzaq təhlükəsizliyi standartlarını təkmilləşdirməyə həvəs və maraq oyatmaq  istiqamətində məqsədyönlü  iş aparır.

Sonra Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Prezidenti Məmməd Musayev qonqları salamlayaraq, Konfransın cox əlamətdar bir gündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ad gününə təsadüf etdiyini vurğuladı. Konfrans iştirakcıları adından  Prezident cənab İlham Əliyevi ad günü münasibətilə təbrik edərək ona Azərbaycanın inkişafı naminə gərgin və şərəfli işində  uğurlar arzuladı.

Cıxışına davam edən M.Musayev etibarlı ərzaq təminatının hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərti olduğunu, Azərbaycan Respublikasında əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil etdiyini qeyd etdi.

Ərzaq təhlükəsizliyi insanların istənilən vaxt aktiv və sağlam həyat tərzi sürmək üçün kifayət qədər keyfiyyətli qida məhsullarına fiziki və iqtisadi çıxış imkanlarına malik olması deməkdir. Bunun əsas elementlərindən birini isə hər bir vətəndaşın keyfiyyətli qidaya fiziki və iqtisadi çıxış imkanlarının olması ilə yanaşı, ölkənin milli ərzaq sisteminin iqtisadi baxımdan müstəqilliyini – əsas ərzaq malları üzrə ixracdan asılı olmamasını, etibarlılığı, ərzaq sisteminin mövsüm, hava və digər amillərlə bağlı risklərdən qorunması, dayanıqlılığı, milli ərzaq sistemi istehsalının genişləndirilməsi rejimində inkişafını nəzərdə tutur.

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə əgər 1950-1985-ci illərdə ərzaq istehsalının illik artımı 30 milyon ton, 1985-1995-ci illərdə 12 milyon ton təşkil edirdisə, 2030-cu ilədək bu göstərici cəmi 9 milyon ton səviyyəsində olacaqdır.

Lakin Azərbaycanda 2007-ci ildə dənli bitkilərin 57%-i, ət məhsullarının 88,4%-i yerli istehsal hesabına təmin olunurdusa, bu rəqəmlər 2013-cü ildə müvafiq olaraq 64,0% və 92,0%-ə çatmışdır.

Məlum olduğu kimi ölkəmizin əlverişli coğrafi mövqeyinin və iqlim şəraitinin olması, qədim kənd təsərrüfatı ölkəsi olması, habelə, tarixlər boyu kənd təsərrüfatı məşğulluğu ənənəsinin davam etməsi kimi amillərin mövcudluğu nəticəsində Azərbaycan ərzaq çatışmazlığı və aclıq meylləri ehtimal olunan ölkələr qrupuna daxil edilmir, əksinə ərzaq təhlükəsizliyinin təmin olunması baxımından orta-yuxarı səviyyədə qiymətləndirilir.

Bunun səbəblərindən biri də Azərbaycanda əhalinin etibarlı ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində ciddi nailiyyətlərə imza atılmasıdır. Bu nailiyyətlərin əldə edilməsinə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrasının  təmin olunması  xüsusi rol oynayır.

 Əhalinin etibarlı ərzaq təminatının başlıca şərtlərindən biri makroiqtisadi sabitliyə əsaslanan davamlı inkişafın əldə olunması və əhalinin gəlirlərinin fizioloji normalara əsaslanan tələbatının ödənilməsini təmin etməsidir. 

Cıxışını sona catdıran M.Q.Musayev qeyd etdi ki, son 10 ildə Aqrar sahədə infrastrukturun yaxşılaşdırılması məqsədilə meliorativ tədbirlərə ayrılan vəsaitin həcmi 7,3 dəfə, bütün maliyyə mənbələri hesabına əsaslı kapital qoyuluşu 48 dəfəyə yaxın artıb. Genişmiqyaslı dövlət dəstəyi tədbirləri nəticəsində kənd təsərrüfatı sahəsində yaradılan əlavə dəyərdə 1,5 dəfə artım müşahidə edilir.

Daha sonra beynəlxalq təşkilatların nümayəndələri, Dünya Bankının Azərbaycan Nümayəndəliyinin əməkdaşı Rufiz Cıraqzadə “Aqrar rəqaqbətin inkişafı”,   BMT-nin Cənubi Qafqaz üzrə layihə meneceri Maya Tevzadze “Yerli bazarlar ücün qlobal həllər”,  BMT-nin Avropa və Orta Asiyada Aqrobiznes Standartları proqramının Ərzaq Təhlükəsizliyi üzrə mütəxəssisi Yuriy Zvajenko “Beynəlxalq ərzaq təhlükəsizliyi Standartları:  biznesin artımı ücün əsaslandırma” mövzularında cıxışlar  etmişlər.

Konfransda iştirak edən Azərbaycan tərəfin nümayəndələrinin,   xüsusilə Azərsun Holdinqin nümayəndəsi B.Əliyev “Azərbaycanda ərzaq təhlükəsizliyi problemləri və onların həlli yilları”, Azərbaycan Keyfiyyət Assosiasiyasının sədri S.Novruzlu “Ərzaq təhlükəsizliyi ilə bağlı Beynəlxalq standartlar-Azərbaycan təcrübəsi”, Milli Mətbəx Assosiasiyasının icracı direktoru T.Əmiraslanov “Restoran və Mətbəx Biznesində Ərzaq Təhlükəsizliyi”, İstehlakcıların Müdafiə Birliyinin rəhbəri E.Hüseynov “İstehlak tələbatı və ərzaq təhlükəsizliyi” və digər mövzularda cıxışlar dinlənilmışdir.

Tədbirdə regional və ixrac tələblərinin yerinə yetirilməsində aqrobiznes şirkətlərinə yardım göstərilməsi və həmin sektorun  potensialını tam  gücləndirmək üçün  tələb olunan bünövrənin yaradılması məqsədilə  ərzaq təhlükəsizliyi standartlarının əhəmiyyəti geniş şərh olunmuşdur.  

Bu tədbirdə hökumət nümayəndələri, Bakı şəhərində fəaliyyət göstərən aparıcı ərzaq istehsalçıları, məsləhətçilər, ticarətçilər və aqrobiznes assosiasiyalarının təmsilçiləri  iştirak edərək, ölkədə  ərzaq təhlükəsizliyi  məsələləri üzrə mövcud vəziyyəti müzakirə  ediblər.

Konfransda cıxışlardan sonra qeyd olunan məsələlər ətrafında müzakirələr aparılaraq sual-cavab sessiyası kecirilmişdir.

Konfrans iştirakcıları tədbirin sonunda bildirdilər ki, ölkəmizdə bu günün ən aktual məsələlərindən olan ərzaq təhlükəsizliyi barədə keçirilən bu  tədbirin yekunları bu sahədə olan mövcud problemlərin öyrənilməsinə və  sahənin gələcək inkişaf perspektivləri üçün çöx faydalı olacaqdır. 

20141224_114348

sonnnPicsArt_1419460919297

 
 

Keyfiyyət Assosiasiyası ilə Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası arasında əməkdaşlıq protokolu imzalanıb

“Keyfiyyət Assosiasiyası” İctimai Birliyi Azərbaycanda məhsulların və xidmətlərin keyfiyyətli və rəqabət yönümlü olması sahəsində maarifçilik işlərinin aparılmasına dəstək vermək məqsədilə ökləmizin həm dövlət qurumları, həm də özəl təşkilatları ilə səmərəli əməkdaşlıq edir.

Bu istiqamətdə aparılan işlərin nəticəsi olaraq 19 dekabr 2014-cu il tarixində Keyfiyyət Assosiasiyası (KA) ilə Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyası (ASK) arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sözügedən müqaviləni KA tərəfdən sədr Samir Novruzlu, ASK tərəfdən Konfederasiyanın prezidenti Məmməd Musayev imzalayıblar.

Müqavilədə  tərəflər arasında biznez mühitinin inkişaf etdirilməsi, ölkənin sahibkarlıq sektorunun elmi-tədris işlərinə cəlb edilməsi, qabaqcıl elmi-texniki nailiyyətlərinin sahibkarlığın inkişafına tətbiq edilməsi, sahibkarlıq subyektlərinin maarifləndirilməsi və fəaliyyətinin inkişafına kömək göstərilməsi kimi istiqamətlər üzrə birgə əməkdaşlıq nəzərdə tutulub.

Müqavilənin imzalanması mərasimində çıxış edən KA-nın sədri Samir Novruzlu sözügedən sənədin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə bu müqavilə tərəflər arasında sadalanan istiqamətlər üzrə əməkdaşlığın möhkəmlənməsi və daha da inkişaf etdirilməsinə təkan verəcək.

Xatırladaq ki, “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi ölkə iqtisadiyyatının uzunmüddətli davamlı iqtisadi inkişafının təmin edilməsi, bilik iqtisadiyyatının formalaşdırılması, innovasiya fəaliyyətinin genişləndirilməsi, qabaqcıl texnologiyaların tətbiqi sahəsində həyata keçirilən dövlət siyasətinə dəstək vermək məqsədilə bir sıra dövlət qurumları, o cümlədən Azərbaycan Respublikasının Təhsil Nazirliyi, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti və s. qurumlarla səmərəli əməkdaşlıq edir.

 

ISO 9001:2008 Keyfiyyəti İdarəetmə Sistemləri standartı üzrə növbəti təlim başa çatdı

Keyfiyyət Akademiyasının təşkilatçılığı ilə 29.09-02.10.2014 tarixlərində ISO 9001:2008 Keyfiyyəti İdarəetmə Sistemləri standartı üzrə standartın şərhi, standartın tələblərinə əsasən sənədləşdirmə və daxili audit modulları üzrə keçirilən təlim başa çatdı. 4 gün davam edən təlimin sonunda iştirakçılar yuxarıda qeyd olunan mövzular üzrə imtahan edildi. İmtahan nəticələrinə əsasən beynəlxalq TUV Akademiyanın və ya Keyfiyyət Assosiasiyasının sertifikatlarını əldə edəcəklər.

ISO 9001:2008 standartı üzrə növbəti təlim noyabr ayının 2-ci yarısı üçün nəzərdə tutulub.
 
 

Warning: Illegal string offset 'active' in /var/www/u0010844/public_html/aqa.az/templates/aqa/html/pagination.php on line 94

Warning: Illegal string offset 'active' in /var/www/u0010844/public_html/aqa.az/templates/aqa/html/pagination.php on line 100

Warning: Illegal string offset 'active' in /var/www/u0010844/public_html/aqa.az/templates/aqa/html/pagination.php on line 94

Warning: Illegal string offset 'active' in /var/www/u0010844/public_html/aqa.az/templates/aqa/html/pagination.php on line 100

Warning: Illegal string offset 'active' in /var/www/u0010844/public_html/aqa.az/templates/aqa/html/pagination.php on line 94

Warning: Illegal string offset 'active' in /var/www/u0010844/public_html/aqa.az/templates/aqa/html/pagination.php on line 100

Warning: Illegal string offset 'active' in /var/www/u0010844/public_html/aqa.az/templates/aqa/html/pagination.php on line 94

Warning: Illegal string offset 'active' in /var/www/u0010844/public_html/aqa.az/templates/aqa/html/pagination.php on line 100

Warning: Illegal string offset 'active' in /var/www/u0010844/public_html/aqa.az/templates/aqa/html/pagination.php on line 94

Warning: Illegal string offset 'active' in /var/www/u0010844/public_html/aqa.az/templates/aqa/html/pagination.php on line 100

Warning: Illegal string offset 'active' in /var/www/u0010844/public_html/aqa.az/templates/aqa/html/pagination.php on line 94

Warning: Illegal string offset 'active' in /var/www/u0010844/public_html/aqa.az/templates/aqa/html/pagination.php on line 100

Warning: Illegal string offset 'active' in /var/www/u0010844/public_html/aqa.az/templates/aqa/html/pagination.php on line 94

Warning: Illegal string offset 'active' in /var/www/u0010844/public_html/aqa.az/templates/aqa/html/pagination.php on line 100

Warning: Illegal string offset 'active' in /var/www/u0010844/public_html/aqa.az/templates/aqa/html/pagination.php on line 94

Warning: Illegal string offset 'active' in /var/www/u0010844/public_html/aqa.az/templates/aqa/html/pagination.php on line 100

Warning: Illegal string offset 'active' in /var/www/u0010844/public_html/aqa.az/templates/aqa/html/pagination.php on line 94

Warning: Illegal string offset 'active' in /var/www/u0010844/public_html/aqa.az/templates/aqa/html/pagination.php on line 100

Warning: Illegal string offset 'active' in /var/www/u0010844/public_html/aqa.az/templates/aqa/html/pagination.php on line 94

Warning: Illegal string offset 'active' in /var/www/u0010844/public_html/aqa.az/templates/aqa/html/pagination.php on line 100

Страница 10 из 16

Social

Tərəfdaşlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Tanınmış şəxsiyyətlər

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com

Beynəlxalq Təşkilatlar

Joomla Templates and Joomla Extensions by JoomlaVision.Com