Beynəlxalq standartlarla işləmək inkişafa, tərəqqiyə yol açır və iqtisadiyyatımızın gücləndirilməsinə xidmət edir
Heydər Əliyev
3-4 may tarixlərində Azərbaycanda Kənd Təsərrüfatına Dəstək Layihəsi (ASAP) çərçivəsində ilk dəfə olaraq yerli müəssisələrimiz üçün SA 8000 Sosial Məsuliyyət standartı üzrə təlim keçirilib.
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi və INCERT şirkətinin təşkilatçılığı ilə keçirilən təlimdə Binə AQRO, KASLAR, AZ-Granata, Mars FK, Aqroterm, PMD Grup, Quba Tingçilik, Aznar, AqroKristal, INCERT şirkətlərinin əməkdaşları və ASAP layihəsinin nümayəndələri iştirak ediblər. Təlimi SA 8000 üzrə tanınmış ekspert Caner Gençosmanoğlu aparıb.
Təlim zamanı iştirakçılara SA 8000 standartının tarixi, təşkilatlara faydaları, sosial məsuliyyətin tələbləri barədə məlumat verilib, eyni zamanda uşaq əməyindən istifadə, işçilərin məcburi şəkildə işlədilməsi, əməyin mühafizəsi və təhlükəsizliyi, kollektivdə ayrı – seçkilik, iş vaxt, əmək haqqı kimi məsələlərə toxunulub.
Mövzuların daha yaxşı qavranılması üçün müasir texnologiyanın imkanlarından, eləcə də müxtəlif interaktiv metodlardan istifadə olunub, sosial məsuliyyətlə bağlı praktiki tövsiyələr verilib.
Təlimin sonunda iştirakçıların sualları ətraflı cavablandırılıb.
“East İnvest 2” Layihəsi çərçivəsində 11-14 aprel tarixlərində Bakıda Biznesa dəstək olan QHT lar və biznes assosiasiyaları üçün bir sıra işgüzar tədbirlər keçirilib.
Bu tədbirlərin məqsədi Azərbaycan biznes assosiasiyalarını və sahibkarlığı dəstəkləyən təşkilatları İctimai – Özəl Sektor Dialoqunda iştirak etməyə,yerli assosiasiyaları öz sektorunun inkişafına dəstək etmək üçün təlimləndirmək , yeni təbliğat alətlərini təqdim etmək və həvəsləndirməkdir.
Dörd gün davam etmiş tədbirlər çərçivəsində iştirakçılar Almaniya, Ukrayna və Qırğızıstandan olan ekspertlər tərəfindən “Danışıqlar vərdişləri və Peşəkar danışıqlarda vasitəçilik” bacarıqları üzrə seminarda geniş məlumat əldə ediblər.
Daha sonra tədbir biznes assosiasiyaları və sahibkarlığı dəstəkləyən təşkilatlar üçün cari texniki yardım proqramlarının təqdimatına yönələn, eləcə də, donor təşkilatları, icraçılar və benefisiarlar arasındakı şəbəkənin qurulmasını asanlaşdıran Layihələrin işlənib hazırlanması, həyata keçirilməsi və Vəsaitlərin Toplanması Forumu ilə başa çatıb.
Tədbirdə “Keyfiyyət Assosiasiyası” İctimai birliyinin sədri Samir Novruzlu iştirak edib.
“East İnvest 2” Şərq Tərəfdaşlıq proqramı çərçivəsində 6- 10 mart tarixlərində Bakıda biznesə dəstək təşkilatları, sahibkarlar və biznes assosiasiyaları üçün bir sıra işgüzar tədbirlər keçirilib. Bu tədbirlər Azərbaycan biznes assosiasiyalarını və sahibkarlığı dəstəkləyən təşkilatları ictimai-özəl sektor dialoqu layihəsində iştirak etməyə, kiçik və orta müəssisələrin inkişafına dəstək verməyə yönəldilib.
Beş gün davam etmiş bu tədbirdə biznes assosiasiyaları və sahibkarlığı dəstəkləyən təşkilatlar üçün cari texniki və maliyyə yardım proqramlarının təqdimatına yönələn, eləcə də donor təşkilatların və kiçik və orta müəssisələr arasındakı şəbəkənin qurulmasını asanlaşdıran Donor Forumu keçirilib. Daha sonra tədbir səmərəli və davamlı dövlət və özəl sektor dialoqu və Azərbaycanda və digər Şərq Tərəfdaşlıq ölkələrində birgə layihələrin işlənib hazırlanması və həyata keçirilməsi üçün səylərin birləşdirilməsinin faydalarını izah edən beynəlxalq ekspertlər ilə koalisiya və konsorsium qurulması sessiyası ilə başa çatıb.
Tədbirdə “Keyfiyyət Assosiasiyası” İctimai birliyinin sədri Samir Novruzlu iştirak edib.
Qeyd edək ki, Şərq Tərəfdaşlığı proqramı Polşa və İsveçin Avropa İttifaqının qonşuluq siyasəti çərçivəsində MDB ölkələri ilə münasibətlərinin yaxşılaşdırılmasına yönəldilmiş təşəbbüsdür.
Az-Granata MMC-də ISO 22000 və IFS standartlarına uyğun inteqrasiya olmunmuş idarəetmə sisteminin qurulması çərçivəsində təlim keçirilib. Təlimi Keyfiyyət Assosiasiyasının aparıcı eksperti, qida təhlükəsizliyi üzrə məsləhətçi-auditor Ruslan Qurbanov aparıb.
Təlim zamanı qida təhlükəsizliyi və onun inkişaf mərhələləri, qida təhlükəsizliyi üzrə beynəlxalq standartlar, HACCP prinsipləri və HACCP-ın 12 addımı, qida təhlükəsizliyini idarəetmə sisteminin validasiyası, verifikasiyası və yaxşılaşdırılması və s məsələlərə toxunulub barədə iştirakçılara təlimdə Az-Granata şirkətinin qida təhlükəsizliyi üzrə mütəxəssisləri iştirak ediblər.
Təlim çərçivəsində qeyd olunan mövzular üzrə maraqlı müzakirələr aparılıb. Mövzuların daha yaxşı qavranılması üçün interaktiv metodlardan istifadə olunub, iştirakçılara ISO 22000 standartının tətbiqi ilə bağlı praktiki tövsiyələr verilib.Təlim başa çatdıqdan sonra iştirakçılara Keyfiyyət Assosiasiyasının sertifikatları təqdim edilib.
Yanvarın 14-də MADO-nun “Gənclik Moll” ticarət mərkəzində yerləşən şöbəsində ISO 22000 üzrə IRCA qeydiyyatlı Baş auditor təlim kursunu uğurla başa vurmuş iştirakçılara sertifikatlar təqdim edilib. Tədbirdə Keyfiyyət Assossiasiyasının sədri Samir Novruzlu çıxış edib. Assosiasiyanın sədri qeyd edib ki, Azərbaycanda iqtisadi islahatlar inkişaf etdikcə keyfiyyətə daha çox diqqət yetirilir. Son illər istər özəl, istərsə də dövlət müəssisələrində keyfiyyəti idarəetmə sistemlərinin, o cümlədən qida təhlükəsizliyini idarəetmə sistemlərinin tətbiqi istiqamətində təqdirəlayiq işlər görülüb. S. Novruzlu çıxışı zamanı əhalinin qida məhsulları ilə təminatı strategiyasında qida təhlükəsizliyi, eyni zmanda bununla bağlı beynəlxalq təcrübənin öyrənilməsi və bu sahədə fəaliyyət göstərəcək peşəkar kadrların hazırlanması məsələlərinə toxunub. Assossiasiyanın sədrinin sözlərinə görə, son illər ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində dövlət səviyyəsində bir uğurlu layihə və proqramlar həyata keçirilib.
“Keyfiyyət Assosiasiyası qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən layihə və proqramları tam olaraq dəstəkləyir və öz fəaliyyəti ilə bu siyasətə töhfə verməyə çalışır. Keyfiyyət Assosiasiyası olaraq biz “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin həyata keçirilməsinə dəstək vermək məqsədilə peşəkar kadrların hazırlanması üzrə layihələr həyata keçiririk” deyə S. Novruzlu bildirirb.
Assosiasiyanın sədri çıxışının sonunda iştirakçılara gələcək işlərində uğurlar arzulaayaraq belə təlimlərin mütəmadi olaraq keçiriləcəyiniqeyd edib.
Daha sonra ISO 22000 üzrə IRCA qeydiyyatlı Baş auditor təlim kursunu uğurla başa vurmuş iştirakçılara sertifikatlar təqdim edilib.
Qeyd edək ki, tədbirdə “Şirin “Səhliyalı”, “Avrora”, “Mado” şirkətlərinin, Qəbələ Çipsi Zavodunun, həmçinin Keyfiyyət Assosiasiyasının əməkdaşları iştirak edib.
Страница 2 из 16