Keyfiyyət tv

Assosiasiyamız tərəfindən Ümumdünya Keyfiyyət Həftəsi qeyd edildi

Hər il noyabr ayının ikinci həftəsində qeyd olunan Ümumdünya Keyfiyyət Həftəsi keyfiyyət mədəniyyətinin gücləndirilməsi, müəssisələrdə idarəetmə proseslərinin təkmilləşdirilməsi və davamlı inkişafın təşviqi məqsədi daşıyır. Dünyanın bir çox ölkəsində müxtəlif təşkilatlar bu həftə çərçivəsində konfranslar, seminarlar və maarifləndirici tədbirlər həyata keçirərək keyfiyyəti idarəetmənin əhəmiyyətini ön plana çıxarır.

Bu il Ümumdünya Keyfiyyət Həftəsinin ruhuna uyğun olaraq, Keyfiyyət Assosiasiyası tərəfindən xüsusi bir təşəbbüs reallaşdırılıb. Həftənin məqsədləri — dayanıqlılıq, məsuliyyət və strateji idarəetmə ilə birbaşa əlaqəli olan bu təşəbbüs “İqlim dəyişikliyi və ISO standartları” adlı yeni kitabın Azərbaycan Texniki Universitetində (AzTU) təqdimatının keçirilməsini özündə ehtiva etdi.

Tədbirdə çıxış edən natiqlər vurğuladılar ki, keyfiyyət mədəniyyəti yalnız məhsul və xidmətlərin standartlara uyğunluğu ilə məhdudlaşmır; o, həm də davamlı inkişaf, ekoloji məsuliyyət və gələcək nəsillərə daha sağlam mühitin ötürülməsi kimi vacib istiqamətləri əhatə edir. Bu baxımdan kitabın məzmunu Ümumdünya Keyfiyyət Həftəsinin mahiyyəti ilə tam uzlaşır və ölkəmizdə keyfiyyət mədəniyyətinin genişləndirilməsinə mühüm töhfə verir.

Keyfiyyət Assosiasiyası olaraq biz, gələcəkdə də keyfiyyət, ətraf mühiti idarəetmə və dayanıqlı inkişaf sahəsində maarifləndirmə fəaliyyətlərini davam etdirəcəyik.

Tərəfdaşlar