ISO 20252:2019 - Bazarda effektiv marketinq araşdırmasına kömək edəcək beynəlxalq standart

Şirkətlərin düzgün marketinq strategiyalarının formalaşdırılması üçün bazar araşdırmaları aparılması, bazar barədə məlumatlar, hədəf bazardakı alıcılar, tədarükçülər, qiymətlər, ticarət qaydaları və ticarət qanunvericiliyi ilə bağlı biliklərini artırılması mühüm əhəmiyyət kəsb edir. Bazar araşdırmaları əslində şirkətlər üçün potensial bazarlar haqqında sistemli və obyektiv məlumatlar toplamaq və ənənəvi bazarlarda bazar paylarını artırmaq məqsədi daşıyır.

Bazar araşdırmamaları həm də riskləri azaltmağa kömək edir. Keyfiyyətli araşdırma şirkətlərə alternativləri effektiv qiymətləndirməyə və daha effektiv qərarlar qəbul etməyə kömək edən zəngin və faydalı məlumatlar əldə etməyə imkan verir. Bazar araşdırması, bazarın təhlili yeni başlayan şirkətlər, eləcə də sahibkarlar üçün mütləqdir, çünki bu yolla onlar bazar haqqında məlumat ala və vaxta qənaət edə bilərlər.

Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən işlənib hazırlanmış ISO 20252:2019 qeyd olunan məsələlərin həlli üçün effektiv alət və prosedurlar təqdim edir.

“ISO 20252:2019 Nəticələr və məlumatların təhlili daxil olmaqla, bazarın, ictimai rəyin və sosial problemlərin araşdırılması. Lüğət və xidmətə dair tələblər” adlı beynəlxalq standart bazar araşdırmasının planlaşdırılması və aparılması, müştərilərə təqdim etmək üçün rəhbəredici göstərişləri və tələbləri ehtiva edir.

ISO 20252:2019 standartı aşağıdakılar üçün əsası təmin edir:

  • yüksək keyfiyyətli xidmətlərə zəmanət verən araşdırma məlumatlarının vaxtında hazırlanması və ötürülməsi;
  • araşdırma proseslərinin operativ idarə edilməsi və nəzarəti baxımından effektivliyin artırılması; Səhvlərin və təkrar araşdırmalar üçün ilkin şərtlərin azaldılması;
  • tədarükçülərin və araşdırma məlumatlarının son istifadəçilərinə rəqabət üstünlüyü təmin etməklə onların reputasiyasının artırılması.

ISO 20252:2019 standartı müştəri ilə xidmət təminatçısı arasında ilkin təmasdan başlayaraq araşdırma nəticələrinin müştəriyə ötürülməsinə qədər elmi tədqiqatın bütün mərhələlərini əhatə edir.

Tərəfdaşlar