Keyfiyyət tv

Növbəti ISO 9001:2015 Standartı üzrə təlim keçirilib!

15-16 iyul 2024-ci il tarixlərində “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi tərəfindən ISO 9001:2015. Keyfiyyəti idarəetmə sistemləri - Tələblər mövzusunda növbəti təlim keçirilib.Təlimdə “Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laborayoriya, Ekspertiza və Sertifikatldırma Mərkəzi”, “CBM Engineering” MMC, və “Fortiz Group” MMC, - nin əməkdaşları iştirak ediblər.

Təlim zamanı iştirakçılara ISO 9001:2015 standartının tələbləri, keyfiyyəti idarəetmə sistemi, onun tətbiq sahəsi, təşkilatın konteksti, keyfiyyət üzrə siyasət, keyfiyyət üzrə məqsədlər, risk və imkanlar, keyfiyyəti idarəetmə sisteminin tətbiqinə dəstək, daxili auditinin keçirilməsi, sistemin yekun qiymətləndirilməsi və yaxşılaşdırılması və s məsələlər barədə ətraflı məlumat verilib və qeyd olunan mövzular üzrə qrup şəklində çalışmalar yerinə yetirilib. Təlimdə mövzuların daha yaxşı qavranılması üçün praktiki nümunələrdən və interaktiv metodlardan istifadə olunub, eləcə də ISO 9001:2015 standartının tətbiqi ilə bağlı müvafiq tövsiyələr verilib.

Təlimin sonunda iştirakçıların təlimdən öyrəndiyi biliklər test vasitəsi ilə sınaqdan keçirilib və iştirakçılara “ISO 9001:2015. Şərh və tətbiq üzrə tövsiyələr” adlı kitabı hədiyyə edilib.

Tərəfdaşlar