Keyfiyyət Assosiasiyası tərəfindən “ALLDOORS” MMC-də təlim keçirilib

Keyfiyyət Assosiasiyası tərəfindən 25-28 fevral 2025-ci il tarixlərində Azərbaycanın aparıcı qapı istehsalçısı və ixracatçısı “ALLDOORS” MMC-də Avropa Şurasının və Parlamentinin tikinti məhsullarına dair 305/2011 saylı Reqlamentinə əsasən “CE” markalama qaydaları ilə bağlı təlim keçirilib.

Təlimdə iştirakçılara qeyd edilən reqlamentin tələbləri, onunla əlaqəli olan harmonizə standartlar və onların tələbləri, sınaq/test olunacaq və təyin ediləcək göstəricilər, reqlamentin və harmonizasiya edilmiş standartların tələblərinə uyğun akkreditə edilmiş sınaq laboratoriyası, texniki sənədlər qovluğu, DOP – “Performans bəyanı”nın hazırlanması, CE etiketinin hazırlanması haqqında geniş məlumat verilib, maraqlı müzakirələr aparııb.

Xatırladaq ki, “ALLDOORS” MMC hazırda Azərbaycan bazarında aparıcı qapı istehsalçısıdır. Ən müasir texnoloji avadanlıqlarla təchiz edilmiş şirkət yüksək keyfiyyətli yerli və müxtəlif ölkələrdən idxal olunan materiallardan beynəlxalq standartlara cavab verən müxtəlif ölçülərdə qapı modelləri istehsal edir. Bundan əlavə, şirkət istehlakçıların fərdi sifarişlərinə uyğun olaraq müxtəlif dizayn və ölçülərdə qapılar istehsal edir. “ALLDOORS” MMC müxtəlif model qapıların daxili bazarda satışı ilə yanaşı, onları “Made in Azerbaijan” brendi ilə Avropa İttifaqı ölkələrinə - Rumıniya, Latviya, Litva, Estoniyaya, eləcə də Gürcüstan və Moldovaya ixrac edir.

Tərəfdaşlar