Keyfiyyət Assosiasiyası tərəfindən “GİLTEX” MMC-də ISO 9001, ISO 14001 və ISO 45001 standartları üzrə daxili audit keçirilib

16-17 avqust 2023-cü il tarixlərində Keyfiyyət Assosiasiyası tərəfindən “GP Cotton” şirkətlər qrupuna daxil olan “GiLTEX” MMC-də ISO 9001, ISO 14001 və ISO 45001 standartlarının tətbiqi üzrə məsləhət layihəsi çərçivəsində adıkeçən standartlar üzrə daxili auditə start verilib.

Keyfiyyət Assosiasiyasının aparıcı mütəxəssislərinin iştirakı ilə keçirilən audit zamanı yeni qurulmuş inteqrə olunmuş idarəetmə sisteminin standartların tələblərinə uyğunluğunun və adekvatlığının yoxlanılması nəzərdə tutulur.

Onu da qeyd etəm lazımdır ki, daxili auditə hazırlıq mərhələsində rəhbərlik tərəfindən təsdiq olunmuş audit qrupuna ISO 19011 standartının əsasında ISO 9001 standartı üzrə təlim keçirilmiş, eləcə də şirkətdə idarəetmə sisteminin işlək vəziyyətdə saxlanılması ilə bağlı müvafiq tövsiyələr verilmişdir.

Qeyd edək ki, “GİLTEX” MMC hazırda Cənubi Qafqaz regionunda yeganə vertikal inteqrasiya sistemi ilə qurulmuş və tekstil istehsalı üzrə bütövlükdə texnoloji ardıcıllığı tam əhatə etmiş şirkətdir. Hal-hazırda şirkətin nəzdində iplik fabriki, toxuma, boyama, tikiş və tibbi maska fabrikləri fəaliyyət göstərir. 2012-ci ildən Sumqayıt şəhərində fəaliyyətə başlayan “GİLTEX” MMC-də əsas xammal kimi Azərbaycan pambığından olan mahlıc istifadə olunur. Şirkətin fabriklərində iplik, müxtəlif növ parça, yataq dəstləri, toxuculuq məhsulları, dəsmallar, hörgü məhsulları, yorğanlar, yastıqlar, habelə oda və suya davamlı xüsusi geyimlər, müxtəlif təyinatlı uniformalar, hərbi və xəstəxana geyimləri, xalatlar və s. istehsal edilir.

Tərəfdaşlar