Keyfiyyət tv

Keyfiyyət Assosiasiyası tərəfindən təşkilatın üzvləri üçün ISO 9001:2026 standartı üzrə təlim keçirilib

Təlim proqramı çərçivəsində üzvlərə ISO 9001:2026 standartındakı yeniliklər, yeni versiyanın gətirdiyi əsas dəyişikliklər, yenilənmiş tələblər, riskə əsaslı düşüncə və imkan əsaslı düşüncə, o cümlədəntəşkiltın konteksti, dəyişən bazar şəraitində risklərin və imkanların idarə olunması, liderlik və proses yanaşması, idarəetmınin ieffektivliyinin artırılması, proseslərin xəritələndirilməsi və davamlı yaxşılaşdırmanın həyata keçirilməsi, yeni versiyaya keçid strategiyası, təşkilatların keyfiyyəti idarəetmə sistemlərinin yeni standartın tələblərinə uyğunlaşdırılması və keçid dövrünün düzgün planlaşdırılması və sairə məsələlər barədə ətraflı məlumat verilib.

Təlim interaktiv şəkildə, real iş təcrübəsindən nümunələr təqdim etməklə keçirilib.

“Keyfiyyət Assosiasiyası” İctimai Birliyi üzvlərinin peşəkar inkişafına dəstək olmaq və onları beynəlxalq standartlaşdırma sahəsindəki ən son yeniliklərlə tanış etmək və bu sahədəki yeni yanaşmalar və metodikalar barədə məlumatlandırmaq məqsədilə bu qəbil tədbirlərin keçirilməsini gələcəkdə də davam etdirəcəkdir.

Tərəfdaşlar