Keyfiyyət Assosiasiyası və İNCERT şirkəti tərəfindən “Veysəloğlu” Şirkətlər Qrupunda növbəti seminar keçirilib

“Veysəloğlu” Şirkətlər Qrupu tərəfindən elan olunmuş “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində Keyfiyyət Assosiasiyası və İNCERT şirkəti tərəfindən Şirkətlər Qrupunda qida və aqrar sektor üçün kritik əhəmiyyət kəsb edən “Məhsulların izlənilməsi, geri çağırılması və geri çəkilməsi” mövzusunda seminar keçirilib.

Seminarda Şirkətlər Qrupunun struktur bölmələrinin rəhbər heyəti və əməkdaşları, həmçinin Şirkətlər Qrupunun tərəfdaş şirkətlərinin nümayəndələri iştirak ediblər. Keyfiyyət Assosiasiyası və İNCERT şirkətinin aparıcı mütəxəssislərinin təqdimatı ilə keçirilən seminarda iştirakçılara Avropa Birliyində qida təhlükəsizliyi, milli qanunvericilikdə izlənə bilmə və geri çağırma, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanunu, milli qanunvericiliyə görə qida təhlükəsizliyi sahəsində məhsulların izlənilməsi qaydası, qida təhlükəsizlıiyi üzrə beynəlxalq standartlarda (ISO 22000, BRCGS v9, IFS v8 və sairə) izlənə bilmə, geri çağırma və geri çəkmə ilə bağlı tələblər barədə geniş məlumat verilib, eləcə də bu mövzuda auditoriya üçün maraq doğuran suallar cavablandırılıb.

Ümumiyyətlə, məhsulların izlənilməsi, geri çağırılması və geri çəkilməsi qida məhsullarının istehsalı, emalı və paylanılması sahəsində fəaliyyət göstərən müəssisələr üçün kritik əhəmiyyət kəsb edir. Qida təhlükəsizliyi kontekstində bu, məhsulların təhlükəsiz və istehlak üçün yararlı olmasını təmin etmək baxımından çox vacibdir. Bu mənada “Veysəloğlu” Şirkətlər Qrupunun qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçıların sağlamlığının qorunması üçün mühüm əhəmiyyət kəsb edən bu mövzuya müraciət edilməsi təqdirəlayiq hal kimi qiymətləndirilə bilər.

Qeyd edək ki, ölkəmizin qida sektorunun ən nüfuzlu şirkətlərindən biri olan “Veysəloğlu” Şirkətlər Qrupunda keyfiyyət və qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində son illər görülən işlər, həyata keçirilən tədbirlər Şirkətlər Qrupunun qida təhlükəsizliyinə sadiqliyini və bu məsələlərə konseptual yanaşmasını göstərir.

Tərəfdaşlar