Keyfiyyət Assosiasiyasının daha bir üzvü yüksək vəzifəyə təyin olundu

Dəyərli dostlar!

Məmnuniyyət hissi ilə bildiririk ki, Keyfiyyət Assosiasiyasının fəal üzvu, keyfiyyət mütəxəssisləri arasında özünün yüksək bilik və təcrübəsi ilə daim seçilən Səməd Seyidov Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqində (AZCON) Keyfiyyətin idarə edilməsi üzrə rəhbər vəzifəyə təyin edilib.

Keyfiyyət Assosiasiyası olaraq, hörmətli Səməd müəllimi bu əlamətdar təyinat münasibətilə səmimi qəlbdən təbrik edir, yeni vəzifəsində ona davamlı uğurlar və nailiyyətlər arzulayırıq.

Onun da qeyd edək ki, son vaxtlar Assosiasiyamızın bir neçə üzvünün yüksək vəzifələrə təyin olunması təşkilatımız üçün böyük bir nailiyyət və qürur mənbəyi, həm də təşkilatınızın uğurlu və davamlı fəaliyyətinin göstəricisidir. Biz peşəkar və sadiq üzvlərimizlə güclüyük və inanırıq ki, yüksək vəzifələrə təyin olunan dostlarımız, bundan sonra da Assosiasiyamızın fəaliyyətində yaxından iştirak edəcək, öz bilik və təcrübələri ilə gənc mütəxəssislərin yetişməsinə və motivasiya olunmasına əhəmiyyətli töhvə verəcəklər.

Tərəfdaşlar