Keyfiyyət Assosiasiyasının işləyib hazırladığı növbəti sənəd dövlət standartı olaraq qəbul edilib


AZS ISO 7101:2025 "Səhiyyə təşkilatının idarə edilməsi Səhiyyə təşkilatlarında keyfiyyəti idarəetmə sistemləri – Tələblər" yeni dövlət standartı qəbul edilib.
“Keyfiyyət Assossiasiyası” İB tərəfindən işlənib hazırlanmış standartın layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO 7101:2025 “Səhiyyə təşkilatının idarə edilməsi – Səhiyyə təşkilatlarında keyfiyyəti idarəetmə sistemləri – Tələblər” dövlət standartı olaraq qəbul olunub və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Yeni dövlət standartı səhiyyə müəssisələrində tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, müştəri məmnuniyyətinin təmin olunması və idarəetmə proseslərinin səmərəliliyinin artırılması məqsədilə keyfiyyətin idarə olunması sistemlərinə dair tələblər və meyarları müəyyən edir və qulluq nəticələrinin yaxşılaşdırılması məqsədi daşıyan istənilən səhiyyə sistemi, təşkilat və ya qurumda tətbiq edilə bilər.
“Keyfiyyət Assosiasiyası” İctimai Birliyi ISO 7101 standartı layihəsinin işlənib hazırlanmasında yaxından iştirak etmiş və bu prosesə dəstək və dəyərli töhfə vermiş aşağıdakı şəxslərə xusisi təşəkkürünü bildirir.
Malik Kərimov – “Səhhət” Azərbaycan - Almaniya Klinikasının Direktoru
Günel Əliyeva – Özəl Tibb Müəssisələri Assosiasiyasının (ÖTMA) idarə heyətinin sədri
Teymur Mirzəbəyli – “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Təlim və Tədqiqatlar Departamentinin Rəhbəri
Fəqan Həsənzadə – “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Layihələrin idarə olunması şöbəsinin rəhbəri
Ravil Tağıyev – Yeni Klinikanın Direktorunun iqtisadi məsələlər üzrə müavini
Günay Paşa – “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi, Səhiyyə müəssisələrində beynəlxalq standartların tətbiqi üzrə məsləhətçi, auditor və təlimçi