“Keyfiyyətə nəzarət prosesi” üzrə daha bir təlim keçirildi.

Keyfiyyət Assosiasiyası tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin müəllim heyəti üçün “Keyfiyyətə nəzarət prosesi” üzrə təlim keçirilib.

İki gün davam etmiş təlim zamanı iştirakçılara keyfiyyət, keyfiyyətə təsir edən amillər, keyfiyyətə nəzarət, keyfiyyətə nəzarətin idarəetmə strukturundakı yeri və rolu, onun məqsədi, vəzifələri, tətbiq sahəsi, digər proseslərlə qarşılıqlı əlaqəsi, keyfiyyətə nəzarət prosesinin idarə edilməsi, keyfiyyətə nəzarətin həyata keçirilmə ardıcıllığı, keyfiyyətə nəzarət üçün tələb olunan sənədlər, hesabatların hazırlanması prosesi və qaydası praktiki nümunələrlə izah edilib, eləcə də qeyd olunan mövzular üzrə müzakirələr aparılıb. Təlimin sonunda iştirakçıların təlimdən öyrəndiyi biliklər test vasitəsi ilə qiymətləndirilib.

Tərəfdaşlar