Odlar Yurdu Universiteti Assosiasiyamıza təşəkkür etdi

Keyfiyyət Assosiasiyasi Ictimai Birliyi tərəfindən cari il ərzində “ISO 9001:2015 Şərh və tətbiq üzrə tövsiyələr” kitabi ilə bağli layihə icra edilmişdir. Kitab dünyanin ən məşhur beynəlxalq standartının tələblərinin ölkəmizdə daha rahat başa düşülməsi və tətbiqinə dəstək məqsədilə işlənib hazırlanmışdır.

Bu kitab vasitəsilə ISO 9001:2015 beynəlxalq standartının tələblərinin daha da yaxşı başa düşmələri və tətbiq etmələri üçün tələbələrdən başalayaraq ölkə iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən kiçik, orta və iri müəssisələrin müvafiq mütəxəssisləri, eləcə də sahibkarlar kimi müxtəlif maraqlı tərəflər Azərbaycan dilində çap edilən bir vəsaitlə təmin ediləcəklər. Layihə çərçivəsində özəl şirkətlərə və dövlət orqanlarına, assosiasiya və təhsil ocaqlarına kitabın bir neçə nüsxəsinin hədiyyə edilməsi planlaşdırılmışdı. Məhz bundan irəli gələrək təşkilatımız bir sıra universitetlərin hər birinə qeyd edilən kitabın 6 nüsxəsi hədiyyə edilmişdir. Təqdim etdiyimiz kitablara görə Odlar Yurdu Universiteti bizə təşəkkür məktubu ünvanlamışdır. Məktubla aşağıda tanış ola bilərsiniz.

Tərəfdaşlar