Reabilitasiya mərkəzlərinin rəhbərləri üçün ISO 7101 standartı üzrə təlim keçirilib

Keyfiyyət Assosiasiyası İctimai Birliyi ilə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin birgə əməkdaşlığı çərçivəsində reabilitasiya mərkəzlərinin rəhbər şəxsləri üçün “ISO 7101 – Səhiyyə təşkilatlarında keyfiyyəti idarəetmə sistemi” mövzusunda təlim keçirilib.

Təlim zamanı iştirakçılara ISO 7101 standartının tələbləri, səhiyyə təşkilatlarında keyfiyyəti idarəetmə sistemi, onun tətbiq sahəsi, risk və imkanlar, fəaliyyətin planlaşdırılması və idarə edilməsi, tullantıların idarə edilməsi, insan mərkəzli qayğı, pasiyentin təhlükəsizliyi, dərman vasitələrinin təhlükəsizliyi, səhiyyədə keyfiyyət göstəriciləri, monitorinq, ölçmə, təhlil və qiymətləndirmə, daxili audit, rəhbərlik tərəfindən təhlil, davamlı yaxşılaşdırma və sairə məsələlərlə bağlı ətraflı məlumat verilib, eləcə də iştirakçıların tədris olunan mövzuları daha yaxşı mənimsəmələri üçün praktiki nümunələr tədim edilib və hər modul üzrə marağlı müzakirələr aparılıb.

Tərəfdaşlar