Xəbərlər

ADNSU-da “ISO 9001-2015 Şərh və tətbiq üzrə tövsiyələr” kitabının təqdimatı keçirilib

28 noyabr 2023-cü il tarixində Azərbaycan Dövlət Neft Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində “ISO 9001-2015 Şərh və tətbiq üzrə tövsiyələr” kitabının təqdimatı keçirilib. Təqdimat mərasimində Azİİ e-Kitab Evinin direktoru Səlahət Mahmudova açılış nitqi ilə çıxış edərək iştirakçıları və qonaqları salamlayıb və kitab haqqında məlumat verib.

Daha sonra söz ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova veririb. Prorektor Azərbaycan dilində belə bir kitabın işıq üzü görməsini yüksək qiymətləndirib, həmçinin kitabın stanadrtlaşdırma və sertifiklaşdırma üzrə ali təhsil alan tələbələr üçün mühüm mənbə olduğunu qeyd edib.

Tədbirdə Keyfiyyət Assosiasiyası İB-nin sədri, layihənin rəhbəri Samir Novruzlu çıxış edərək Assosiyasiyanın fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr və kitab haqqında ətraflı məlumat verib. O, gənclərin bu sahədə savadlılığının artırılması, məlumatların əlçatanlığı baxımından “İSO 9001-2015 Şərh və tətbiq üzrə tövsiyyələr” kitabının tələbələr üçün əhəmiyyətini vurğulayaraq kitabda həm nəzəri, həm də praktiki məsələlərin, eləcə də 15 ildən artıq təcrübə və tətbiqin yer aldığını qeyd edib.

Sonra ADNSU-nun “Cihaz mühəndisliyi” kafedrasının müdiri, professor Lalə Bəkirova, Keyfiyyət Assosiasiyası İB-nin İdarə heyətinin üzvü, Beynəlxalq standartlar üzrə məsləhətçi, təlimçi, auditor Qalib Şərifov, Keyfiyyət Assosiasiyası İB-in sədr müavini Hikmət Rəcəbov və Keyfiyyət Assosiasiyası İB İdarə Heyətinin üzvü Rizvan Mustafayev kitab haqqında fikirlərini bildirib, nəşrin təkcə bu sahədə təhsil alan tələbə və müəllimlər üçün deyil, peşəsindən asılı olmayaraq hər kəs üçün əhəmiyyətindən danışıb, müasir dövrün standartlarının öyrənilməsinin önəmini qeyd ediblər.

Xatırladaq ki, “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi tərəfindən Beynəlxalq Standartlaşdırma təşkilatının (ISO-nun) ən populyar standartı əsasında “ISO 9001:2015 Şərh və tətbiq üzrə tövsiyyələr” kitabı hazırlanıb. 384 səhifədən ibarət kitabda ISO 9001:2015 standartının 01-03 maddələrinin qısa izahı, 4-10 maddələrinin geniş və peşəkar şərhi və onların yerinə yetirilməsinə dair tövsiyələr verilib. Bundan başqa istifadəçilərin ISO 9001-in maddələrini daha yaxşı başa düşülməsinə kömək etmək məqsədilə müəlliflər tərəfindən keyfiyyəti idarəetmə sisteminə aid termin və təriflərin izahlı lüğəti hazırlanıb və kitaba daxil edilib. Lüğətdə ISO 9000:2015 standartında yer alan əsas terminlərdən istifadə olunub, o cümlədən keyfiyyət və idarəetmə sahəsində ən çox yayılmış, kütləviləşmiş, işlənərək sabitləşmiş terminlərin geniş izahı verilib.

Tərəfdaşlar