Xəbərlər

  • Assosiasiya
  • Xəbər mərkəzi
  • Xəbərlər
  • AMFA üzvləri üçün “İnformasiya texnologiyaları və idarəetmə sistemləri üçün mühüm beynəlxalq standartlar” mövzusunda seminar keçirilib

AMFA üzvləri üçün “İnformasiya texnologiyaları və idarəetmə sistemləri üçün mühüm beynəlxalq standartlar” mövzusunda seminar keçirilib

8 yanvar 2026-cı il tarixində İNCERT və CFE Cert Beynəlxalq sertifikatlaşdırma şirkətlərinin təşəbbüsü, Keyfiyyət Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) üzvləri üçün “İnformasiya texnologiyalari və idarəetmə sistemləri üçün mühüm beynəlxalq standartlar” mövzusunda seminar keçirilib.

Seminarda “Turan Bank”, Finca Azərbaycan, “Kaspian İndesit” MMC, “EmbaFinans” QSC, Kred Aqro, “Prior Credit BOKT” ASC, “MCB BOKT” QSC, “Monetri BOKT” MMC, “AZMK BOKT” “AQRARKREDİT BOKT” QSC-nin nümayəndələri iştirak ediblər.

Seminar zamanı informasiya texnologiyaları sahəsində mövcud olan qlobal və yeni reallıqlar, eləcə də sürətlə dəyişən texnoloji mühitin təşkilatların fəaliyyətinə təsiri ətraflı şəkildə nəzərdən keçirilib. Bu kontekstdə informasiya təhlükəsizliyinin təmin olunması, məlumatların qorunması, xidmətlərin fasiləsizliyi və informasiya texnologiyalarının effektiv idarə edilməsi ilə bağlı beynəlxalq standartların rolu vurğulanıb.

Tədbir çərçivəsində ISO/IEC 27001 (İnformasiya Təhlükəsizliyinin İdarəetmə Sistemi), ISO/IEC 27701 (Məxfilik Məlumatlarının İdarə Edilməsi), ISO 22301 (Biznesin Davamlılığının İdarə Edilməsi), ISO/IEC 20000-1 (İT Xidmətlərinin İdarə Edilməsi) və ISO/IEC 42001 (Süni İntellektin İdarə Edilməsi) standartlarının əsas tələbləri və praktik tətbiq imkanları müzakirə olunub.

Eyni zamanda, müasir dövrdə getdikcə daha çox aktuallaşan süni intellekt texnologiyalarının inkişaf tendensiyaları, bu texnologiyaların yaratdığı imkanlar və risklər, habelə süni intellekt sistemlərinin etik, təhlükəsiz və məsuliyyətli şəkildə idarə olunmasının vacibliyi seminar iştirakçılarının diqqətinə çatdırılmışdır.

Seminar maraqlı müzakirələrlə davam etdirilib, tədbirin sonunda iştirakçıların sualları mütəxəssislər tərəfindən cavablandırılıb.

Tərəfdaşlar