“Azərenerji” ASC-nin əməkdaşları üçün “ISO 19011:2018 beynəlxalq standartı üzrə təlim keçirilib


28 oktyabr 2024-cü il tarixində Keyfiyyət Assosiasiyası tərəfindən “Azerenerji” ASC-də ISO 50001:2018 və ISO 45001:2018 beynəlxalq standartının tətbiqinə dair məsləhət layihəsi çərçivəsində Səhmdar Cəmiyyətinin struktur bölmələrinin əməkdaşları üçün ISO 19011:2018 standartı üzrə təlim keçirilib.
Təlim zamanı iştirakçılara ISO 19011:2018 beynəlxalq standartlarının auditlə bağlı tələbləri, auditin tətbiq sahəsi, prinsipləri, audit proqramının məqsədləri, audit proqramı ilə bağlı risklər, audit proqramının idarə edilməsi, audit proqramının monitorinqi, auditin planlaşdırılması, audit qrupunda iş bölgüsü, auditin keçirilməsi, məlumatların toplanılması və yoxlanılması, audit tapıntılarının formalaşdırılması, sənədləşdirilmiş informasiyanın təhlili, auditorların səriştəliliyinin qiymətləndirilməsi, audit üzrə hesabatın hazırlanması, xüsusilə də auditin təşkilatın idarəetmə və daxili nəzarət sistemindəki rolu və risklərin effektiv idarə edilməsinə qatdığı dəyər barədə geniş məlumat verilib və müzakirələr aparılıb.
Təlimin sonunda iştirakçıların təlimdən öyrəndiyi biliklər test vasitəsi ilə sınaqdan keçirilib.