Xəbərlər

ISO 14001 standartının 4-cü versiyası ISO 14001:2026 dərc olunub

Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən ISO 14001:2026 – ətraf mühiti idarəetmə sistemləri – Tələblər və tətbiq üzrə rəhbərlik adlı beynəlxalq standartın 4-cü versiyası dərc olunub. Yeni versiyaya aşağıdakı dəyişiklik və yeniliklər edilib:

  • ətraf mühit kontekstinin və maraqlı tərəflərin daha geniş və dərin təhlili. Artıq təşkilat yalnız ümumi riskləri yox, həm də iqlim dəyişiklikləri, biomüxtəliflik, təbii resursların mövcudluğu, çirklənmə səviyyəsi kimi familləri nəzərə almalıdır.

Bu, təşkilatın konteksti ilə bağlı təhlilin daha dərin aparılmasını tələb edir

  • iqlim dəyişikliyi ilə bağlı tələblərin gücləndirilməsi. 2024-də əlavə edilən iqlim dəyişiklikləri tələbi artıq standartın əsas hissəsinə daxil edilib. Bu dəyişkliyə əsasən təşkilat iqlim risklərini qiymətləndirməli, müvafiq tədbirləri planlaşdırmalıdır.
  • risk və imkanların idarə olunması gücləndirilib. Risk əsaslı düşüncə daha sistemli şəkildə tətbiqi tələb olunur. ƏMİS artıq yalnız uyğunluq yox, strateji idarəetmə aləti kimi çıxış edir
  • rəhbərliyin məsuliyyət və iştirakının gücləndirilməsi. Rəhbərliyin məsuliyyəti artırılıb. Standarta əsasən ətraf mühit performansı strateji qərarlara inteqrasiya olunur (“formal sistem” yox, real idarəetmə aləti kimi nəzərdə tutulur).
  • həyat dövrü yanaşmasının genişləndirilməsi. Standartda məhsul və xidmətlərin bütün mərhələləri (xammaldan utilizasiyaya qədər) nəzərə alınır. Bu, “dairəvi iqtisadiyyat” yanaşmasına uyğunlaşmadır.
  • təchizat zənciri və kənar proseslər üzərində nəzarətin artırılması. Bu o deməkdir ki, təşkilat artıq yalnız daxili fəaliyyətlərə deyil, həm də podratçılar, təchizatçılar autsorsinq xidmətləri, tərəfdaş təşkilatlar tərəfindən həyata keçirilən proseslərə də daha geniş və dərin nəzarət etməlidir.
  • dəyişikliklərin planlaşdırılması. Bu tələbə əsasən təşkilat proseslərdə, texnologiyada, avadanlıqda, təşkilati strukturda, qanunvericilikdə baş verən dəyişiklikləri planlaşdırmadan və qiymətləndirmədən tətbiq etməməlidir.
  • terminalogiyanın yaxşılaşdırılması. Terminlər sadələşdirilib. Tələblər daha aydın yazılıb, tətbiq daha asanlaşdırılıb.

ISO 14001:2026 2015-i əvəz edir, eyni zamanda standartın yenilənmiş tələblərini təqdim edir. Müvafiq olaraq, təşkilat öz ətraf mühitin idarəetmə sistemini bu yeni versiyanın tələblərinə uyğunlaşdırmalı və tətbiq etməlidir. Təşkilat keçid müddəti (2029-cu ilə qədər) ərzində mövcud sistemin davamlılığını təmin etməli, eyni zamanda ISO 14001:2026 tələblərinə uyğunluğun mərhələli şəkildə həyata keçirilməsi üçün zəruri planlaşdırma aparmalıdır.

Tərəfdaşlar