Xəbərlər

Keyfiyyət Assosiasiyası və İNCERT şirkəti tərəfindən “Veysəloğlu” Şirkətlər Qrupunda silsilə seminarlara start verilib

“Veysəloğlu” Şirkətlər Qrupu tərəfindən elan olunmuş “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində keçirilən ilk seminar aqrar sektor üçün çox vacib GLOBAL G.A.P – Qabaqcıl Kənd Təsərrüfatı Təcrübəsi mövzusuna həsr olunub. Seminarda Şirkətlər Qrupunun struktur bölmələrinin rəhbər heyəti və əməkdaşları, həmçinin Şirkətlər Qrupunun tədarükçülərinin nümayəndələri iştirak ediblər.

Seminarın əsas məqsədi şirkətin əməkdaşlarının və tədarükçülərinin GLOBAL G.A.P standartı və Qabaqcıl Kənd Təsərrüfatı Təcrübəsi mövzusunda məlumatlılığı artırmaq idi.

Assosiasiyanın aparıcı mütəxəssisinin təqdimatı ilə keçirilən seminarda iştirakçılara GLOBAL G.A.P standartları, onların tələbləri, bu standartlar üzrə daxili sənədləşdirmə, davamlı yaxşılaşdırma planı, resursların idarə olunması, autsorsinq (subpodratçılar), texniki tələblər, təchizatçılar və ehtiyatların idarə olunması, izlənilə bilmə, geri çəkmə/çağırma, GLOBAL G.A.P -ın tətbiqinin faydaları, GLOBAL G.A.P-da nəzarət sistemi, sertifikatlaşdırma prosesi barədə məlumat verilib, eləcə də bu mövzuda auditoriya üçün maraq doğuran suallar cavablandırılıb.

Xatırladaq ki, “Veysəloğlu” Şirkətlər Qrupu Azərbaycanın qeyri-neft sektorunda fəaliyyət göstərən aparıcı və çoxşaxəli biznes qurumlarından biridir. 1994-cü ildə “Veysəloğlu Distribusiya” adı ilə əsası qoyulan şirkət zamanla fəaliyyət sahələrini genişləndirərək hazırda topdansatış/distribusiya, pərakəndə ticarət, istehsalat, logistika sahələrində öz uğurlu fəaliyyətini davam etdirir.

​Şirkətlər Qrupu fəaliyyət göstərdiyi sahələrdə istehlakçıları onların sağlamlığı üçün mühüm əhəmiyyət kəsb edən yüksək keyfiyyətli məhsullarla təmin etməyi qarşısına əsas məqsəd qoymuşdur. Veysəloğlu şirkəti üçün keyfiyyət və qida təhlükəsizliyi, eləcə də müştəri məmnuniyyəti prioritet məsələ kimi uzun illərdir dəyişilməz olaraq daim diqqət mərkəzində saxlanılır. Bu, şirkətin qərarlarında və fəaliyyətində müştəri mərkəzli yanaşmanın davamlı şəkildə tətbiq olunduğunu göstərir.

Tərəfdaşlar