Xəbərlər

Temperatur ölçmə vasitələrinin kalibrlənməsi və qeyri-müəyyənliyin hesablanmasi mövzusunda təlim keçirilib

Keyfiyyət Assosiasiyası tərəfindən Xəzər Dəniz Servisdə “Temperatur ölçmə vasitələrinin kalibrlənməsi və qeyri-müəyyənliyin hesablanmasi” mövzusunda təlim keçirilib. Təlimdə şirkətin struktur bölmələrinin əməkdaşları iştirak ediblər.

Təlim zamanı Beynəlxalq Temperatur Şkalası, ITS-90 temperatur şkalası, Temperatur Blok Kalibratorlarının istifadə qaydaları,Temperatura Nəzarətli Həcmlər (inkubator, quruducu şkaf, termostat və sairə), müqavimət termometrləri, müqavimət termometrləri ilə işləyən ölçü cihazları, manometrik termometrlər, temperatur ölçmə vasitələrinin kalibrlənməsində istifadə edilən standartlar, ölçməyə təsir edən amillər və onların aradan qaldırılması, ölçmə xətaları, a tipli qeyri müəyyənliyin hesablanması, b tipli qeyri-müəyyənliyin hesablanması, standart qeyri-müəyyənliyin hesablanması, genişləndirilmiş standart qeyri-müəyyənliyin hesablanması və sairə məsələlər barədə ətraflı məlumat verilib və qeyd olunan mövzularla bağlı iştirakçıların sualları cavablandırılıb. Təlim interaktiv formada keçirilib və tədris olunan mövzuların daha yaxşı qavranılması üçün praktiki nümunələrdən istifadə olunub.

Təlimin sonunda iştirakçıların təlimdən öyrəndiyi biliklər test vasitəsi ilə sınaqdan keçirilib.

Tərəfdaşlar