Halal

HAS 23000:1:2012 standartı

HAS 23000:1:2012 “Halal sertifikatlaşdırmaya dair tələblər. Halal sertifikatlaşdırma sisteminin meyarları”

HAS 23000:1:2012 İndoneziyada İslam işləri üzrə ən ali orqan MUI (İndoneziya Üləma Şurası) tərəfindən təsdiqlənmiş halal standartdır.

Bu standartda halalın tətbiq sahəsi, bitki və heyvan mənşəli yeyinti məhsulları, spirtsiz içkilər, həmçinin halal kəsim, kəsim üçün vacib olan gigiyena və sanitariya şərtləri, heyvanın təmizlənməsi və yuyulması, kəsim prosesi, həmçinin, qablaşdırma və markalanma, məhsulun daşınması, saxlanılması, paylanılması və satışı və halal üzrə xidmətlərin göstərilməsi ilə bağlı tələblər müəyyən edilib.

HAS 23000:1-2012 standartına görə sertifikatlaşdırma

HAS 23000:1:2012 standartına görə sertifikatlaşdırma həm istehsalçılara, həm də istehlakçılara aşağıdakı faydaları təmin edir:

1. İstehsal olunan məhsula istehlakçıların etibarını artırır. HAS 23000:1:2012 standartına görə sertifikatlaşdırma məhsullara, qatqı maddələrinə, onların hazırlanma və istifadə üsullarına, təmizlik və sağlamlıq şərtlərinə tam təhlükəsizlik qaydaları çərçivəsində nəzarət edilməsini təmin edir.

2. İxracat və rəqabət qabiliyyətini artırır. HAS 23000:1:2012 sertifikatı müəssisəyə məhsullarını qlobal halal bazarına ixrac etməyə və özünün istehsal potensialını artırmağa imkanı yaradır. Bu sertifikat həmçinin, istehsalçının və məhsulun qlobal səviyyədə tanınmasına imkan verir.

3. İstehsalçının beynəlxalq qida sərgilərində iştirak etmə imkanlarını artırır.

4. HACCP, ISO, eləcə də digər keyfiyyət və təhlükəsizlik standartlarına inteqrasiya olunmanı asanlaşdırır.

Tərəfdaşlar