Audit

Diaqnostik audit

Assosiasiyanın göstərdiyi xidmətlərdən birini də diaqnostik auditin
keçirilməsi təşkil edir. Diaqnostik audit zamanı müəssisə və təşkilatların
fəaliyyətinin və idarəetmə sisteminin beynəlxalq standartın və qüvvədə
olan qanunvericiliyinin tələblərinə uyğunluğunun təmin edilib-edilmədiyini
müəyyən etmək üçün ilkin qiymətləndirmə keçirilir.

Diaqnostik audit zamanı mütəxəssislərimiz müəssisənin güclü və zəif cəhətləri barədə
məlumat əldə edərək onun fəaliyyətinin yaxşılaşdırılması üzrə müvafiq tədbirləri işləyib
hazırlamağa və tətbiq etməyə kömək edir.

Diaqnostik audit məsləhət auditinə başlanılmazdan əvvəl aparılır. Diaqnostik audit zamanı
aşağıdakı fəaliyyətlər həyata keçirilir:

1. Auditin keçirilmə vaxtının və auditorun/auditorların təyin edilməsi;
2. Diaqnostik auditin keçirilməsi;
3. Diaqnostik audit üzrə hesabatın hazırlanması;
4. Diaqnostik auditin nəticələri əsasında keyfiyyəti idarəetmə sisteminin
tətbiqi qrafikinin işlənib hazırlanması.

Yekundan mütəxəssislərimiz tərəfindən diaqnostik auditin nəticəsi olaraq hesabat hazırlanır.
Bu hesabata müəssisənin fəaliyyətinin beynəlxalq standartların və qüvvədə olan qanunvericiliyin
tələblərə uyğunluğunun ümumi qiymətləndirilməsi, aşkar edilmiş uyğunsuzluqların siyahısı və
tövsiyə olunan düzəldici tədbirlər daxil edilir.

Image description

Tərəfdaşlar