Quality TV

  • Association
  • Quality tv
  • News
  • İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi ödəyicilərinə xidmət baş idarəsində Keyfiyyətə nəzarət və monitorinq metodları üzrə təlim keçirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Vergi ödəyicilərinə xidmət baş idarəsində Keyfiyyətə nəzarət və monitorinq metodları üzrə təlim keçirilib

12 may 2026 -ci il tarixində Keyfiyyət Assosiasiyası tərəfindən “Keyfiyyətə nəzarət və monitorinq metodları” mövzusunda təlim keçirilib. Təlimdə Vergi ödəyicilərinə xidmət baş idarəsinin struktur bölmələrinin əməkdaşları iştirak ediblər.

Təlim zamanı iştirakçılara keyfiyyət anlayışı, idarəetmə strukturunda onun rolu və məqsədləri, keyfiyyətə nəzarətin əsasları, proseslər üzərində sistemli monitorinqin təşkili, icrada olan fəaliyyətin standartlara uyğunluğunun qiymətləndirilməsi, proseslərin performansın ölçülməsi, proses addımların şərhi və nəzarət metodu,
dövlət təşkilatlarında vətəndaşlara (müraciət edən şəxslərlə) effektiv xidmətin göstərilməsi, onların düzgün məlumatlandırılması, operatorlarin performansının ölçülməsi və sairə məsələlər barədə ətraflı məlumat verilib, qeyd olunan mövzular üzrə müzakirələr aparılıb.

Partners