Quality TV

Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində ISO 50001 standartı üzrə təlim keçirilib

4 iyun 2024-cü il tarixlərində Keyfiyyət Assosiasiyası tərəfindən “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində müəssisənin əməkdaşları üçün “ISO 50001:2018 Enerji idarəetmə sistemi” mövzusunda təlim keçirilib.

Assosiasiyanın ISO 50001 beynəlxalq standartı üzrə aparıcı mütəxəssisinin təqdimatı ilə keçirilən təlimdə iştirakçılara Dayanıqli İnkişaf Məqsədlərinin qlobal iqlim dəyişikliyi ilə mübarizə hədəflərində enerji effektivliyinin rolu, dünyada və Azərbaycanda enerji effektivliyi və ISO 50001 EİS-nin tətbiqi ilə bağlı statistik məlumatlar, ISO 50001 standartının əsas maddələri və tələbləri, enerji sahəsində risk və imkanlar, enerji üzrə məqsədlər və onlara nail olmaq üçün planlaşdırma, Azərbaycan Respublikasının enerji siyasəti, qanunvericilikdə enerji effektivliyi və enerji idarəetməsi məsələləri və sairə barədə məlumat verilib, qeyd olunan mövzular üzrə müzakirələr aparılıb, həmçinin təlimçi tərəfindən iştirakçıların sualları cavablandırılıb.

Partners