Quality TV

  • Association
  • Quality tv
  • News
  • “İnformasiya texnologiyaları və idarəetmə sistemləri üçün mühüm beynəlxalq standartlar” mövzusunda AKBA əməkdaşlarına seminar keçirilib

“İnformasiya texnologiyaları və idarəetmə sistemləri üçün mühüm beynəlxalq standartlar” mövzusunda AKBA əməkdaşlarına seminar keçirilib

9 yanvar 2026-cı il tarixində İNCERT və CFE Cert Beynəlxalq sertifikatlaşdırma şirkətlərinin təşəbbüsü, Keyfiyyət Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Kapital Bazarları Assosiasiyasının aktiv üzvləri üçün “İnformasiya texnologiyaları və idarəetmə sistemləri üçün mühüm beynəlxalq standartlar” mövzusunda seminar keçirilib. Seminarda Rabirə Bank, Paşa Bank, Paşa İnsurance, Milli Depozit Mərkəzi, Inno Kapital İnvestisiya Şirkəti, Azərbaycan Banklar Assosiasiyası, “Bank Melli İran” Bakı, Turan Bankın nümayəndələri iştirak ediblər.

Seminar zamanı informasiya təhlükəsizliyi və biznes davamlılığı sahələrində yeniliklər, müasir texnologiyalar, qabaqcıl təcrübələr barədə iştirakçılara məlumat verilib.

Tədbir çərçivəsində ISO/IEC 27001 (İnformasiya Təhlükəsizliyini İdarəetmə Sistemi), ISO/IEC 27701 (Məxfiliyə dair Məlumatların İdarə Edilməsi), ISO 22301 (Biznesin Davamlılığının İdarə Edilməsi), ISO/IEC 20000-1 (İT Xidmətlərinin İdarə Edilməsi) və ISO/IEC 42001 (Süni İntellektin İdarə Edilməsİ) standartlarının əsas tələbləri və praktik tətbiq imkanları müzakirə olunub.

Seminarda müasir dövrdə getdikcə aktuallaşan süni intellekt texnologiyalarının inkişaf tendensiyaları, onların gündəlik həyat və iş mühitinə inteqrasiyası məsələləri, həmçinin süni intellekt sistemlərinin etik, təhlükəsiz və məsuliyyətli şəkildə idarə olunmasının vacibliyi və bu texnologiyaların müəssisələrdə tətbiqi zamanı nəzərə alınmalı olan məxfilik, şəffaflıq və hesabatlılıq prinsipləri diqqətə çatdırılıb.

Seminar maraqlı müzakirələrlə davam etdirilib, tədbirin sonunda iştirakçıların sualları mütəxəssislər tərəfindən cavablandırılıb.

Partners