Quality TV

Keyfiyyət Assosiasiyası uğurlu fəaliyyətini Türkiyədə davam etdirir

Keyfiyyət Assosiasiyası cari ilin yanvar-aprel aylarında Türkiyənin İstandul şəhərində fəaliyyət göstərən “Sadece İnsan Uluslararası Yardım Derneği”ndə ISO 9001:2015 beynəlxalq standartı üzrə keyfiyəti idarəetmə sisteminin qurulması və tətbiqnə dair məsləhət layihəsini uğurla başa çatdırmışdır.

Sözügedən layihə çərçivəsində Assosiasiyanın məsləhətçisi tərəfindən Yardım Təşkilatının fəaliyyətinin ilkin qiymətləndirilməsi aparılmış, onun ayrı-ayrı struktur bölmələri ilə toplantılar keçirilmiş, təşkilatın keyfiyyət siyasəti və məqsədləri müəyyən olunmuş, risk və imkanlar qiymətləndirilmiş, həmçinin ISO 9001 standartının tələblərinin daha yaxşı mənimsənilməsi üçün müvafiq təlimlər təşkil olunmuşdur.

Layihə zamanı təşkilatın strukturuna daxil olan bölmə və şöbələrə idarəetmə sisteminin sənədləşdirilməsi və standartın təbiqi ilə bağlı praktiki tövsiyələr verilmişdir.

Növbəti mərhələdə keyfiyyəti idarəetmə sisteminin işləkliyinin yoxlanılması və yaxşılaşdırma imkanlarının müəyyən edilməsi məqsədilə daxili auditin keçirilməsinə köməklik göstərilmişdir.

Partners