Quality TV

“Siyəzən Broyler” ASC-də Halal mövzusunda növbəti təlim keçirilib

“Keyfiyyət Assosiasiyası ”İctimai Birliyi tərəfindən “Siyəzən Broyler” ASC-də qəssablar və məsul şəxslər üçün "Halal Kəsim" mövzusunda təlim keçirilib. Təlimdə müəssisənin müxtəlif struktur bölmələrinin əməkdaşları iştirak ediblər.

Təlim zamanı halal - haram məsələləri, heyvan və ev quşları üçün kəsim qabağı şərtlər, halal kəsim, halal kəsim ilə bağlı tələblər, halal kəsimin əhəmiyyəti, halal kəsimi yerinə yetirən şəxslərə, kəsmə alətlərinə qoyulan tələblər, kəsimin şərtləri, elektriklə keyləşdirmə, mexaniki və pnevmatik keyləşdirmə kimi mövzulara toxunulub, həmçinin iştirakçılara halal standartların tətbiqi ilə bağlı praktiki tövsiyələr verilib.

Qeyd edək ki, Azərbaycanın ən iri ətlik istiqamətli quşçuluq təsərrüfatı olan “Siyəzən Broyler” fabriki öz fəaliyyətini beynəlxalq standartların tələblərinə, bütün sanitar, baytar və gigiyenik normalara uyğun olaraq həyata keçirir. Müəssisədə məhsulların istehsalı, qablaşdırılması zamanı yeni, müasir texnologiyalardan istifadə olunur ki, bu da əhalini yüksək keyfiyyətli toyuq əti məhsulları ilə təmin etməyə imkan verir.

Partners