Quality TV

  • Association
  • Quality tv
  • News
  • TƏBİB-in struktur bölmələrinin əməkdaşları üçün ISO 9001:2015 standartı üzrə təlim keçirilib

TƏBİB-in struktur bölmələrinin əməkdaşları üçün ISO 9001:2015 standartı üzrə təlim keçirilib

“Keyfiyyət Assosiasiyası” İctimai Birliyi tərəfindən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsdə ISO 9001:2015 Keyfiyyəti idarəetmə sistemləri - Tələblər mövzusunda təlim keçirilib.

Təlimdə TƏBİB-in struktur bölmələrinin əməkdaşları iştirak ediblər. Təlim zamanı iştirakçılara ISO 9001:2015 standartının tələbləri, keyfiyyəti idarəetmə sistemi, onun tətbiq sahəsi, təşkilatın konteksti, keyfiyyət üzrə siyasət, keyfiyyət üzrə məqsədlər, risk və imkanlar, keyfiyyəti idarəetmə sisteminin tətbiqinə dəstək, daxili auditinin keçirilməsi, sistemin yekun qiymətləndirilməsi və yaxşılaşdırılması və s. məsələlər barədə ətraflı məlumat verilib. Eyni zamanda təlim çərçivəsində keyfiyyəti idarəetmə sistemi, onun tətbiqi və yaxşılaşdırılması məsələlərinin aktuallığı nəzərə alınaraq Beynəlıxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən səhiyyə sektoru üçün işlənib hazırlanmış ISO 7101:2023 standartı, onun tələbləri, tətbiq sahəsi, ISO 7101:2023 və ISO 9001:2015 arasındakı fərqlər, eləcə də standartın tətbiqinin səhiyyə müəssisələri üçün faydaları barədə iştirakçılara məlumat verilib.

Partners