Azərenerji ASC-də ISO 45001 üzrə təlim keçirilib

12,13 avqust 2024-cü il tarixlərində Keyfiyyət Assosiasiyası tərəfindən “Azərenerji” ASC-də müəssisənin əməkdaşları üçün “ISO 45001:2018 Peşə sağlamlığı və təhlükəsizliyini idarəetmə sistemləri” beynəlxalq standartı mövzusunda təlim keçirilib.

Keyfiyyət Assosiasiya ilə Azərenerji ASC arasında bağlanmış “ISO 45001:2018 Peşə sağlamlığı və təhlükəsizliyini idarəetmə sistemləri” məsləhət xidməti layihəsi çərçivəsində Assosiasiyanın aparıcı mütəxəssisi tərəfindən keçirilmiş təlimdə iştirakçılara ISO 45001:2018 standartının əsas maddələri və tələbləri, peşə sağlamlığı sahəsində risk və imkanlar, əmək mühitində Ergonomikanın əsasları, peşə sağlamlığı və təhlükəsizliyi üzrə məqsədlər və onlara nail olmaq üçün tədbirlər planı, əməyin mühafizəsi üzrə yerli qanunvericiliyin tələbləri, fövqəladə hallara hazırlıq, fövqəladə hallar zamanı davranış qaydaları və sairə barədə məlumat verilib, qeyd olunan mövzular üzrə müzakirələr aparılıb, həmçinin təlimçi tərəfindən iştirakçıların sualları cavablandırılıb.

Partners