• Association
  • Quality tv
  • Front page
  • Azərbaycan Texniki Universitetində (AzTU) Keyfiyyət Assosiasiyası tərəfindən ISO 21001:2018 standartı üzrə maarifləndirici seminar keçirilib 

Azərbaycan Texniki Universitetində (AzTU) Keyfiyyət Assosiasiyası tərəfindən ISO 21001:2018 standartı üzrə maarifləndirici seminar keçirilib 

Keyfiyyət Assosiasiyası tərəfindən “Ali təhsil müəssisələrində beynəlxalq keyfiyyət və idarəetmə standartlarının tətbiqi” layihəsi çərçivəsində Azərbaycan Texniki Universitetində ISO 21001:2018 Təhsil Təşkilatları üçün İdarəetmə Sistemi Standartı standartı üzrə seminar keçirilib. Seminarda universitetin müxtəlif fakültə və struktur bölmələrinin əməkdaşları iştirak edib.

Seminarın keçirilməsində əsas məqsəd ISO 21001:2018 beynəlxalq standartı, həmçinin standartın tətbiqinin faydaları və qazandırdığı üstünlükləri haqqında iştirakçların məlumatlandırılması,standartın tətbiqi məqsədilə tələblərin aydınlaşdırılması, ISO 21001:2018 beynəlxalq standartının tələbləri əsasında effektiv idarəetmə sisteminin işlənib hazırlanması və tətbiqi ilə bağlı təcrübə və tövsiyələrin verilməsi idi.

Seminarda çıxış üçün söz Keyfiyyət Assosiasiyasının sədri Samir Novruzluya verilib. Assosiasiya sədri çıxışında beynəlxalq standartlar və onların iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən təhsil sektorunda tətbiqinin əhəmiyyətindən və faydalarından danışıb. S. Novruzlu ISO 21001:2018standartının tətbiqinin ali təhsil müəssisələrində biznes proseslərin effektivliyinin artırılmasına, idarəetmənin və təşkilatdaxili əlaqənin yaxşılaşdırılmasına, bütün fəaliyyətlər üzrə geniş monitorinq və nəzarət sisteminin qurulmasına kömək etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Seminarda “İNCERT” Şamo Muradov çıxış edərək,ISO 21001:2018 standartı üzrə sertifikatlaşdırma prosesindən, onun mərhələlərindən,sözügedən ali təhsil müəssisələrinə qazandırdığı üstünlüklərdən danışıb.

Tədbir dəı Keyfiyyət Assosiasiyasının eksperti Qalib Şərifovi tərəfindən təqdimatlar nümayiş etdirilib, real təcrübə nümunələri əsasında standartın praktik əhəmiyyəti izah olunub. Seminar çərçivəsində AzTU-da ISO 21001:2018 standartının tətbiq imkanları ətrafında geniş müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Partners