Keyfiyyət tv

  • Association
  • Quality tv
  • Front page
  • “İnformasiya texnologiyaları və idarəetmə sistemləri üçün mühüm beynəlxalq standartlar” mövzusunda Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın əməkdaşlarına seminar keçirilib

“İnformasiya texnologiyaları və idarəetmə sistemləri üçün mühüm beynəlxalq standartlar” mövzusunda Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın əməkdaşlarına seminar keçirilib

İNCERT və CFE Cert Beynəlxalq sertifikatlaşdırma şirkətlərinin təşəbbüsü, Keyfiyyət Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə “İnformasiya texnologiyalari və idarəetmə sistemləri üçün mühüm beynəlxalq standartlar” mövzusunda seminar keçirilib

7 yanvar 2026-cı il tarixində İNCERT və CFE Cert Beynəlxalq sertifikatlaşdırma şirkətlərinin təşəbbüsü, Keyfiyyət Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” da “İnformasiya texnologiyalari və idarəetmə sistemləri üçün mühüm beynəlxalq standartlar” mövzusunda seminar keçirilib.

Seminarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olan Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyasının,
Dövlət Əmək Müfəttişliyi Xidmətinin, DOST Agentliyinin, Dövlət Məşğulluq Agentliyinin, Sosial Xidmətlər Agentliyinin, Dövlət Sosial Müdafiə Fondu Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin. DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin əməkdaşları iştirak ediblər.

Seminar zamanı informasiya texnologiyaları sahəsində mövcud olan qlobal və yeni reallıqlar, eləcə də sürətlə dəyişən texnoloji mühitin təşkilatların fəaliyyətinə təsiri ətraflı şəkildə nəzərdən keçirilib. Bu kontekstdə informasiya təhlükəsizliyinin təmin olunması, məlumatların qorunması, xidmətlərin fasiləsizliyi və informasiya texnologiyalarının effektiv idarə edilməsi ilə bağlı beynəlxalq standartların rolu vurğulanıb.

Tədbir çərçivəsində ISO/IEC 27001 (İnformasiya Təhlükəsizliyinin İdarəetmə Sistemi), ISO/IEC 27701 (Məxfilik Məlumatlarının İdarə Edilməsi), ISO 22301 (Biznesin Davamlılığının İdarə Edilməsi), ISO/IEC 20000-1 (İT Xidmətlərinin İdarə Edilməsi) və ISO/IEC 42001 (Süni İntellektin İdarə Edilməsi) standartlarının əsas tələbləri və praktik tətbiq imkanları müzakirə olunub.

Eyni zamanda, müasir dövrdə getdikcə daha çox aktuallaşan süni intellekt texnologiyalarının inkişaf tendensiyaları, bu texnologiyaların yaratdığı imkanlar və risklər, habelə süni intellekt sistemlərinin etik, təhlükəsiz və məsuliyyətli şəkildə idarə olunmasının vacibliyi seminar iştirakçılarının diqqətinə çatdırılmışdır.

Seminar maraqlı müzakirələrlə davam etdirilibər. Tədbirin sonunda iştirakçıların sualları mütəxəssislər tərəfindən cavablandırılıb

Partners