Keyfiyyət tv

  • Association
  • Quality tv
  • Front page
  • “ISO/IEC 17025 Sınaq laboratoriyalarının səriştəliliyinə dair ümumi tələblər” mövzusunda növbəti təlim keçirilib

“ISO/IEC 17025 Sınaq laboratoriyalarının səriştəliliyinə dair ümumi tələblər” mövzusunda növbəti təlim keçirilib

Təlimdə “Fortiz Group” MMC, “Probo” MMC, "Prodsol"MMC, “Engineer Geolog” MMC, “Azintest” MMC, “Mətanət A” MMC, Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası Mərkəzi və Səhiyyə Nazirliyi Karantin Mərkəzinin əməkdaşları iştirak ediblər.

Təlim zamanı iştirakçılara ISO/IEC 17025 beynəlxalq standartının yeni 2017-ci il versiyası, standartın əvvəlki və yeni versiyaları arasındakı fərqlər, ISO/IEC 17025:2017 standartının strukturu, risk və imkanlar, metodların seçilməsi, verifikasiya və validasiya, nümunələrin seçilməsi və ölçmələrdəki qeyri-müəyyənliyin qiymətləndirilməsi, nəticələrin etibarlılığının təmin edilməsi və hesabatın təqdim edilməsi, daxili audit, düzəldici fəaliyyətlər və rəhbərlik tərəfindən təhlilin aparılması barədə ətraflı məlumat verilib, həmçinin qeyd olunan mövzular üzrə müzakirələr aparılıb.
Təlimin keçirilməsində təşkilatı dəstəyinə görə Conim Cert təşkilatının təsiscisi Famil Əliyev və icraşı direktoru Zeynəb Əliyevaya təşəkkür edirik.

Təlimin sonunda iştirakçıların təlimdən öyrəndiyi biliklər test vasitəsi ilə sınaqdan keçirilib.

Partners