Keyfiyyət tv

  • Association
  • Quality tv
  • Front page
  • “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi tərəfindən ISO 9001:2026 standartının Azərbaycan dilindəki versiyası işlənib hazırlanıb

“Keyfiyyət Assosiasiyası” İctimai Birliyi tərəfindən ISO 9001:2026 standartının Azərbaycan dilindəki versiyası işlənib hazırlanıb

Ölkəmizdə keyfiyyət infrastrukturunun və idarəetmə sistemlərinin inkişafı istiqamətində mühüm addım atılıb. “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi tərəfindən biznes və idarəetmə dünyasında ən çox tətbiq olunan ISO 9001:2026 “Keyfiyyəti İdarəetmə Sistemləri. Tələblər” adlı beynəlxalq standartının Azərbaycan dilində versiyası işlənib hazırlanıb və dövlət standartı olaraq qəbul olunması üçün Azərbaycan Standartlaşdırma İnstitutuna təqdim edilib.

Assosiasiyanın aparıcı mütəxəssislərinin hazırladığı bu sənəd, müasir qlobal iqtisadiyyatın çağırışlarını, rəqəmsallaşmanı və risklərin idarə edilməsindəki yeni yanaşmaları özündə əks etdirir. ISO 9001-in yeni terminologiya yeni terminologiya ilə zənginləşdirilərək işlənilməsi, yerli müəssisələrimizin və dövlət təşkilatlarının beynəlxalq idarəetmə tələblərinə daha sürətli və effektiv uyğunlaşmasını təmin edə bilər.

Eyni zamanda sənədin dövlət standarı olaraq qəbul edilməsi dövlət və özəl sektorda keyfiyyəti idarəetmə sistemlərini beynəlxalq tələblərə uyğun qurmasına, sertifikatlaşdırma proseslərində vahid yanaşımın formalaşmasına, eləcə də ixrac potensialının və rəqabət qabiliyyətinin artırılmasına şərait yaradacaqdır.

Yeni sənəd ISO 9001:2015-in əvəzedicisi kimi qəbul edilmişdir. Beynəlxalq akkreditasiya qaydalarına əsasən, mövcud ISO 9001:2015 sertifikatları üçün keçid dövrü nəzərdə tutulmuşdur; yeni və ilkin akkreditə olunmuş sertifikatların yalnız ISO 9001:2026 əsasında verilməsinə 31 mart 2028-ci ildən başlanması gözlənilir.

Onu da qeyd edək ki, “Keyfiyyət Assosiasiyası” İctimai Birliyi keyfiyyət və idarəetmə standartlarının dövlət səviyyəsində qəbulu və tətbiqi, eləcə də və yerli təşkilatlarımızın yeni tələblərə hazırlaşmasına dəstək olmaq istiqamətində Azərbaycan Standartlaşdırma İnstitutu ilə səmərəli əməkdaşlıq edir.

ISO 9001:2026 standartının Tanışlıq versiyasını yükləmək üçün bu linkə daxil olun: https://www.aqa.az/site/assets/files/4493/iso_9001_2026_tanisliq_versiyasi.pdf

Partners