Keyfiyyət Assosiasiyasının işləyib hazırladığı növbəti sənəd dövlət standartı olaraq qəbul edilib

AZS ISO 29993:2025 “Formal təhsildən kənar öyrənmə xidmətləri. Xidmətə dair tələblər” yeni dövlət standartı qəbul edilib.

“Keyfiyyət Assossiasiyası” İB tərəfindən işlənib hazırlanmış standartın layihəsi “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırılma üzrə Texniki Komitədə (AZSTAND/TK 08) müzakirə olunaraq təsdiq üçün təqdim edilib.

Qeyd etmək lazımdır ki, yeni dövlət standartı ömürboyu təhsilin (məsələn, peşəkar təhsil, müəssisədə və ya evdə təhsil) bütün növləri də daxil olmaqla, formal təhsil xaricində olan töyrənmə xidmətlərinə dair tələblər müəyyən edir.

Standartın tətbiqinin məqsədi formal təhsildən kənar öyrənmə xidmətlərinin müasir tələblərə uyğunluğunu təmin etmək, eyni zamanda keyfiyyətli və əlçatan öyrənmə imkanlarının təmin olunmasına şərait yaratmaqdır. Bu standart öyrənmə xidmətlərini təmin edən təşkilatlar üçün nəzərdə tutulub və onların təqdim etdiyi xidmətlərin şəffaf, nəticəyönümlü və ölçülə bilən olmasını təmin etməyə yönəlib.

Partners