Ölkəmizdə ilk dəfə ISO 20252:2019 standartı üzrə təlim keçirilib


Keyfiyyət Assosiasiyası İctimai Birliyi tərəfindən ilk dəfə olaraq dövlət qurumlarının əməkdaşları üçün ISO “ISO 20252:2019 Nəticələr və məlumatların təhlili daxil olmaqla, bazarın, ictimai rəyin və sosial problemlərin araşdırılması. Lüğət və xidmətə dair tələblər” adlı beynəlxalq standart üzrə təlim keçirilib.
Təlimdə tətbiq sahəsi, bazar, rəy və sosial tədqiqatlar üçün olan əsas tələblər, struktur, personal və infrastrukturla bağlı məsuliyyətlər, informasiya təhlükəsizliyi, subpodratçı xidmətlər, layihə və araşdırma işlərinin planlaşdırılması, yerinə yetirilməsi və onlar haqqında hesabatın verilməsi, rəhbərlik tərəfindən təhlil və yaxşılaşdırma, daxili audit, qanunvericilik tələbləri və sairə barədə məlumat verilib və qeyd olunan mövzular üzrə müzakirələr aparılıb.