• Association
  • Quality tv
  • Front page
  •  “Reabilitasiya Mərkəzlərində Keyfiyyət Mütəxəssislərinin Yetişdirilməsi” layihəsi reabilitasiya sahəsində keyfiyyət standartlarının tətbiqinə yönəlmiş mühüm bir addım olacaq

 “Reabilitasiya Mərkəzlərində Keyfiyyət Mütəxəssislərinin Yetişdirilməsi” layihəsi reabilitasiya sahəsində keyfiyyət standartlarının tətbiqinə yönəlmiş mühüm bir addım olacaq

Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (DTSERA) və “Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin birgə əməkdaşlığı çərçivəsində DTSERA-nın “Reabilitasiya Mərkəzlərində Keyfiyyət Mütəxəssislərinin Yetişdirilməsi” layihəsinin icrasına başlanılmışdır. Layihə çərçivəsində 3 modul üzrə təlimlərin keçirilməsi nəzərdə tutulur.

Təlimlərin keçirilməsində əsas məqsəd reabilitasiya sahəsində çalışan məsul şəxslərin bilik və bacarıqlarının artırılması, onların müasir keyfiyyəti idarəetmə yanaşmalarını gündəlik fəaliyyətlərinə inteqrasiya etmələrini təşviq etməkdir.

Keyfiyyət Assosiasiyası” İctimai Birliyinin və DTSERA-nın aparıcı mütəxəssislərinin hazırladıqları təlimlər aşağıdakı mövzuları əhatə edir:

  • ISO 7101:2023 – Səhiyyə təşkilatlarında keyfiyyəti idarəetə sistemi - Tələblər,
  • ISO 9001:2015 – Keyfiyyətin idarəetmə sistemi – Tələblər
  • ISO 19011:2018 – İdarəetmə sistemlərinin auditinin keçirilməsi.

Keyfiyyət Mütəxəssislərinin Yetişdirilməsi layihəsi çərçivəsində keçirilməsi nəzərdə tutulan ISO 7101, ISO 9001 və ISO 19011 təlimləri layihənin əsas komponentlərindən biridir və reabilitasiya mərkəzlərində çalışan rəhbər şəxsləri və əməkdaşları keyfiyyət idarəetmə sistemlərinin yaradılması və tətbiq edilməsi üçün zəruri olan bilik və bacarıqlarlara yiyələnmələrini hədəfləyir. Bu mənada layihənin uğurlu icrası Reabilitasiya Mərkəzlərində:

  • standartlaşdırılmış proseslər və resurslardan daha səmərəli istifadə etməyə;
  • xərcləri azalmağa;
  • problemləri standartlar çərçivəsində həll etməyə;
  • təkrarlanan səhvləri və çatışmazlıqları və vaxt itkisini azalmağa;
  • mütəxəssislərin bilik və bacarıqlarını artıtmağa, onların karyera inkişafına;
  • davamlı yaxşıllaşdırma mədəniyyətini formalaşdırmağa;
  • işçilər üçün daha yaxşı iş mühiti yaratmaqla, onaların motivasiyasını və məmnuniyyətini artırmağa;
  • reabilitasiya mərkəzlərinin bütövlükdə fəaliyyətlərini yaxşılaşdırmağa kömək edə bilər.

Partners