Səhiyyə sektoru üçün çox vacib olan yeni beynəlxalq standart Assosiasiyamız tərəfindən Azərbaycan dilində hazırlanmışdır.


Keyfiyyət Assosiasiyası tərəfindən “ISO 7101:2023 Səhiyyə təşkilatının idarə edilməsi -
Səhiyyə təşkilatlarında keyfiyyəti idarəetmə sistemləri - Tələblər” adlı beynəlxalq standartı
azərbaycan dilində işlənib hazırlanmışdır.
ISO 7101 standartının səhiyyə sektoru, eyni zamanda səhiyyə və tibb müəssisələri və mütəxəssislər üçün əhəmiyyətli və faydalı bir mənbə olacağını nəzərə alaraq onun peşəkar şəkildə hazırlanması məqsədilə işçi qrupu yaradılmışdır. İşçi qrupuna Assosiasiyanın mütəxəssisləri ilə yanaşı, səhiyyə və tibb sahəsində fəaliyyət göstərən dövlət və özəl klinikaların əməkdaşları və səhiyyə idarəetməsi üzrə ixtisaslaşmış peşəkarlar cəlb olunmuşdur.
ISO 7101 beynəlxalq standartının ölkəmizin səhiyyə sektoru üçün əhəmiyyətini nəzərə alaraq Keyfiyyət Assosiasiyası yaxın vaxtlarda qeyd olunan standartın təqdimatını keçirməyi planlaşdırır.
Standart haqqında ümumi məlumat əldə etmək istəyən şəxslər aşağıdakı linkdəki Bröşürü yükləyə bilərlər: https://aqa.az/site/assets/files/6131/iso_7101.pdf