“Səhiyyə və tibb müəssisələrində keyfiyyət infrastrukturunun qurulmasına dəstək” layihəsi

Keyfiyyət Assosiasiyası İB (KAİB) və Özəl Tibb Müəssisələri Assosiasiyası (ÖTMA) təşkilatçılığı, “Bakı KOB evi”nin dəstəyi ilə “Səhiyyə təşkilatının idarə edilməsi - Səhiyyə təşkilatlarında keyfiyyəti idarəetmə sistemləri - Tələblər” beynəlxalq standartının tətbiqi və sertifikatlaşdırılması üçün Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən təmənnasız maliyyə dəstəyinin göstərilməsi proqramının təqdimatını keçirib. Tədbirdə ÖTMA üzvü səhiyyə və tibb müəssisələri, səhiyyə menecmenti və tibb hüququ üzrə ixtisaslaşmış hüquq şirkətlərinin rəhbərləri, AYİB nümayəndələri iştirak ediblər.

Tədbirdə Keyfiyyət Assosiasiyası İB sədri Samir Novruzlu çıxış edib. Assosiasiya sədri təmsil etdiyi təşkilatın fəaliyyətindən, həyata keçirdiyi layihələrrdən, o cümlədən Assosiasiya - AYİB əməkdaşlığından danışıb. O, Assosiasiyanın yerli müəssisələrimizdə keyfiyyət infrastrukturunun qurulması istiqamətində həyata keçirdiyi layihələrə AYİB-in veridiyi təmmənnasız maliyyə dəstəyini yüksək qiymətləndirərək, bu əməkdaşlığın hazırda da uğurla davam etdiyini bildirib.
Daha sonra Assosiasiya sədri ISO 7101:2023 standartının məzmunu, əsas prinsipləri və tətbiq sahələri barədə təqdimatla çıxış edib və iştirakçıları maraqlandıran sualları cavablandırıb. S. Novruzov həmçinin, keyfiyyət standartlarının tətbiqi, idarəetmənin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycanda özəl tibb müəssisələri ilə həyata keçirilən təcrübələr haqqında məlumat verib.

Tədbirdə ÖTMA sədri Günel Əliyeva səhiyyə sisteminin inkişafının əsas istiqamətlərindən biri kimi tibb müəssisələrində keyfiyyət standartlarının tətbiqinin əhəmiyyətindən söz açıb. Bildirib ki, bu standartların tətbiqi pasiyent məmnuniyyətinin təmin edilməsi, tibbi xidmətin təhlükəsizliyi, tibbi personalın peşəkar inkişafı, resurslardan səmərəli istifadəyə nail olmağa kömək edir. ÖTMA sədri beynəlxalq əməkdaşlığa marağın artırılması və və investisiya cəlbedicliyinin gücləndirməsində keyfiyyət standartlarının tətbiqinin vacibliyini xüsusi vurğulayıb.
AYİB nümayəndəsi Samir Həmidov “Səhiyyə və tibb müəssisələrində keyfiyyət
infrastrukturunun qurulmasina dəstək” layihəsi haqqında ətraflı məlumat verərək, İSO 7101:2023 beynəlxalq standartının özəl tibb müəassisələrində tətbiqi üzrə təlim, məsləhət xidmətlərinin göstərilməsinə dəstək verəcəklərini açıqlayıb. S.Həmidov, ümumilikdə AYİB-in özəl sektora dəstək mexanizmləri, MDB ölkələrində bu təcrübənin necə tətbiq edildiyi barədə iştirakçıları məlumatlandırıb, sualları cavablandırıb.

Partners