FSCC 22000

FSCC 22000 standartı

FSSC 22000 standartı nədir? FSSC 22000 qida məhsullarının idarəetmə sisteminin sertifikatlaşdırılması üçün nəzərdə tutulan beynəlxalq səviyyədə tanınmış standartdır. FSSC 22000-nin sertifikatlaşdırma sxemi ISO 22000:2005 və ISO/22002-1:2009/PAS 220:2008 standartlarının tələblərinə əsaslanır.

FSSC 22000 4 hissədən ibarətdir və aşağıdakıları özündə ehtiva edir:

  • qida məhsulları istehsal edən təşkilatlara olan tələblər, seritifikatlaşdırma sxemlərinin təsviri;
  • sertifikatlaşdırma orqanlarına olan tələblər;
  • akkreditləşdirmə orqanlarına olan tələblər;
  • tələbləri və sertifikatlaşdırma qaydalarını təsdiq edən Təsisçilər Şurasının reqlamenti.

FSSC 22000-nin sertifikatlaşdırma sxemi aşağıdakı məhsulları istehsal edən müəssisələr üçün nəzərdə tutulub:

  • heyvan mənşəli tez xarab olan məhsullar (ət, quş əti, yumurta, süd məhsulları, balıq məhsulları);
  • bitki mənşəli tez xarab olan məhsullar (qablaşdırılmış təzə meyvələr və təzə sıxılmış meyvə şirələri, konservləşdirilmiş meyvələr, qablaşdırılmış təzə tərəvəz məhsulları, konservləşdirilmiş tərəvəz məhsulları);
  • ətraf mühit temperaturunda uzunmüddətli saxlama üçün nəzərdə tutulan məhsullar (konservləşdirilmiş məhsullar, qənnadı məmulatları, yağ, içməli su, sərinləşdirici içkilər, un, şəkər, duz);
  • qida istehsalı üçün nəzərdə tutulan biokimyəvi məmulatlar (qida inqriyentləri - vitaminlər, qida əlavələri);
  • qida məhsulları üçün nəzərdə tutulan müxtəlif qablaşdırma növləri (ilkin qablaşdırma, ikinci qablaşdırma və s.);
  • heyvanlar üçün nəzərdə tutulan yemlər.

FSSC 22000 standartı nə üçün lazımdır?

FSSC 22000 standartı qida təhlükəsizliyi idarəetmə sisteminin beynəlxalq səviyyədə tanınmış sertifikatlaşdırma sxeminə nail olmaq, təşkilatın fəaliyyətini qanunverici və normativ tələblərə uyğunlaşdırmaq üçün lazımdır.

FSSC 22000 standartının tətbiqi təşkilata hansı fayda və üstünlükləri təmin edir?

FSSC 22000 standartının tətbiqi:

  • qida təhlükəsizliyi idarəetmə sisteminin qiymətləndirilməsinin asanlaşması;
  • ISO 22000 standartının tələblərinə uyğunluğun qiymətləndirilməsinin asanlaşması;
  • qida məhsullarının təhlükəsizliyinə təsir göstərən faktorlara nəzarət edilməsinin asanlaşması;
  • fəaliyyətin qanunverici və normativ tələblərə uyğunlaşdırılması;
  • əsas bazar iştirakçıları (istehsalçılar, istehlakçılar və digər maraqlı tərəflər) tərəfindən təşkilat və onun məhsullarına olan etibarın artması;
  • qabaqlayıcı fəaliyyətlərdən istifadə edilməsinin asanlaşması;
  • beynəlxalq bazarlara çıxış imkanlarının artması kimi fayda və üstünlükləri təmin edir.

FSSC 22000 standartının işlənilməsi və tətbiqi üzrə məsləhət xidməti

Keyfiyyət Assosiasiyası olaraq Biz təşkilatlarda FSSC 22000 standartının tətbiqi, mövcud sistemin davamlı olaraq yaxşılaşdırılması, bütövlükdə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı məsləhət xidməti, eyni zamanda effektiv həll variantlarını təklif edirik.

Biz göstərdiyimiz məsləhət xidmətlərini FSSC 22000 standartının tələblərinə və mütəxəssislərimizin işlədiyi metodika və prosedurlara uyğun şəkildə həyata keçiririk

Bizim məsləhət xidməti çərçivəsində istifadə etdiyimiz metod və alətlər təşkilatda biznes proseslərin effektivliyinin artırılmasına, idarəetmənin və təşkilatdaxili əlaqənin yaxşılaşdırılmasına, bütün fəaliyyətlər üzrə geniş izləmə və nəzarət sisteminin qurulmasına kömək edir.

Biz məsləhət layihəsini həya keçirərkən hazırladığımız praktik tövsiyələri təqdim etməklə təşkilatın daxili resurslar hesabına nəzərdə tutulan nəticələrə nail olunmasına, bu prosesə bütün personalın cəlb olunmasına, davamlı yaxşılaşdırma sisteminin formalaşması yolu ilə bütövlükdə təşkilati fəaliyyətin optimallaşdırılmasına çalışırıq.

Bizim məsləhət layihəmiz aşağıdakı mərhələlər üzrə keçirilir:

Mərhələ 1. Təşkilatda diaqnostik auditin və mövcud idarəetmə sisteminin təhlilinin aparılması;
Mərhələ 2. Təşkilatın rəhbərləri və mütəxəssislərinə FSSC 22000 üzrə təlimin keçirilməsi;
Mərhələ 3. FSSC 22000-nin tələblərinə uyğun olaraq zəruri sənədlərin işlənilməsi;
Mərhələ 4. Daxili auditorlara FSSC 22000 və ISO 19011 üzrə təlimlərin keçirilməsi;
Mərhələ 5. Təşkilatda FSSC 22000 -in tələblərinə uyğun olaraq kompleks daxili auditin keçirilməsi;
Mərhələ 6. Sistemin təhlili və yekun qiymətləndirilməsi. Təşkilatın sertifikatlaşdırma auditinə hazırlanması.

FSSC 22000 standartı üzrə məsləhət layihəsi çərçivəsində təşkilatın yerinə yetirməli olduğu fəaliyyətlər

  1. FSSC 22000-nin tətbiqi üzrə işlərin təşkilinə cavabdeh olan səlahiyyətli şəxsin təyin olunması;
  2. FSSC 22000-nin tətbiqi prosesinə bütün personalın cəlb olunmasının təmin edilməsi;
  3. FSSC 22000-nin tətbiqi planının yerinə yetirilməsinin təmin edilməsi;
  4. Məsləhətçinin tövsiyələri nəzərə alınmaqla və təşkilatın korporativ mədəniyyətinə uyğun olaraq FSSC 22000 sənədlərinin işlənilməsi;
  5. İşlənilmiş sənədlərin və QTİS-in tələblərinin təşkilatın cari fəaliyyətində tətbiq olunması.

Partners