HACCP

HACCP - Təhlükə Analizi və Kritik Nəzarət Nöqtələri

HACCP nədir? Dünya əhalisinin sürətlə artdığı, təbii ehtiyatların tükəndiyi bir şəraitdə qida təhlükəsizliyi məsələsi daha kəskin şəkildə özünü biruzə verir. Hər bir dövlətin qarşısında duran ən vacib vəzifələrdən biri əhalinin təhlükəsiz qida məhsulları ilə etibarlı təminatıdır.

Hazırda dünyada qida təhlükəsizliyinin idarə edilməsi üçün ən çox istifadə olunan HACCP (Hazard Analysis and Critical Control Point - Təhlükələrin Analizi və Kritik Nəzarət Nöqtələri) sistemidir. Bu sistem qida təhlükəsizliyinin idarə edilməsi üçün mühüm əhəmiyyət kəsb edən, təhlükəli faktorların eyniləşdirilməsi, qiymətləndirilməsi və onlara nəzarət mexanizmidir.

Bu gün dünyanın aparıcı yeyinti müəssisələrinin əksəriyyəti öz məhsullarının təhlükəsizliyini təmin edən sistem kimi HACCP sistemini artıq tətbiq edir və ya tətbiqini planlaşdırır.

HACCP sisteminin başlanğıc vacib həlqəsi - məhsul istehsalı prosesinin analizi təhlükəli vəziyyətin yaranması ehtimalının qiymətləndirilməsi, riskin analizi, sahələrdə nəzarətin kritik nöqtələrinin təyini, məhsulun keyfiyyətinin pisləşməsi və ya xarab olması nöqteyi-nəzərindən ən çox təhlükə yaradır.

Bundan başqa nəzarət edilən göstəricilər, həmçinin istiqamətli və məhdud ölçüləri müəyyən edilir, nəzarət üsulları, korreksiya təsiri və nizamlama sisteminin buraxılışı seçilir.

Kritik nöqtələrə görə təhlükəliyin analiz sisteminin effektli tətbiqi üçün nəzarətin aparılması üçün ekspress üsulların istifadəsi, bioloji, fiziki və kimyəvi təhlükə riskinin qiymətləndirilməsi və identifikasiyası qida məhsulları istehsalının bütün mərhələlərində nəzərdə tutulur.

HACCP bir qayda olaraq müəssisələrin xüsusiyyətlərinə və istehsal texnologiyalarına əsasən qurulur, texlonoji proseslərdə baş verən dəyişikliklərə də uyğunlaşdırıla bilir.

HACCP-ın 7 əsas prinsipi

  • İstehsal prosesinin hər bir mərhələsində yarana biləcək potensial təhlükələrin müəyyən edilməsi.
  • Kritik nəzarət nöqtələrinin müəyyən olunması.
  • Risklərin aradan qaldırılması və ya onların yaranma ehtimalının azaldılması, və ya təhlükənin minimal səviyyəyə salınmasına nəzarət edilə biləcek kritik nöqtələrin, prosedurların və ya əməliyyat addımlarının tapılması.
  • Kritik nöqtələrin monitorinqini təmin edə biləcək kritik hədlərin təyin olunması.
  • Müşahidə və təhlilin planlaşdırılması yolu ilə kritik nəzarət nöqtələri ilə bağlı monitorinq sisteminin tətbiqi.
  • Monitorinq zamanı kritik nöqtələrdən hər hansı birinin nəzarətdən çıxdığının müəyyən edildiyi halda, sistem tərəfindən atılacaq addımların müəyyən edilməsi.
  • HACCP sisteminin effektiv işləməsinin təminatı üçün əlavə müşahidə və təhlil də daxil olmaqla yoxlamaların aparılması.
  • Yuxarıda göstərilən prinsiplərlə bağlı qaydalara riayət olunmasını əks etdirən bütün sənədlərin toplanması və onların işlək vəziyyətdə saxlanılması.

HACCP sistemi insan sağlamlığına və həyatına təhlükə yarada biləcək riskləri kifayət qədər azaldır.

HACCP sisteminin ən əsas üstünlüyü onun hazır məhsul üzərində deyil, istehsal mərhələsində yaranan səhvləri müəyyən etməsidir.

HACCP qida məhsullarının istehsalı zamanı yarana biləcək riskləri qabaqcadan müəyyən etməyə və məhsulun təhlükəsiz qaydada hazırlanmasına imkan verir.

HACCP sistemi nə üçün lazımdır?

HACCP sistemi qida təhlükəsizliyini təmin etmək üçün mühüm əhəmiyyət kəsb edən, təhlükəli faktorların eyniləşdirilməsi, qiymətləndirilməsi və onlara nəzarət mexanizminə nail olmaq, risklərin minimuma endirmək, təşkilatın fəaliyyətini qanunverici və normativ tələblərə uyğunlaşdırmaq üçün lazımdır.

HACCP sisteminin tətbiqi təşkilata hansı fayda və üstünlükləri təmin edir?

HACCP sisteminin tətbiqi:

  • texnoloji prosesin bütün mərhələlərində qida məhsullarının təhlükəsizlik parametrlərini əhatə edən sistemli yanaşmaya nail olma imkanının yaranması;
  • qida məhsullarının təhlükəsizliyinə təsir göstərən faktorlara nəzarət edilməsinin asanlaşması;
  • ümumi istehsalda itkilərin və zay məhsulun payının azalması;
  • istehsal edilən məhsula istehlakçılar tərəfindən etibarın artması;
  • qabaqlayıcı fəaliyyətlərdən istifadə edilməsinin asanlaşması;
  • istehsal edilən məhsulun rəqabətqabiliyyətliliyinin artması;
  • investisiya baxımından təşkilatın cəlbediciliyinin artması;
  • təhlükəsiz və keyfiyyətli məhsul istehsal edən təşkilat imicinin formalaşması;
  • təşkilatın fəaliyyətinin qanunverici və normativ tələblərə uyğunlaşdırılması;
  • xarici bazarlara giriş imkanlarının artması kimi fayda və üstünlükləri təmin edir.

HACCP sisteminin işlənilməsi və tətbiqi üzrə məsləhət xidməti

Keyfiyyət Assosiasiyası olaraq Biz təşkilatlarda HACCP sisteminin işlənilməsi, tətbiqi, mövcud sistemin davamlı olaraq yaxşılaşdırılması, bütövlükdə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı məsləhət xidməti, eyni zamanda effektiv həll variantlarını təklif edirik.

Biz göstərdiyimiz məsləhət xidmətlərini HACCP-ın tələblərinə və mütəxəssislərimizin işlədiyi metodika və prosedurlara uyğun şəkildə həyata keçiririk

Bizim məsləhət xidməti çərçivəsində istifadə etdiyimiz metod və alətlər təşkilatda biznes proseslərin effektivliyinin artırılmasına, idarəetmənin və təşkilatdaxili əlaqənin yaxşılaşdırılmasına, bütün fəaliyyətlər üzrə geniş izləmə və nəzarət sisteminin qurulmasına kömək edir.

Biz məsləhət layihəsini həya keçirərkən hazırladığımız praktik tövsiyələri təqdim etməklə təşkilatın daxili resurslar hesabına nəzərdə tutulan nəticələrə nail olunmasına, bu prosesə bütün personalın cəlb olunmasına, davamlı yaxşılaşdırma sisteminin formalaşması yolu ilə bütövlükdə təşkilati fəaliyyətin optimallaşdırılmasına çalışırıq.

Bizim məsləhət layihəmiz aşağıdakı mərhələlər üzrə keçirilir:

Mərhələ 1. Təşkilatda diaqnostik auditin və mövcud idarəetmə sisteminin təhlilinin aparılması. HACCP-ın tələblərinə uyğun olaraq fəaliyyət planının işlənilməsi;
Mərhələ 2. Təşkilatın rəhbərləri və mütəxəssislərinə HACCP üzrə təlimin keçirilməsi;
Mərhələ 3. HACCP-ın tələblərinə uyğun olaraq zəruri sənədlərin işlənilməsi;
Mərhələ 4. Daxili auditorlara HACCP və ISO 19011 üzrə təlimlərin keçirilməsi;
Mərhələ 5. HACCP-ın tələblərinə uyğun olaraq kompleks daxili auditin keçirilməsi;
Mərhələ 6. Sistemin təhlili və yekun qiymətləndirilməsi. Təşkilatın sertifikatlaşdırma auditinə hazırlanması.

HACCP sisteminin tətbiqi üzrə məsləhət layihəsi çərçivəsində təşkilatın yerinə yetirməli olduğu fəaliyyətlər

1. HACCP-ın tətbiqi üzrə işlərin təşkilinə cavabdeh olan səlahiyyətli şəxsin təyin olunması;
2. HACCP-ın tətbiqi prosesinə bütün personalın cəlb olunmasının təmin edilməsi;
3. HACCP-ın tətbiqi planının yerinə yetirilməsinin təmin edilməsi;
4. Məsləhətçinin tövsiyələri nəzərə alınmaqla və təşkilatın korporativ mədəniyyətinə uyğun olaraq HACCP-ın sənədlərinin işlənilməsi;
5.İşlənilmiş sənədlərin və HACCP-ın tələblərinin təşkilatın cari fəaliyyətində tətbiq olunması.

Partners