Halal

OIC/SMIIC 1: 2011 Halal standartı

OIC/SMIIC 1: 2011 Halal qida üzrə ümumi rəhbərlik

OIC/SMIIC 1: 2011 standartı İslam Konfransı Təşkilatının standartlaşdırma üzrə ekspert qrupu tərəfindən işlənilib və İslam Ölkələrinin Standartlaşdırma və Metrologiya İnstitunun halal məhsullar üzrə texniki Komitəsi tərəfindən təsdiq edilmişdir.

Bu standartda müəyyən olunmuş tələblər məzhəblərdən asılı olmayaraq Ümumislam inanc və normalarına əsaslanır.

OIC/SMIIC 1: 2011 standartında təhlükəsiz qida məhsulu üçün vacib olan keyfiyyət, qida təhlükəsizliyi və izlənilə bilmə kimi məsələlərinə xüsusi diqqət yetirilir.

Bu standartda xammalın alınması, məhsulun hazırlanması, emalı, təsnifatı, təyin edilməsi, qablaşdırılma, markalanma, işarələnmə, nəzarət, daşınma, paylanma, saxlanılma və xidmətin göstərilməsi mərhələlərində riayət edilməsi vacib olan ümumi qaydalar və tələblər müəyyən edilib.

OIC/SMIIC 1: 2011 ölçüsündən və strukturunun mürəkkəblik dərəcəsindən asılı olmayaraq bütün təşkilatılar tərəfindən tətbiq oluna bilər.

OIC/SMIIC 1: 2011 standartına görə sertifikatlaşdırma

OIC/SMIIC 1: 2011 standartına görə sertifikatlaşdırma həm istehsalçılara, həm də istehlakçılara aşağıdakı faydaları təmin edir:

1. İstehsal olunan məhsula istehlakçıların etibarını artırır. OIC/SMIIC 1: 2011standartına görə sertifikatlaşdırma məhsullara, qatqı maddələrinə, onların hazırlanma və istifadə üsullarına, təmizlik və sağlamlıq şərtlərinə tam təhlükəsizlik qaydaları çərçivəsində nəzarət edilməsini təmin edir.

2. İxracat və rəqabət qabiliyyətini artırır. OIC/SMIIC 1: 2011sertifikatı müəssisəyə məhsullarını İslam Konfransı Təşkilatının üzvü olan ölkələrə ixrac etməyə və özünün istehsal potensialını artırmağa imkanı yaradır. Bu sertifikat həmçinin, istehsalçının və məhsulun qlobal səviyyədə tanınmasına imkan verir.

3. İstehsalçının beynəlxalq qida sərgilərində iştirak etmə imkanlarını artırır.

4. HACCP, ISO, eləcə də digər keyfiyyət və təhlükəsizlik standartlarına inteqrasiya olunmanı asanlaşdırır.

Partners